Modern.az

Çayda batan uşağın axtarışı davam edir

Çayda batan uşağın axtarışı davam edir

30 Mart 2017, 20:29

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışına başlanılıb.  Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

Qeyd edək ki, Göyçay rayon sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya düşüb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb. Çayda su səviyyəsi çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir