Modern.az

İlham Əliyev Lukaşenkoya başsağlığı verib

İlham Əliyev Lukaşenkoya başsağlığı verib

12 Aprel 2011, 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyv Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib. Başsağlığında deylir:

"Hörmətli Aleksandr Qriqoryeviç,
Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Belarus xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır