Modern.az

“Ya silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər”

“Ya silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər”

Dünya

30 Mart 2017, 21:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində keçirilən mitinqdə terrorçulara xəbərdarlıq edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident qeyd edib ki, Türkiyə 80 milyon vətəndaşının hər birinin dövlətidir: “Ölkəmizin problemləri müzakirə edərək, danışaraq həll etmək üçün uzatdığı əli qırmaq istəyən qüvvələr isə məhvə məhkumdurlar. Ölkənin təhlükəsizlik qüvvələri fasiləsiz olaraq terrorizmlə mübarizə aparırlar. Türkiyədə hansı təşkilata aid olmasından asılı olmayaraq heç bir terrorçuya rahatlıq yoxdur. Ya onlar səhv yoldan qayıdıb silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər. Əks halda ordu, polis onları yaxalayaraq məhv edəcəklər".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!