Modern.az

Qəbələ sakini həyat yoldaşını qətlə yetirib

Qəbələ sakini həyat yoldaşını qətlə yetirib

30 Mart 2017, 23:27

Qəbələ rayonunda qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir