Modern.az

Hesablama Palatası nazirliyin fəaliyyətində ciddi nöqsanlar aşkar edib

Hesablama Palatası nazirliyin fəaliyyətində ciddi nöqsanlar aşkar edib

12 Aprel 2011, 17:54

Əksər şəhər və rayonlarda əlillər və şəhid ailələrinə tikilən binalarda bəzi mənzillərin imtiyazı olmayan şəxslərə verildiyi üzə çıxıb

Azərbaycan Respublikasının Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətini yoxlayarkən ciddi nöqsanlar üzə çıxıb. Bu, əsasən əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binalarındakı mənzillərin bölüşdürülməsi ilə bağlıdır. Modern.az saytı xəbər verir ki, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda bu barədə məlumatlat öz əksini tapıb. Hesabatda bildirilib ki, Palatanın təhlili ölkə prezidentbinin müvafiq fərmanı və Nazirlər Kabinetinin  qərarları ilə təsdiq edilmiş Dövlət proqramları çərçivəsində ƏƏSMN və rayon (şəhər) İcra hakimiyyətləri tərəfindən 2006-2009-cu illərdəı tikilmiş 94 binada mənzillərin bölüşdürülməsi vəziyyətini əhatə edib.

Araşdırma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş binalarda 1098, İcra hakimiyyətləri tərəfindən inşa edilmiş binalarda isə 1008 mənzilin - cəmi 2106 mənzilin istifadəyə verildiyi, lakin imtiyazlı şəxslərin mənzil növbəsində olmasına baxmayaraq,  həmin binalarda 91 mənzilin paylanmadığı müəyyən olunub.
 
Hesablama Palatasının parlamentə təqdim etdiyi sənəddə qeyd olunur ki, Zərdab rayonunda 16 mənzilli, Qobustan rayonunda isə 8 mənzilli binalarda mənzil bölgüsü ümumiyyətlə aparılmayıb. Abşeron rayonunda 81 mənzildən 38-i, Yevlaxda 36 mənzildən 13-ü, Masallıda 36 mənzildən 6-sı, Saatlıda 16 mənzildən 2-si, Suraxanıda 81 mənzildən 2-si bölüşdürülməmiş qalıb. Paylanmamış mənzillərin 66-sı ƏƏCMN-in, 25-i isə İcra hakimiyyətlərinin inşa etdirdiyi binalarda olub. Mənzil bölgüsü aparılmış binalarda bölüşdürülməmiş mənzillərin böyük əksəriyyətinin (98,9%) ƏƏSMN tərəfindən inşa edilmiş yaşayış binalarının payına düşdüyü bildirilir.

“Qeyd edək ki, alınmış şifahi məlumatlara görə, paylanmamış mənzillərin artıq təqdim edilməsi prosesinə başlanıb.
Təqdim olunmuş sənədlərə əsasən, hazırda mənzillərin sahibləri tərəfindən 11-nin satıldığı, 2-nin bağlandığı, 34-də mənzil verilən şəxsin yaşamadığı, 12 mənzilin kirayə verildiyi müəyyən olunub”-deyə sənəddə qeyd edilib.

Ümumiyyətlə, Hesablama Palatası təhlili iki istiqamətdə, vətəndaşların növbəyə götürülməsi və mənzillərin paylanmasında növbəliliyə əməl edilməsi üzrə apaıb.

Hesabatda bildirilir ki, vətəndaşların ev üçün növbəyə götürülməsi istiqamətində əksər şəhər və rayonlarda mənzil uşotunun icra başçısının sərəncamı ilə rəsmiləşdirilmədiyi, əksər şəhər  və rayonlarda uçot normasında çox yaşayış sahəsinə malik olan şəxslərin də mənzil növbəsinə götürüldüyü, hətta onların bir hissəsinə mənzillərin verildiyi, bir neçə şəhər və rayonda isə ev siyahısına sonradan əlavə və düzəlişlərin edildiyi müəyyən edilib.

Analitik təhlilin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və 2011-ci ildə seçmə usulla bir sıra rayon və şəhərlərdə müvafiq monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!