27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Kəlbəcər necə işğal olundu - döyüşçü zabit ŞOK FAKTLAR açıqladı - İLK DƏFƏ 
Kəlbəcər necə işğal olundu - döyüşçü zabit ŞOK FAKTLAR açıqladı - İLK DƏFƏ 
31.03.2017, 16:52

Uzun illər torpaqlarımızın azadlığı uğrunda döyüşmüş, könüllü olaraq öz işini buraxıb Vətənə hərbçi kimi xidmət etməyi hər şeydən üstün tutmuş Qabil Rəhimov 24 ildən sonra “KƏLBƏCƏR İŞĞALINDA MÜƏMMALAR AÇILMALIDI” yazısını redaksiyamıza təqdim edib.

 

Modern.az saytı həmin yazını olduğu kimi təqdim edir. 

 

Hər şeyi açıq göstərəcəm

 

Düz 24-il bundan əvvəl, mart ayının bu günlərində Kəlbəcərin süqutu başlandı və aprelin 2-4 arası o boyda rayon bütövlüklə işğal edildi.

İndi həmin hadisələrə müxtəlif yanaşmalar sərgilənir. Bu işğalın necə baş verdiyi müzakirə olunur.

Bütün bunları nəzərə alaraq, mən bu yazımda Kəlbəcərin necə işğal edildiyini, o hadisələrin xronologiyasını açıq göstərəcəm.

 

Çox təəssüf ki, hələ də bir çoxları bütövlüklə həmin hadisəni Rusiya ilə bağlayaraq,  daxildə edilən xəyanətləri, özbaşınalıqları, hakimiyyətin səriştəsizliyini, onun apardığı siyasətin iflasını, o vaxtkı müxalifətin hakimiyyət üğrunda mübarizədə xəyanət yolu tutanların yanında olmasını və Rusiyanın hazırlayıb burada həyata keçirdiyi oyunları idarə edən sapı özümüzdən olan “baltalar”ı gizlətməyə calışırlar.
 

Hakimiyyət Rusiyanı hədəf seçməklə Kəlbəcəri işğal etdirdi 

Bəli, Kəlbəcərin işğalı Rusiyada hazırlanmış bir ssenari idi. Amma bu, o demək deyil ki, ruslar gəlib işğalı özləri həyata keçirdilər. Ssenari Rusiyada hazırlanmışdı, yerlərdə isə onların qulları bu ssenarini yerinə yetirirdilər. O zaman AXC düzgün siyasət aparsaydı, Amerikanın, Qərbin yağlı vədlərinə inanıb Rusiyanı qarşısına almasaydı və daxildə Rusiyanın formalaşdırdığı komandanı vaxtında görə bilib, onları zərərsizləşdirsəydi, bütün bunlar baş verməzdi.

Lakin o hakimiyyət bu gücdə deyildi.

Kim aşağıdakı suallara cavab verə bilər:

-Kəlbəcər işğal olunanda, 1993-ci ilin aprel ayında Gəncədə nə baş verirdi?

-Niyə Müdafiə Nazirliyi ilə Daxili İşlər Nazirliyinin qoşunları üz-üzə idilər?

-Niyə Kəlbəcərə qüvvə göndərilmirdi?

 

Deyirdilər əlavə qüvvəmiz yoxdur. Bəs, Gəncədəki qüvvələr kimin idi? Niyə DİN məşhur OMON-u göndərmədi?

Daxili qoşunlar harada idi?

Əgər qüvvə yox idisə, Murov ermənilərin əlinə keçən kimi dağın ətəyinə toplanan o ordu birləşmələri hardan gəldi?

Əsl dağ döyüşündə istifadə edilən 50-yə qədər texnika... 1000-ə yaxın əsgər, zabit...

 

Hamıya isbat etməyə hazıram, Surət Hüseynov… 

 

Hər bir zabitə də, siyasətçiyə də isbat etməyə hazıram ki, həmin qüvvələr 1993-cü il martın 15-də Kəlbəcərə köməyə göndərilsəydi, o bölgəyə hücum edən erməni- rus birləşmələrini darmadağın edərdik. Necə ki, 1993-cü ilin yanvarın 4-7-də Laçında onlara tutarlı cavab vermişdik.

Hesab edirəm ki, nə o vaxtki hakimiyyət, nə hakimiyyətə qarşı olan Gəncədə formalaşmış hərbi birlik, nə də müxalifətçilər heç vaxt bu hadisənin sirlərinin açılmasına imkan verməyəcəklər.

Çünki xalqa olan münasibətlərinin iç üzü açılar. Xəyanətlərinin nələr olduğu üzə çıxar. Nəhayət baş verənlərin pərdəarxasının gələcək üçün açılmasının vaxtıdır.

Açılmalıdır ki, xalqımızın tarixində belə səhifələr bir daha baş verməsin.

 


Kəlbəcərin işğalı bu cür baş verib!

 

1993-cü ilin əvvəllərində Azərbaycan-Rusiya arasında əməkdaşlıqla bağlı heç bir razılıq əldə olunmadı. Bundan sonra Rusiya bütün gücünü AXC-yə qarşı yönəltdi.

Bu, o vaxt baş verirdi ki, AXC hakimiyyəti xalq arasında nüfuzunu xeyli itirmişdi. Müxalifətin təzyiqlərinə duruş gətirə bilmirdi. Güc strukturları hökumətə tabe olmurdu. Yəni əslində, AXC hakimiyyəti özü də qısa müddətdə laxlamışdı. Bir daha qeyd etmək istərdim ki, AXC hakimiyyətinin ən ciddi səhvi Rusiyanı az qala özünə hədəf seçməsi idi. Bu, həm səriştəsizlik idisə, həm də odla oynamaq idi.

Qarabağdakı müvəqqəti qələbədə qazandıqları nüfuzlarından istifadə edərək, bir çoxları özlərini regionları idarə edən rəhbər kimi aparırdılar. Bu cür hallar dövləti çox böyük təhlükə ilə üz-üzə qoyurdu. Rusiya Azərbaycan hökumətini daha da zəiflətmək üçün Qarabağda əməliyyatlara başladı. Belə ki, Ermənistandan Qarabağa keçirdiyi güclü hərbi birləşmələrin vasitəsilə Ağdərə istiqamətində hücum etdilər.

Bu zaman Ağdərədə yerləşən Azərbaycan hərbi hissələrinin bir hissəsi mövqeləri qoyub Gəncəyə - öz dislokasiya yerlərinə qayıtdı.

Bu da ermənilərin işinə yaradı. Ermənilər 10 gün ərzində Ağdərənin Sərsəng su anbarı ətrafında olan bütun kəndlərini ələ keçirib, Azərbaycan ordusunu Tərtər istiqamətinə geri çəkilməyə məcbur etdi.

Bundan sonra Kəlbəcər rayonu mühasirəyə düşdü. Kəlbəcərin işğalı bu cür baş verdi.

Kəlbəcər işğalının əsas səbəbi o vaxtkı hakimiyyətin vəziyyəti düzgün qiymətləndirməməsi və səhv siyasət aparmasının məntiqi nəticəsi idi. Həmin səhv siyasəti və atılan səhv addımları gizlətmək ücün Kəlbəcərdə baş verənləri xalqdan gizlətdilər. İndiyə qədər bu haqda heç vaxt danışılmayıb.

1993-cü il yanvar ayından başlayaraq, Ermənistandan Qarabağa təlim keçmiş və komplektləşmiş hərbi hissələr keçirməyə başladılar. Həmin hərbi hissələr Lacın rayonundan hücuma keçərək, Kəlbəcərə girməyə calışdılar. Bu döyüşlər yanvarın 4-dən 7-nə qədər davam etdi. Lakin Laçının şimalında yerləşən Azərbaycanın hərbi hissələri güclü müdafiə istehkamları qurub bu hücumların qarşısını aldılar. Ermənilər hiss ediləcək dərəcədə itki verərək geri çəkilməyə məcbur oldular.

Bu istiqamətdən Kəlbəcərə keçməyin mümkünsüz olduğunu bilib hücum əməliyyatını dayandırdılar.

Verdikləri itkiləri bərpa etmək üçün Laçın rayonunda dislokasiya olunub Ermənistandan gələn yeni qüvvələr hesabına özlərini bərpa etdilər. Bu əməliyyat fevral ayına qədər davam etdi. Fevral ayının əvvəlində bu hərbi hissələri Qarabağa köçürməyə başladılar. Həmin vaxt Azərbaycanın Ağdərə bölgəsində yerləşən hərbi qüvvələri Qarabağın içərilərinə doğru hücum əməliyyatları aparırdılar və bir neçə kəndi azad etmişdilər. Lakin həmin əməliyyatlar zamanı bu istiqamətdə bir çox anlaşılmazlıqlar baş verdi.

 

Kəlbəcər mühasirəyə alınanda Surət qoşunu Gəncəyə çəkdi

 

Hərbi hissələrdən bir hissəsi Gəncəyə öz dislokasiya yerlərinə qaytarıldı. Bu boşluqdan istifadə edən ermənilər Ağdərə istiqamətində hücumlar edib, orda olan Azərbaycan briqadalarını Ağdərə şəhəri və Tərtər istiqamətinə geri çəkilməyə məcbur etdilər. 10 gün gedən döyüşlərdən sonra ermənilər Sərsəng su anbarı və onun ətrafında olan kəndləri işğal edib Kəlbəcər rayonunu mühasirəyə aldılar.

 

Bu zaman Kəlbəcər rayonunda heç bir hərbi hissə yox idi. Təkcə Ermənistanla 110 km sərhəddə bir batalyon sərhədçi kimi zastavalarda keşik çəkirdi. Ermənilər bundan istifadə edib Kəlbəcər ətrafına guclu qüvvələr gətirərək hucuma hazırlaşırdılar.

Azərbaycan rəhbərliyində isə bir çaşqınlıq və daxildə hərc-mərcilik hökm sürürdü.

Müdafiə Nazirliyində bir çox kadrları dəyişdirdilər. O cümlədən müdafiə naziri Rəhim Qazıyevi və korpus komandiri Surət Hüseynovu da azad edib, yeni müdafiə naziri və korpus komandiri təyin etdilər.

Bundan sonra Azərbaycanda Gəncə və onun ətrafında olan silahlı qüvvələr Müdafiə Nazirliyinə tabe olmaqdan imtina edib Surət Hüseynovun ətrafinda birləşdilər.

Bunlar o qüvvələr idi ki, 6 aydan çox təlim keçmiş və bütöv komplektləşdirilmiş briqada və batalyonlar idi.

O vaxtki hakimiyətdən narazı siyasi qüvvələr də Gəncədə Surət Hüseynovun ətrafinda birləşib, bu hərbi hissələri öz əllərində saxladılar. Bundan ehtiyatlanan hökumət həmin qüvvələrə qarşı Gəncədə bir çox hərbi qüvvələr və Daxili İşlər Nazirliyinin bir neçə batalyonunu saxlayırdı. Kəlbəcərdə isə vəziyyət getdikcə ağırlaşırdı. Artıq rayon real təhlükə ilə üz-üzə qalmışdı.

 


Müdafiə Nazirliyi bizə cavab vermədi, kömək göndərmədi

 

Kəlbəcər rayonu bizim xidmət etdiyimiz 701 saylı hərbi hissənin arxa cəbhəsi olduğuna görə briqada komandiri Bakıdan əmr gəlmədən əlimizdə olan qüvvələrlə Kəlbəcəri müdafiyə etmək üçün bir neçə istiqamətdə müdafiə mövqeləri qurdu.

Kəlbəcərə hücum edən erməni hərbi birləşmələrinin gücünü bildiyimizə görə Bakıya - Müdafiə Nazirliyinə 1993-cü il mart ayının 1-də Kəlbəcəri necə müdafiə etmək olar təkliflərini göndərdik.

Belə ki, rayonu müdafiə etmək üçün təcili olaraq briqada göndərib Kəlbəcərin müdafiəsini qurmaq olardı ki, bu halda bizim briqada da Laçının şimal hissəsini əlində saxlaya bilərdi. İkinci təklif  Kəlbəcərdə dağ alayı yaradıb və onun müdafiəsini təşkil etmək olardı.

Nazirlik bunları edə bilmədikdə, üçüncü təklifimiz bu oldu ki, vaxtında bizim briqadanı Laçının şimal hissəsindən geri çəkək, Kəlbəcərin müdafiəsini quraq. Ancaq nazirlikdən heç bir məlumat gəlmədi.


Martın 5-də polkovnik Əzizağa Qənizadə Bakıya gedib Müdafiə Nazirliyində bütün bu məlumatları rəhbərliyə çatdırdı. Çox təəssüf ki, mart ayının 15-nə qədər Kəlbəcərə heç bir qüvvə və kömək göndərilmədi.

Ermənilər isə artıq hücuma hazır idilər. Müdafiə Nazirliyi Gəncədəki hərbi hissəni göndərə bilmədiyindən, ikinci təklifimiz əsasında  Kəlbəcərdə alay yaratmaq üçün əmr verdi. Lakin bu, artıq Kəbəcərin müdafiəsi üçün gec idi. Bakıdan və rayonlardan, metrolarda, avtobus dayanacaqlarında saxlanılan adamları Kəlbəcərə göndərirdilər. Göndərilənlərin isə hec bir döyüş təcrübəsi yox idi, adi silahlardan belə, istifadə edə bilmirdilər.

Başqa yolumuz olmadığndan, məcbur olub onlardan iki bölük yaradıb Ağdərə ilə sərhəd olan Narışdar və Ağdaban kəndində yerləşdirdik. Əsas Ağdərə-Kəlbəcər yolunda yerləşən Çərəkdar kəndində isə briqadanın 120 nəfərlik qüvvəsini yerləşdirdik. Düşmən əsas qüvvəsini bu istiqamətdə cəmləmişdi. 

 

Ermənilərin 2 vertolyotu, 4 tankı və 50-dən çox canlı qüvvəsi məhv edildi

 

Martin 22-dən düşmən hücum əməliyyatlarına başladı. İlk hücum gözlədiyimiz kimi, Çərəkdar kəndinə oldu. Bu istiqamətdə bir gün gedən döyüşdə ermənilər xeyli itki verərək geri çəkildilər. Bir gün sonra ermənilər kəndi ələ keçirmək üçün böyük qüvvə ilə hücuma keçdilər. Əməliyyatda onlarla tank, PDM-2-1 və havadan 4 vertolyot iştirak edirdi. Qüvvələrin qeyri-bərabər olmağına baxmayaraq, düşmən kəndə girə bilmədi və itkilərinin böyük olduğuna görə geri çəkilməyə məcbur oldular.


O döyüşdə 2 helikopter, 4 tank və 50-dən çox canlı qüvvə məhv edildi və kəndin ətrafında qaldı. Çox təəssüf ki, digər kəndlərdə qüvvələrimiz çox zəif idi. Bundan istifadə edən düşmən hücum istiqamətini dəyişdi. Ağdaban və Narışdar istiqamətindən hücum etdi. Bu kəndləri işğal edib Cərəkdardakı qüvvələrimizi mühasirəyə aldılar. Burda olan qüvvələrə isə  heç bir kömək olmadığına görə, bir günlük döyüşdən sonra böyük itkilər verdik. Bu qüvvələrdən cəmi 12 nəfər mühasirəni yarıb Tərtər istiqamətində, 6 nəfər isə Kəlbəcər istiqamətində mühasirədən çıxmışdı. Bu döyüşdən sonra demək olar ki, ermənilərin qarşısında hec bir qüvvəmiz qalmamışdı.

Bakıdan göndərilən dəstələr vertolyotdan düşüb Murova tərəf qacırdılar.

Əhali arasında böyük çaşqınlıq yarandı.
 

Kəlbəcərdə soyqırımı etmək istəyirdilər
 

Kəlbəcər rayonunda 2-ci Xocalı soyqırımı təkrarlana bilərdi və de-fakto əhali bui faciə ilə üz-üzə qalmışdı. Bizim briqadanı isə Laçından geri çəkməyə icazə vermədilər.

Polkovnik Qənizadə düşmənin bu istiqamətdə hücumunu saxlamaq üçün Laçında olan qüvvələrdən 2 tank, 4 PDM və 60 nəfər canlı qüvvəni Ağdaban istiqamətinə göndərməyə qərar verdi.

Həmin vaxtda Laçında 4 istiqamətdə düşmənin hücumlarının qarşısı alınırdı. Martın 30-u axşama qədər Laçın rayonunda düşmən 1 metr də irəliləyə bilmədi.

Kəlbəcərdə isə vəziyyət çox pis idi.

Bu vəziyyət briqadanı təhlükə qarşısında qoyurdu. Belə ki, yeganə yolumuz olan Kəlbəcər-Laçın yolunun düşmən əlinə keçməsi təhlükəsi var idi. Bu da briqadanın Laçında mühasirəyə düşməsi ilə nəticələnərdi. Martın 25-26-da Laçından gətirilən qüvvə ilə Ağdaban istiqanətində əməliyyat aparıldı. Lakin düşmən eyni vaxtda Ağdabanla yanaşı, tunel istiqamətində də hücum etdi. Bağlıpəyə deyilən ərazidə açıq döyüş getdi. Düşmən tərəfdən bütün silahlardan və texnikalardan istifadə edilirdi, canlı qüvvə isə dörd dəfə bizdən çox idi. Bu döyuşdə böyük itki verərək 1 tank, 1 PDM və 18 əsgərlə geri çəkilib tunel istiqamətində mudafiə qurduq.

Martın 26-da korpus komandiri general Nəciməddin Sadıqov və MN-dən bir necə polkovnik Kəlbəcərə gəlmişdi.

Sonradan general Zaur Rzayev də gəldi. Lakin Kəlbəcərə heç bir hərbi qüvvə göndərilmədi. Vəziyyəti görən generallar hökumətə Kəlbəcərin ağir vəziyyətdə olduğunu anlada bildilər.

Bundan sonra müdafiə naziri general Dadaş Rzayev martın 30-u günün ikinci yarısında briqadanın Laçının şimalından Kəlbəcərə keçməsi üçün əmr verdi. Lakin bu əmr çox gec idi. Kəlbəcərdə bütün strateji yüksəkliklər düşmənin əlinə keçmişdi. Bundan başqa briqadanı köçürmək üçün vaxt az idi. Laçının kəndlərində 5 min əhali yaşayırdı ki, bunları da evakuasiya etmək lazım idi. Mövqeləri elə boşaltmaq lazım idi ki, arxadan bizə zərbə vura bilməsinlər. Bu da vaxt aparırdı.

Briqada vaxt itirmədən Kəlbəcərə yollandı. Gecə səhərə yaxın 2 bölük tuneli keçdi. Artıq tunel ərazisi neytral zona idi. Ermənilər tunelə lap yaxınlaşmışdı. Martın 31-i səhər tunel ermənilərin əlinə keçdi. Biz dərhal iki bölüklə tunel istiqamətinə hücum etdik. Lakin bütün yüksəkliklər ermənilərdə idi və güclü müqavimət göstərdilər. Böyük itki verərək, geri çəkilməyə məcbur olduq.

Onlar nəyin bahasına olursa olsun, tuneli əllərində saxlamağa çalışırdılar. Çünki briqadanı yolda vurmaq imkanı qazanmışdılar. Martın 31-i günün ikinci yarısında general Nəciməddin Sadıqov və polkovnik Qənizadə Bakıdan gələnlərdən 60 nəfərlik bir qüvvə ilə bizə yenidən tunel istiqamətində hücum etməyə əmr verdilər. Lakin yenə düşməni geri çəkilməyə məcbur edə bilmədik, çünki qüvvələr nisbəti bir neçə qat ermənilərin xeyrinə idi. 40-dan çox itki verərək geri çəkildik. Tunel ermənilərin əlində qaldı. Aprelin 1-də tuneldən Laçın istiqamətinə gedən yolda ermənilər briqadanı artilleriya və texnikalardan istifadə edərək, vurub sıradan çıxardılar. Sağ qalan əsgər və zabitlər dağlarla Daşkəsən istiqamətinə və az hissəsi Murov istiqamətə çıxa bildi. Bütün texnikalar məhv edildi və bir çox əsgərlərimiz əsir götürüldü.

 


Mahir Quliyev olmasaydi, mülki əhalini qıracaqdılar

 

Kəlbəcərin və Laçının şimal hissəsi ermənilərin əlinə keçdi. Sonra ermənilər Kəlbəcər şəhərinə hücum etdilər. Şəhər ətrafında gedən döyüşlərdə komandiri Tahir Cəfərov öz batalyonu ilə sonadək vuruşdu və əhalini ermənilərin əlinə keçməyə imkan vermədilər. Özləri isə şəhid oldular.

Tunel istiqamətində olan hərbi birləşmələrin qarşısında isə polkovnik Qənizadə, general Nəciməddin Sadıqov və əlimizdə olan yeganə qüvvə Mahir Quliyevin 50 nəfərlik sağ qalan əsgərləri vuruşurdu. Onu da qeyd edim ki, Mahir Quliyev sonrakı döyüşlərdə şəhid oldu. O, əslən kəlbəcərli idi. Mülki insanların erməni girovuna düşməməsi, düşmən gülləsinə tuş gəlməməsi üçün o, böyük qəhrəmanlıq göstərdi.

 

Aprelin 1-də ermənilər Qamışlı körpüsü istiqamətində hucum etdilər. Mahir Quliyevin batalyonu az qüvvə ilə düşmənə güclü müqavimət göstərdi və bu mövqeni əllərində saxladılar, çünki əhalinin çıxması üçün yeganə yol Qamışlı körpüsündən keçirdi. Bu döyuşdə düşmən bir tank, iki PDM 20-dən çox canlı qüvvə itki verərək geriyə çəkildi.

 

Axşama doğru ermənilər yenidən hücum edərək bizi öz mövqelərimizdən çıxartmağa çalışdılar. Bu dəfə polkovnik Qənizadə 10 nəfərlə köməyə gəlib döyüşü idarə etdi və biz mövqelərmizi saxlaya bildik. Aprelin 2-də ermənilər yenidən 3 istiqamətdən hücuma keçdilər.

Hücumun qarşısın ləngidə-ləngidə biz Qamışlı körpü istiqamətində olan bütün əhalini Murov istiqamətinə keçirə bildik.

Orada olan kiçik qüvvəmiz mühasirəyə düşdü. Axşama doğru 20-dən çox itki verərək, mühasirədən çıxıb Murov istiqamətinə çəkildik.

Aprelin 4-də bütün o istiqamətlərdə olan mülki əhalini Murov aşırımından keçirib Toğana və Hacıkəndə gətirdik.

Artıq Murov dağı ermənilərin əlinə keçmişdi. Xanlar rayonu və Gəncə şəhəri üçün təhlükə yaranmışdı. 36 nəfərlik bir qüvvə ilə polkovnik Qənizadə və Mahir Quliyev Murovu geri qaytarmaq üçün hücum əməliyyatı apardılar.

Murovu böyük itki bahasına da olsa, geri ala bildik. Bu döyüşlərdə batalyon komandiri Mahir Quliyev və 16 nəfər əsgər şəhid oldu.

Aprelin 5-nə qədər Bakıdan və Gəncədən heç bir kömək gəlmədi.

Kəlbəcər rayonunun işğalı beləcə, gözümüzün önündə bu şəkildə başa çatdı.

 

Qabil Rəhimov
Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26.04.2017, 21:53

Paytaxtda yeni salınan yolla bağlı məsələyə aydınlıq gətirildi - VİDEO

26.04.2017, 21:37

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

ARXİV