Modern.az

Qarabağ: ötən ilin aprelindən daha təhlükəli vəziyyət! – “Chatham House”

Qarabağ: ötən ilin aprelindən daha təhlükəli vəziyyət! – “Chatham House”

31 Mart 2017, 11:56

Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il keçdiyi bir vaxtda situasiya daha da təhlükəli xarakter alıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Britaniyanın “Chatam House” mərkəzinin saytında analitik Lourens Broers yazır.

 

Analitik qeyd edir ki, aprel döyüşlərindən sonra keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və “dayanıqlı şəkildə” bu vəziyyətdə qaldığını sübut edib. Beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə zaman başlayacağını gözləməlidir, ya da diplomatik şok terapiyasını seçməlidir.

 

“Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb”-Broers bildirir. Müəllifə görə indiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir. Məqalədə deyilir ki, əgər ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var.

 

“Beynəlxalq ictimaiyyətin diqqətinin və resurslarının münaqişəyə yönəlməsi üçün mühüm impuls lazımdır. Bu dinamika yeni iri müharibə nəticəsində yarana bilər, ya da zorakılığı təşviq edən yox, onun qarşısını alan yeni çoxtərəfli təşəbbüsün nəticəsində yaranar”-Lourens Broers bildirir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!