Modern.az

Azercell “İlin ən yaxşı PR xidməti” mükafatını aldı

Azercell “İlin ən yaxşı PR xidməti” mükafatını aldı

12 Aprel 2011, 18:29

"Azercell Telekom"  MMC-nin PR sahəsində gördüyü iş növbəti dəfə yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Şirkətin Korporativ Ünsiyyət bölümü ötən il ərzində PR xidmətini ən yaxşı təşkil edən biznes qurumu seçilib.

“İlin ən yaxşı PR xidməti” müsabiqəsində bu dəfə 52 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidməti iştirak edib. Sorğu nəticəsində müxtəlif nominasiyalar üzrə hökumət strukturları, qeyri-kommersiya təşkilatları, qeyri-hökumət təşkilatları, biznes qurumları  arasında ictimaiyyətlə ən güclü əlaqələrə malik qurumlar müəyyənləşdirilib. Həmçinin, maliyyə-sənaye qrupları, bank və sığorta sahələrində, inşaat bölməsində, o cümlədən layihələrin idarə olunması sahəsində qaliblərin adları açıqlanıb.

2010-cu ildə də biznes təşkilatları sırasında məhz "Azercell"in adı qalib kimi çəkilib. Şirkətin ictimaiyyətlə əlaqələr, media ilə münasibətləri sahəsində uğurlu fəaliyyəti müsabiqə təşkilatçıları tərəfindən layiqincə qiymətləndirilib.

"Azercell"in neçə ildir ardıcıl olaraq “İlin ən yaxşı PR xidməti” mükafatını alması təsadüfi deyil. Çünki şirkət daim ictimaiyyətlə əlaqələrə xüsusi önəm verib. Fəaliyyətində şəffaflığa üstünlük verən "Azercell" görülən işlər barədə həmişə mediaya operativ məlumat çatdırıb. Bu səbəbdəndir ki, şirkətin Korporativ Ünsiyyət bölümününün müdiri Ülviyyə Həsənzadə ötən il “PR News Online” agentliyi tərəfindən təsis olunan “PR People Awards” müsabiqəsinin də finalçısı olmuşdu.

"Azercell" həmçinin media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır. Şirkət bu yaxınlarda Azərbaycan qadın jurnalistlər haqqında ensiklopedik məlumatların yer aldığı “Zərif imzalar” kitabının nəşrinə yardım edib.

""Azercell" jurnalistlər üçün ingilis dili kurslarının üçüncü mərhələsinə də dəstək verib. "Azercell" bundan sonra da media aləmində nüfuzlu qurumlarla əməkdaşlığı, müxtəlif mövzularda yazı müsabiqələrin təşkilini, bir sözlə jurnalistika sahəsinin irəliləyişinə yardım edən layihələrə yardım göstərməyi davam edəcək.
Qeyd olunan müsabiqə “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil olunur. 2006-cı ildən etibarən keçirilən “İlin ən yaxşı PR-xidməti” müsabiqəsinin əsas məqsədi bütün sektorlarda fəaliyyət göstərən yerli qurum və şirkətlərdə aktivliyi ilə seçilən mətbuat xidmətlərinin adlarının müəyyənləşdirilməsi, onların nümunəsinin daha geniş yayılmasına yardımçı olmaqdan ibarətdir"-deyə şirkətdən bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq