Modern.az

Ermənistandan iddia: "ABŞ prezidentlərin görüşünə çalışır"

Ermənistandan iddia: "ABŞ prezidentlərin görüşünə çalışır"

31 Mart 2017, 12:35

“Bizim məlumatımıza görə, ABŞ İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə çalışır”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, ATƏT ölkələri də iki ölkəyə qarşı təbələrini sərtləşdiriblər.

 

“Yeni görüş hazırlanır. Bundan öncə, Sarkisyan martın 14-də Moskvaya 2 günlük səfər etdi və Putinlə Qarabağı müzakirə etdi. İlham Əliyev də Moskvaya bu məqsədlə gedib. Bu səfərdən sonra Qarabağa gedən Sarkisyan yerli rəhbərlərə münaqişənin həll varinatını təqdim edib. Mənbəmizin məlumatına görə, Moskvada Sarkisyana bildirilib ki, ATƏT hər iki ölkəyə qarşı tələblərini sərtləşdirəcək”.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?