Modern.az

Ramiz Mehdiyev gənclər üçün Dövlət proqramı hazırlayan işçi qrupun tərkibini təsdiq etdi (SİYAHI)

Ramiz Mehdiyev gənclər üçün Dövlət proqramı hazırlayan işçi qrupun tərkibini təsdiq etdi (SİYAHI)

12 Aprel 2011, 18:34

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun tərkibi təsdiq edilib. Modern.az AzərTAc-a istinadən bildirir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qərarı ilə bu tərkib aşağıdakı şəxslərdən təşkil edilib. İşçi qrupuna Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev özü rəhbərlik edəcək.

İşçi qrupunun üzvləri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Elnur Aslanov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Ceyhun Osmanlı - “İrəli” İctimai Birliyinin sədri
Fuad Muradov - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Şahin İsmayılov - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Balakişi Qasımov - Gənclər proqramının baş prodüseri
Gülsel Səfərova - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir