Modern.az

Bulvar İdarəsi: “Bizim ərazidə öpüşməyə qadağa qoyulmayıb” - FOTO

Bulvar İdarəsi: “Bizim ərazidə öpüşməyə qadağa qoyulmayıb” - FOTO

31 Mart 2017, 13:28

İki gündür media və sosial şəbəkələr Bakı metrosunda iki gəncin öpüşməsini və bir jurnalistin bu hadisəyə təpkisini gündəm hadisəsinə çevirib.

Bu hadisəyə görə müzakirələrə qoşulanlar iki cəbhəyə bölünüb: bir qrup ictimai yerlərdə əxlaq normalarının gözlənilməsinin vacibliyini əsas gətirərək jurnalistə qahmar çıxır, digər qrup isə gənclərin sərbəstliyini dəstəkləyərək, ictimai yerlərdə öpüşməyin pis hərəkət olmadığını əsaslandırmağa çalışır. Müzakirələr hətta kobud təhiqrıərə belə, yol açıb. 


Qeyd edək ki, Bakı metrosunun vaqonunda gənclərin – oğlanla qızın öpüşməsi nadir rast gəlinən hadisədir. Adətən belə öpüşmə mənzərələri əvvəllər Dənizkənarı Bulvarda müşahidə olunurdu. Ancaq son vaxtlar bulvarda öpüşənlər göz dəymir... Bəlkə hansısa qadağa tətbiq olunub?

Modern.az məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb. İdarənin aparat rəhbəri Elmir Bağırov əməkdaşımıza bildirib ki, bulvar ərazisində sevgililərin öpüşməsinə heç bir qadağa yoxdu.

“Qanunvericiliyə görə, Bakı bulvarı ərazisində sevgililərin öpüşməsinə hansısa qadağa yoxdu. Bulvar ərazisində öpüşən sevgililərə bu hərəkətlərinə görə hansısa cərimə də kəsilə bilməz”,-deyə Dənizkənarı Bulvar İdarəsinin rəmisi vurğulayıb.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı