21 aprel 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Kəlbəcər 1993-cü ilin 1 aprelində: Surətin xəyanəti, Rusiya səfirinin İTTİHAMI
Kəlbəcər 1993-cü ilin 1 aprelində: Surətin xəyanəti, Rusiya səfirinin İTTİHAMI
01.04.2017, 10:20

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasının 24-cü ili tamam olacaq.

1993-cü il aprelin 2-də Kəlbəcər, 1936 kvadrat kilometr ərazisi olan bir rayon düşmən tərəfindən işğal olundu. 

 

70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib. 

Kəlbəcərin işğalı zamanı 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb, girov götürülüb, Azərbaycana 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

Ermənistan hərbi birləşmələrinin  Rusiyanın köməyi ilə 1993-cü il martın 27-də həm Ermənistan, həm də işğal olunmuş Ağdərə rayonu istiqamətindən başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə nəticələnib.

 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, minlərlə tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib.

 

Kəlbəcərin itirilməsi Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.


Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

 

Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılar təqdim edir.

 

İşğal ərəfəsi günlərdə rayonda ictimai, siyasi, sosial, psixoloji, hərbi vəziyyət necə idi?..

 

Budəfəki müsahibimiz 1990-cı illərdə Bakıda yaşayan kəlbəcərli ziyalıların Kəlbəcərə kömək məqsədilə yaratdıqları “Murovdağ” xeyriyyə cəmiyyətinin sədri Yusif Əhmədovdur. O, 1993-cü ilin 1 aprelini ürək ağrısı ilə xatırlayır. 
 

Kəlbəcərlə bağlı yanlış məlumatlar yayılırdı

 

1993-cü ilin 1 aprelində Kəlbəcərdə vəziyyət olduqca gərgin idi. O vaxt kəlbəcərli ziyalılar insanlara kömək etmək üçün “Murovdağ” Xeyriyyə Cəmiyyəti yaratmışdılar. Həmin cəmiyyətin sədri də mən idim. “Murovdağ” cəmiyyətində respublika rəhbərliyi ilə əlaqə saxlayıb Kəlbəcərdəki durumu düzgün şəkildə çatdırırdıq. Çünki o vaxtlar Kəlbəcərlə bağlı yanlış məlumatlar çox yayılırdı. Ona görə də bizim vasitəmizlə Kəlbəcərdən dəqiq məlumatların respublika rəhbərliyinə çatdırılması məsləhət görüldü.

 

Azərbaycan Tibb Univesitetinin dosenti, cərrah Bəhram Sarıyevlə mən respublika rəhbərliyi ilə  əlaqələrin qurulmasında fəal iştirak etdik. Onu da deyim ki, həmin vaxtlarda rayon rəhbərliyi öz kresloları xətrinə yuxarıdakı hakimiyyət nümayəndələrini aldadaraq vəziyyətin yaxşı olması barədə məruzə edirdilər. “Narahat olmayın, Kəlbəcərdə vəziyyət normaldır”.

 

Heç də belə deyildi. Biz isə vəziyyətin gərginliyi ilə bağlı respublika rəhbərliyinə məlumatlar ötürürdük.

 

Yusif Əhmədov deyir ki, Kəlbəcər o zaman tənha adanı xatırladırdı:

 

-Hər tərəfdən mühasirəyə alınmışdı. Qənizadə soyadında hərbçi vardı. O vaxtlar general Zaur Rzayev Kəlbəcərdə yaxşı hörmət sahibi idi. Bütün Kəlbəcər əhli onun xətrini çox istəyirdi. Ermənilər tərəfindən işğal olunmuş Laçın rayonunun kəndlərini geri almışdı. Nədənsə Zaur Rzayevi çıxarıb yerinə Qənizadəni gətirdilər. Qənizadə isə öz növbəsində Kəlbəcərlə düşməncəsinə rəftar etdi. Kəlbəcərdə bizə dedi ki, “Siz kimsiniz.

 

Hərbdən də başınız çıxmır. Burdan gedib Ağdərəni də götürəcəm”. Onun dediklərindən bir neçə saat sonra erməni tankları BTR-ri ilə birlikdə  həmin yerdən Kəlbəcər istiqamətində hərəkət etdilər. Həmin vaxt dərhal o zamankı Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə zəng edib durumu anlatdıq. 

 

Surət Hüseynov hakimiyyət nümayəndələri ilə  niyə küsülü idi?!

 

Müsahibimiz bildirir ki, Surət Hüseynov istəsə idi, Kəlbəcərin işğal olunmasının qarşısını ala bilərdi.

 

-Surət Hüseynovun Kəlbəcərdə postları vardı. Biz də həmin vaxtlarda Surət Hüseynovla əlaqə saxlamaları üçün postlara müraciət etdik. Dərhal Surət Hüseynova zəng edib onunla əlaqə yaratdılar.

 

Sevindim ki, o, Kəlbəcərə kömək edəcək. Amma proses başqa formada davam etdi. Surət Hüseynov rəhbərlikdən küsdüyünü əsas gətirərək dedi ki, ordusunu götürüb Kəlbəcərdən çıxır. Kəlbəcəri gəlib özləri qorusun.

Məni bəyənmirlər. Əgər qoruya bilməsələr, heç narahat olmayın. Kəlbəcəri 2 günə özüm alacaq.                    

O, çox kinli adam idi.

Görünür, vəzifədən uzaqlaşdırılmasını həzm edə bilmirdi. Digər tərəfdən də itirilən rayonu geri almaq müşkül məsələ idi. Həm də  Surət Hüseynov maddi cəhətdən yaxşı imkanlara malik idi.

Öz hərbçilərinə, onların ailələrinə maddi kömək edirdi. Pulu çox olduğundan qoşun üzvləri onun başına and içirdi.

 

Açığını deyim ki, Surət Hüseynov istəsə idi, Kəlbəcərin işğal olunmasının qarşısnı ala bilərdi, nəinki ona şərait yaratmaq...

 

Kəlbəcərdə Xocalı soyqırımı təkrarlana bilərdi

 

 Kəlbəcərdəki vəziyyətdən danışan şahid deyir ki,1993-cü ilin 1 aprelində rayonda durum o qədər gərginləşmişdi ki, rayon sakinləri ərzaq barədə düşünmürdü.

 

-Hər bir kəlbəcərlinin içində  ata-baba yurdlarını itirilmək qorxusu vardı. Demək olar ki, boğazlarından bir tikə çörək güclə keçirdi. Düzdü, Kəlbəcərdə ərzaq çatışmazlığı vardı. Amma aşırı dərəcədə hiss olunmurdu. Bəzi ərzaq növləri Bakıdan və Yevlaxdan gətirilirdi. Həmin ərzaqlarla bağlı qıtlığın olması normal idi.

Çünki 4 bir tərəfdən mühasirədə olan rayonun qida probleminin olması mümkün idi. Amma rayon sakinləri təsərrüfatla  məşğul olduqlarından kənd məhsullarından qıtlıq çəkmirdilər. Süd, qatıq, yağ, pendir vardı. Kəlbəcərliləri torpaq və insan itkisi narahat edirdi. Dua edirdilər  ki, bircə Xocalı faciəsi Kəlbəcərdə törədilməsin. Açığı deyim ki, vəziyyət elə idi ki, Kəlbəcərdə Xocalı soyqırımı təkrarlana bilərdi. 1992-ci ilin 8 aprelində Ağdaban hadisələri törədilmişdi. Sadəcə, miqyasına görə Xocalıdan geri qalırdı. Əslində, elə Ağdaban faciəsi də Xocalının tayı idi. Həmçinin, 1993-cü ildə Kəlbəcərdə elektrik enerjisi yox idi. Martın 30-da artıq telefon əlaqəsi də kəsildi. Əlaqə saxlaya bilmirdik.

 

Kəlbəcərin işğal olunmasında Rusiyanın rolu. İlk səfir nələri dedi?

 

Yusif Əhmədovun sözlərinə görə, Kəlbəcərin işğal olunmasında Rusiyanın da rolu vardı.

 

-Təxminən aprelin 3-ü ya da 4-də Bakıdakı indiki Hilton otelinin qarşısına toplaşdıq. O vaxt ora Azərbaycan mehmanxanası idi. Həmin yerdə Rusiyaya qarşı kəlbəcərlilərin mitinqini təşkil etmişdik. Mitinqi idarə etməyi mənə həvalə etmişdilər. O vaxtkı Rusiyanın Azərbaycandakı səfiri Valter Şonya (Rusiyanın Azərbaycandakı ilk səfiri-NB)  idi.

 

Onu çağırdıq ki, gəlib mitinqdə bizə cavab versin. Bilək ki, Kəlbəcərin işğal edilməsi ilə bağlı niyə Rusiya Ermənistana köməklik edib?!. Daha sonra səfirin nümayəndəsi mitinqə gələrək dedi ki, səfir sizin xahişinizə görə bura gələ bilməyəcək. Ancaq 5 nəfəri qəbul etmək istəyir. Səfirlə görüşdə mən də iştirak etdim.

Dedim ki, niyə Kəlbəcərin işğal edilməsində ermənilərə kömək etdiniz?. Niyə torpaqlarımızı alıb onlara verirsiniz. Məqsədiniz nədir?! Səfirin cavabı isə belə oldu. SSRİ dağılıb. Biz də həm Ermənistanın, həm də sizin payınızı vermişik. Heç nəyə qarışmırıq. (Səfir, SSRİ dağılandan sonra qoyub getdikləri silahları nəzərdə tuturdu-N.B). Azərbaycanda qoyub getdiyimiz tankların lüləsini kəsib özünüz üçün su çəkdirmisiniz.

 

Ermənilər isə onu yağlayaraq sizə qarşı hazırlayıb tank kimi istifadə edirlər. Gedin! Öz cəzanızdır. Çəkin! Rusiyanı günahlandırmayın! Günah özünüzdədir. Biz heç kimə kömək etmirik. Əlbəttə, rusiyalı səfir həqiqəti boynuna almadı.

 

Namidə BİNGÖL

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
21.04.2018, 11:43

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi

Yerevanda yenə müxalifətin mitinqi başladı
21.04.2018, 11:33

Yerevanda yenə müxalifətin mitinqi başladı

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV
21.04.2018, 11:08

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV

Ələmdar Cabbarlının imza günü keçirildi
21.04.2018, 10:42

Ələmdar Cabbarlının imza günü keçirildi

Bakıda xəstəxananın zirzəmisi yandı
21.04.2018, 10:38

Bakıda xəstəxananın zirzəmisi yandı

Pekin aeroportu 97 reysi təxirə saldı 
21.04.2018, 10:21

Pekin aeroportu 97 reysi təxirə saldı 

Çaylarda sululuq SƏVİYYƏSİ 
21.04.2018, 10:18

Çaylarda sululuq SƏVİYYƏSİ 

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi
21.04.2018, 09:52

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi

Cəbhədə şiddətli atışma oldu 
21.04.2018, 09:44

Cəbhədə şiddətli atışma oldu 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 
21.04.2018, 09:37

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi
21.04.2018, 09:14

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 
21.04.2018, 09:03

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 
21.04.2018, 08:59

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(9.52%)
İmtahan qiymətləri normalıdr(4.76%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(76.1%)
İmtahan qiymətləri azaldılmalıdır(2.38%)
İmtahan qiymətləri artırılmalıdır(7.14%)