Modern.az

Lavrov Qarabağla bağlı nəyi demək istəyib?

Lavrov Qarabağla bağlı nəyi demək istəyib?

1 Aprel 2017, 12:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov APA-ya müsahibəsində “Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb” fikirlərini səsləndirib.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a Sergey Lavrovun dediklərinin ikinci dərəcəli detallar olduğunu bildirib:

 

“Əsa problem Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü məsələsində fikir ayrılıqlarının olmasıdır. Mən hesab edirəm ki, həmin məsələlərin razılaşdırılmasından söhbət getmir və hər hansı mövqe irəliləyişi yoxdur.

 

Xırda detallar minaların təmizlənməsində xəritələrin verilməsi, atəşkəs rejiminə əməl etmək, yolların bərpası zamanı erməni tərəfin əngəl yaratmayacağına dair bölgəyə sülhməramalı qüvvələrin gətiriləcəyinə dair ümumi razılaşma var. Əgər müəyyən yollar Dağlıq Qarabağın içərisindən keçirsə.

 

Konkret ölkə adları çəkilmir. Amma sülhməramlıların gətirilməsində tərəflərin istəklərinin nəzərə alınması məsələsi var. Bütün bunlar isə konfliktin həllində həlledici məqam deyil”.

 

Politoloq deyib ki, son zamanlar Rusiya Ermənistanı birtərəfli dəstəkləyərək Azərbaycana təzyiq etməyə başlayıb:

 

“Və hesab edir ki, Dağlıq Qarabağ artıq ermənilərindir. Amma Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında da bildirdi ki, Dağlıq Qarabağ ermənilərinin hər hansı güzəşt arzusu onların gözündə qalacaq. Ermənilərin yalnız bir yolu var: Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Ermənilər yaxşı bilir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yola əl ata bilər”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir