Modern.az

Köçkün müəllim Mikayıl Cabbarovdan kömək istəyir  

Köçkün müəllim Mikayıl Cabbarovdan kömək istəyir   

Təhsil

2 Aprel 2017, 12:54

Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin ali kateqoriyalı ingilis dili müəllimi Əbülfət Alışov pedaqoji işçilərin diaqnostik qiymətləndirilməsinə buraxılmamasından şikayətçidir. Problemlə əlaqədar təhsil naziri Mikayıl Cabbarova müraciət edən köçkün müəllim Modern.az saytı vasitəsilə ondan kömək istəyib.

“Cənab nazir, mən müqavilə ilə məktəbdə ingilis dili müəllimi işləyirəm. Vaxtilə dərs dediyim şagirdlərim indi mənim ixtisasım üzrə ölkəmizin müxtəlif yerlərində ingilis dili müəllimi işləyirlər. Mən ömrü boyu yalnız təhsil sahəsində çalışmışam, 4 övladımın da ali təhsil almasına müəllim işləməklə nail olmuşam.
Bildiyiniz kimi, bu il bir sıra rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Cəbrayıl rayonunun təhsil işçiləri də bu prosesə hazırlaşırlar.
Bu günlərdə gözləmədiyim halda məlum oldu ki, hazırda işlədiyim Gəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin direktoru A.Allahverdiyev mənim adımı diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin siyahısına daxil etməyib. O da məlum oldu ki, direktor siyahıya yaşca məndən də böyük olan müllimlərin adını salıb, bu isə onun şəxsimlə bağlı qərəzli mövqe tutduğunu deməyə əsas verir.
Məsələni bir qədər də araşdıranda öyrəndim ki, məktəb direktoru hətta diplomu olmayan və arayışla məktəbdə ingilis dilini tədris edən müəllimi də diaqnostik qiymətləndirmədə iştirak edəcək pedaqoqların siyahısına salıb.
Cənab nazir, mən uzun illərdir yorulmadan təhsil sahəsində çalışıram, vaxtilə Nizami təqaüdçüsü olmuşam. Hazırda məcburi köçkün kimi Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbəsində yaşayıram. Xahiş edirəm ədalətin bərpası üçün tədbir görəsiniz”,-deyə ingils dili müəlimi Əbülfət Alışov Mikayıl Cabbarova ünvanladığı müraciətdə vurğulayıb.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub