28 aprel 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Elə bilirdim oğlumun üç dostu var” - Aprel şəhidi Samir Kaçayevin ölümündən 1 il keçdi
“Elə bilirdim oğlumun üç dostu var” - Aprel şəhidi Samir Kaçayevin ölümündən 1 il keçdi
02.04.2017, 19:23

O, Şirvan zonasında anadan olmuşdu; Şamaxının Çuxuryurd kəndində. Özü də «Bişkek protokolu»nun gerçəkləşdirildiyi 1994-cü ilin mayında. Ancaq Azərbaycan və Ermənistan arasındakı bu atəşkəs sadəcə simvolik xarakter daşıdı. Çünki erməni xislətinə çökmüş iyrəncliyi heç bir sənədin silmək gücü olmadı. Yoxsa bu 22 il Samirləri almazdı cənginə. 

 

O 22 il ki, həyatına bu qədər illərə sığdıra bilməyənləri qurban verməyi bacardı. O 22 il ki, neçə-neçə 21-ləri, 18-ləri, yazılması çətin olsa da, hələ 1 yaşına çatmayan körpələri belə, gülləyə tuş gətirdi.

Samir də o 21-lərdən idi. Kaçayev Samir Ziyəddin oğlu.

 

2011-ci ildə bitirmişdi orta məktəbi. Elə həmin il də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltətaşlıq fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə əsərləri ilə iştirak etmişdi, həm yerli, həm də xarici. Hələ 2014-cü ildə “AZNAR” sərgisində, “Milli Dəyərlər” sərgisində iştirak etmişdi. 2015-ci ilin noyabr ayında "Tolerant Azərbaycan Gənci" fondunun layihəsində heykəltəraşlıq üzrə II yerin qalibi də oldu. 2014-2015-ci illərdə “Hamı Birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondununun, “Bakı 2015” I Avropa Oyunlarının tədbirlərində, Fransa, Türkiyə, İsveçrə kimi xarici sərgilərdə də iştirakı ilə yadda qalmağı bacarmışdı. 


İndi də heykəltaraşın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

 

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak oldu. O, ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınmışdı. Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmənin açdığı atəş nəticəsində şəhid oldu.  

Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı...

 

Dostları onu belə xatırlayır: "Çiçək torpaqda gözəldir, qoparmayın, - deyirdi. Yuvası olmayan heyvanlara hər gün yemək verirdi ki, ölməsin. Başqalarına zərər verir deyə öldürülən heyvanları qoruyurdu. Yəni düşünün ki, necə bir mələkdi, indi həqiqətən də mələk oldu".

Anası Əminə xanım isə oğlu haqqında bunları deyir:

"İndi oturub danışdığı hər sözü, hər söhbəti çözələyirik ki, bəlkə içərisindən bir məna tapaq. Oğlumun istədiyi qızın da adını bilmədim ki, bir ona baxım. Gedəndə arxasınca su atdım ki, balam salamat qayıtsın. İyul ayında qayıdacaqdı. Mən elə bilirdim oğlumun cəmi üç dostu var. Buraya Akademiyadan 150 nəfər gəlmişdi. Bilmirdim ki, balamı bu qədər istəyən var, qarşımda baş əydilər… Amma mən bilmirəm neyləyim, oğlum çox gözəl idi. Boyu hündür, ala gözlü, mədəni, ağıllı, sevimli idi… Mən Samirimi istəyirəm… Mən ondan doymamışam… 


Azadə Bayramova


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.04.2017, 15:48

XİN-dən Məmmədyarov-Lavrov-Nalbandyan görüşü haqda AÇIQLAMA  

28.04.2017, 15:33

At əti satmaq istəyən daha bir nəfər tutuldu

28.04.2017, 15:24

Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar"

28.04.2017, 15:20

Vilayət Eyvazov Dağıstanda nazirlərlə görüşdü

28.04.2017, 14:58

Azərbaycanın nazlı komandası - Futbolçu qızların məşqindən REPORTAJ

28.04.2017, 14:44

Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ görüşü başa çatıb - BƏYANAT

28.04.2017, 14:39

Yanukoviçdən müsadirə olunmuş pullar Ukrayna ordusuna sərf olunacaq

28.04.2017, 14:34

Şuşada konsert verən musiqiçilər “qara siyahı”ya salınacaq

28.04.2017, 14:21

UNEC-də Zərifə Əliyeva yad edildi

28.04.2017, 14:00

Sosial mənzil almaq üçün sənədlərin siyahısı müəyyənləşdi

28.04.2017, 13:57

“Milyonerlər məhəlləsi”ndə toy

28.04.2017, 13:13

Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti

28.04.2017, 13:13

Özünü ölümə atıb əsgərlərini xilas edən komandir - “Aprel şəhidi” Elnur Əliyevin həyat yolu - FOTOLAR

28.04.2017, 13:09

AŞPA sədrinə təşkilatın adından danışmaq qadağan olundu

28.04.2017, 13:08

Deputatlardan TƏNDİQ: "İnsaflı yanaşma olmalıdır"

28.04.2017, 13:03

“Pul qıtlığı yaranıb”

28.04.2017, 13:00

Polis olmaq istəyən jurnalistlərin NƏZƏRİNƏ

28.04.2017, 12:57

Qalmaqallı qanun layihəsi dəyişdirildi

28.04.2017, 12:49

Sabah hava necə olacaq?

28.04.2017, 12:45

May ayının hava PROQNOZU

28.04.2017, 12:38

İslam Oyunlarında xarici vətəndaşlar rabitə xidmətindən rahat istifadə edəcək

28.04.2017, 12:28

Bakıdakı islamiadada  247 “London Taxi”si qonaqlara xidmət göstərəcək

28.04.2017, 12:27

Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

28.04.2017, 12:19

İlham Əliyev Sumqayıtda zavod tikintisi ilə tanış oldu - YENİLƏNİB

28.04.2017, 12:17

Qarabağda daha bir erməni hərbçi məhv edildi

28.04.2017, 12:13

Ermənilər Azərbaycan mövqelərinə zenit raketi atdılar - FOTOLAR

28.04.2017, 12:12

BDU-da “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilib

28.04.2017, 12:06

Xarici musiqiçilər Şuşada konsert verdilər - FOTOLAR

28.04.2017, 12:01

Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat almamışam”

28.04.2017, 11:57

Hacı İbrahimin milyonluq maşını satışa çıxarıldı - Kreditdə imiş

28.04.2017, 11:53

Senatorun qızı: “Obama çirkin kapitalistdir”

28.04.2017, 11:50

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28.04.2017, 11:48

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28.04.2017, 11:35

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı

28.04.2017, 11:14

QHT-lərin ödəniş problemi: Maliyyə Bazarına Nəzarət Palatasından AÇIQLAMA

ARXİV