Modern.az

Star TV-nin siması - “Beşiktaş”ın prezidentindən boşanmış ünlü diktor - Nazlı Çelik - FOTOLAR  

Star TV-nin siması - “Beşiktaş”ın prezidentindən boşanmış ünlü diktor - Nazlı Çelik - FOTOLAR   

2 Aprel 2017, 22:20

O, Türkiyənin məşhur teleaparıcılarından- diktorlarından biri sayılır. Nazlı Çeliki Star TV-nin siması adlandıranlar da var.

Doğuş Holdinqin rəhbərlərindən Ucal və Səmra Çeliklərin qızı Nazlı 1977-ci ildə İstanbulda anadan olub. İlk və orta təhsilini İstanbulda, lisey təhsilini isə İsveçrədə tamamlayıb. ABŞ-ın Boston şəhərindəki Emerson Kollecində həm televiziya, həm də psixologiya sahəsi üzrə ali təhsil alıb. 1999-ci ildə Türkiyəyə qayıdan Nazlı Çelik sonrakı həyatını televiziya ilə bağlayıb.

Modern.az saytı təkcə Türkiyə məkanında deyil, ölkə hüdudlarından kənarda da tanınmış xəbər aparıcı barədə yazını təqdim edir.

Nazlı Çelikin televizya karyerası 1999-cu ildə NTV-də xəbər müxbiri vəzifəsindən başlayıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin dəvətilə Ağ Ev və Pentaqon səfərlərini əhatə edən bir televiziyonçuluq kursu keçib.

2005-ci ildə Star TV-yə keçən Nazlı bir il bu kanalda çalışandan sonra rəhbərlik Star Xəbər-in aparıcılığını ona həvalə edib. Və 2006-cı ildən ta bu günədək Star Xəbər-in aparıcısı Nazlı Çelikdir.

Televiziya tamaşaçıları artıq uzun illərdir Star TV-də həftəiçi xəbərlərini Nazlı Çeliklə birgə izləyirlər.

Nazlı Çelik xəbər aparıcılığı ilə yanaşı, dəfələrlə Star TV-nin xüsusi müxbiri qismində bir sıra qaynar nöqtələrdən çətin reportajlar hazırlamaqla da gündəmə gəlib. Məsələn, 16 mart 2016-ci il tarixində kürd terrorçularının məskunlaşdığı Mardin-Nusaybin bölgəsinə gedən xanım teleaparıcı orda türk ordusunun həyata keçirdiyi silahlı əməliyyatlara şahidlik edərək, həmin hadisələrdən canlı reportajlar hazırlamaqla daha da məşhurlaşıb.


Nazlı Çelik gündəm yaradan televiziya xəbərçisi hesab olunur. Son illər xəbərlərdən dolayı cəsarətindən də söz etdirməyə başlayıb. Qeyd etdiyimiz kimi, Nazlı xanım son dövrlərdə artan terror hadisələrini yerində araşdırmaq üçün bir sıra bölgələrdə ezamiyyətlərdə olub. Studiyadan çıxan diktorun Hakkari bölgəsində savaş meydanına daxil olaraq, hadisələri şəxsən canlı işıqlandırması Türkiyədə böyük əks-səda doğurub. Dəfələrlə silahlı çatışmaların ortasında qalan Nazlı Çelik bir dəfə hətta terrorçuların hədəfinə düşmüş və ona atılan güllə başının yanından keçib divara dəymişdi.

2016-cı ilin aprelində küçəyə çıxma yasağı elan edilən Hakkarinin Yüksekova rayonunda terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatları yerində izləyən Nazlı Çelik, o görüntüləri xəbərə çevirib bütün Türkiyəyə yaymaqla bəzi dairələri ciddi narahat etmişdi.

Məhz həmin reportajın yayımlanmasının ardından Nazlı Çelik haqqında ittihamlarla çıxış edən Xalqların Demokratik Partiyasının (HDP) Hakkaridən olan deputatı Abdullah Zeydan sərt təpki göstərmiş, onu hətta hədələmişdi. Kürd deputat teleaparıcını "qan üzərindən reytinq" toplamaqda ittiham etmişdi.

Nazlı Çelik isə həmin ittihamlara "bu reportajdakı qanlı görüntülər Hollivud filmindən bir kadr, oradakı əsgər və polislər də hansısa rol ifaçıları deyil. Bura onlarca şəhidin verildiyi, bir çox terrorçunun öldürüldüyü Yüksekovanın ta özüdür", - deyərək cavab vermişdi.Məsələ hətta Türkiyə Böyük Məclisində də müzakirə olunmuşdu.

Nazlı Çelik 1999-ci ildə Burak Öztarhan ilə evlənib və bu evlilik cəmi 3  il sürüb. 2012-ci ildə cütlük boşanıb. Bu evlilikdən cütlüyün Kayra adlı bir qızı doğulub.


Ardından xanım teleaparıcı ikinci dəfə ailə qurub. Bu dəfə o, Türkiyənin məşhur iş adamlarından biri ilə, “Beşiktaş” futbol klubunun keçmiş prezidenti Sərdar Bilgili ilə evlənib. 14 fevral 2015-ci il tarixində Sərdar Bilgili ilə Madriddə evlənən televiziyonçu xanım 6 ay sonra bu evlilikdən də boşanıb.

Nazlı Çelik ingilis və italyan dilləırini yüksəık səviyyədə bilən teleaparıcıdır. Bu gün o, Türkiyə teleməkanının ən yaxşı diktorlarından hesab olunur.

Təsadüfi deyil ki, Türkiyədə 2014-cü ildə keçirilən seçkilər dönəmində Star TV-də"Seçkilər” proqramının da aparıcılığı Nazlı Çelikə həvalə olunmuşdu.

O, ünlü xəbər aparıcısı olaraq bir sıra ödüllərlə layiq görülüb. 2014-cü ildə “Ən yaxşı diktor mükafatı”na layiq görülən xanım Çelik “Qızıl kəpənık” nişanı ilə təltif edilib. 2015-ci ildə Körfəz Universiteti Nazlı Çelikin Star TV-də aparıcı olduğu “Xəbərlər”i “İlin ən yaxşı informasiya proqramı” ödülünə layiq görüb.


2016-cı ildə o, “Ən yaxşı qadın xəbər aparıcısı” mükafatı qazanıb.

Son vaxtlar Nazlı Çelik haqda yeni dedi-qodular yayılıb. Bu şayihələrə görə, “Yahşi Qərb” və “Çox yaxında” filmlərindən tanıdığımız aktyor Ozan Güvənlə Star TV-nin ana xəbər diktoru Nazlı Çelik arasında eşq yaşanır.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi