Modern.az

At əti satanlar əməllərindən əl çəkmirlər - FOTO

At əti satanlar əməllərindən əl çəkmirlər - FOTO

2 Aprel 2017, 23:46

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.


Modern.az xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olan şəxs öz əməlini davam etdirib.

Belə ki, aprelin 1-i axşam saatlarında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və  Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yenidən Saqif Abbasov məxsus köhnə quşçuluq fermasına baxış keçiriblər. Baxış zamanı təsərrüfat sahibinin digər bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu aşkarlanıb.

Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək oradan qaçıblar. Məlum olub ki, S. Abbasova məsus 32 baş atdan 4 başının antisanitar şəraitdə kəsilərək satışa hazırlanıb.  

Fermada kəsilmiş atlardan 1 başının cəmdəyi bütöv halda, şaqqalara bölünmək üçün taladn asılmış, digər 3 baş at cəmdəyi 15 şaqqalara bölünmüş və qarmaqlardan asılmış vəziyyətdə, satış məqsədi ilə hazırlanaraq polietilen vannalara yığılmış sümükdən ayrılmış 76 kq at əti aşkarlanıb. Həmçinin, orada kəsilmiş atların 4 ədəd baş-ayağı və daxili orqanları aşkar olunub.

Aşkar edilən at cəmdəklərindən, sümükdən ayrılan ətlərdən və atların daxili orqanlarından   nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.

Fermada qalan 28 baş atlar isə Cəlilabar Rayon Polis Şöbəsində istintaq araşdırmaları başa çatana kimi ferma sahibi (polis əməkdaşları tərəfindən tapılıb gətirilən) Saqif Abbasova təhvil verilib.

Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

Qeyd edək ki, üç gün əvvəl məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirib. Bu zaman oradan mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, arıq, xəstəliyə şübhəli, antisanitar şəraitdə kəsim üçün hazırlanmış 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atlar və təzə kəsilmiş 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri, eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir