25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Xalq artisti İlham Namiq Kamal: “...hər şey rəhbərlikdən irəli gəlir” - MÜSAHİBƏ
Xalq artisti İlham Namiq Kamal: “...hər şey rəhbərlikdən irəli gəlir” - MÜSAHİBƏ
03.04.2017, 12:56

Modern.az saytı Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamalla müsahiəni təqdim edir:

 

-Salam, İlham müəllim! Necəsiniz, işlər necədir?

 

-Sağ olun, yaxşılıqdı. Arxada qoyduğumuz mart ayı bayramlarla əlamətdar aydı. Bu ay 8 Mart Beynəlxalq Qadınlar Günü, əsrlərdir ki, xalqımızın adət-ənənələrini özündə əks etdirən İlaxırçərşənbə, Novruz Bayramını qeyd etdik. Mart ayının eyni zamanda ölkəmizin teatr ictimaiyyəti üçün də xüsusi yeri var. 10 mart ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur. Beynəlxalq Teatr Günü də məhz bu aya - 27 mart tarixinə təsadüf edir. Bu günlərdə dövlət başçısı cənab İlham Əliyev ölkəmizin teatr xadimlərinin mükafatlandırılması, təltif edilməsi ilə bağlı sərəncam imzaladı. Habelə, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə teatr sahəsində çalışan müxtəlif şəxslər Fəxri fərman və “Fəxri mədəniyyət işçisi” döş nişanları ilə təltif olundu. Təltif olunanlar sırasında bizim sevimli teatrın da əməkdaşları var. Buna çox sevinirik. Bütün bunlar insanı yalnız ruhlandıra, daha böyük yaradıcılıq uğurlarına sövq edə bilər. Bu, həm də ümumilikdə, Azərbaycan mədəniyyətinə, Azərbaycan teatr sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu bizə, bizim sənətimizə verilən çox yüksək, ali qiymətdir.

 

-Dediniz ki, təltif olunanlar arasında Musiqili Teatrın nümayəndələri də var idi. Söhbət kimlərdən gedir?

 

-Azərbaycan Dövlət Musiqili Teatrının Baş baletmeysteri Zakir Ağayev hörmətli prezidentimizin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Novruz Qartal və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, teatrımızın quruluşçu rəssamı Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Son dövrlərə qədər Musiqili Teatrda fəxri adı olan sənətçilər çox az idi. Məhz son 7-8 ildə teatrımızın bir çox əməkdaşı müxtəlif fəxri adlarla təltif olunublar. Buna görə şəxsən öz adımdan, həmkarlarım adından möhtərəm prezidentimiz cənab İlham Əliyevə, hörmətli nazirimiz Əbülfəs Qarayev başqa olmaqla mədəniyyət və turizm nazirliyinə minnətdarlığımı bildirirəm.

 

-Dediklərinizdən belə məlum olur ki, maşallah, hər şey qaydasındadır...

 

-Şükür Allaha, hər şey əladır, hər şey yolundadır. Nədənsə narazı olmağa heç bir əsas, heç bir səbəb yoxdur. O insanın ki, əməyi qiymətləndirilir, ona dəyər verilir, onun kimdənsə inciməyə, narazı olmağa əsası, haqqı yoxdur. Bizim teatrda isə bu işlərə xüsusi önəm verilir. Hər kəs işinin, zəhmətinin dəyərini alır. Mən Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olmaqla yanaşı, Xalq artistiyəm, “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdçüsüyəm, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoram. Xalq məni tanıyır, sevir. İstər dövlət, istər işlədiyim teatrın rəhbərliyi tərəfindən əməyim hər zaman qiymətləndirilir, həmişə özümə qarşı diqqət və qayğı hiss edirəm. Düşünürəm ki, bir sənət adamına göstərilən diqqət və qayğı həm də onun çevrəsinə, ailəsinə göstərilən diqqət və qayğıdır. Yaradana minnətdaram ki, mənə belə bir tale və təbii ki, belə bir kollektiv nəsib edib. Bizim Musiqili Teatrda böyük-kişik yeri həmişə gözlənilir, bilinir. Təbii ki, bu da rəhbərlikdən irəli gəlir.

 

-Hazırda Musiqili Teatrın repertuarındakı hansı tamaşalarda oynayırsınız?

-Musiqili Teatrın cari repertuarındakı bir sıra tamaşalarda baş rolları ifa edirəm. Dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyasında Mərcan bəyi oynayıram. Yeri gəlmişkən qeyd edim ki, Musiqili Teatrın əsası ötən əsrin əvvəllərində məhz bu dahiyanə səhnə əsəri ilə qoyulub. Daha sonra F. Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç, R. Mirişli və M. Haqverdiyevin “Qısqanc ürəklər”ində Polkovnik Mikayıl, E. Sabitoğlu və C. Məmmədovun “www.ferzeli-kef.com”-unda Fərzəli, R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən”ində Orxan rollarını ifa edirəm. Bir-birindən maraqlı, yaddaqalan obrazlarla hər həftə ən azı bir dəfə tamaşaçıların qarşısına çıxmaq, onların alqışlarını qazanmaq... Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilərmi?

 

 -Musiqili Teatrda rejissor kimi hazırladığınız tamaşalar varmı?


 -Əlbəttə var! Məsələn, bayaq qeyd etdiyim R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu rejissoru mənəm. Tamaşadakı tərəf-müqabilim Azərbaycan Respublikasının Əməkdar artisti, hamının müğənni kimi tanıdığı, amma həm də gözəl aktrisalıq istedadına malik olan Almaz Ələsgərlidir. Bütün bunlarla yanaşı, bir sıra yeni layihələr də var ki, hazırda onların üzərində işləyirik.

 

-Bir qədər bu haqda danışardınız.


-Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasını hazırlamaq arzusundayam. Bu əsər illər öncə yazılsa da, orada günümüzlə səsləşən bir sıra məqamlar var. Əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım. Bilirsiniz heç vaxt köhnəlməyən, həmişə müasir olan əbədi mövzular var. Məsələn, tamah, var-dövlət hərisliyi, sevgi, məhəbbət... Bu mövzular bütün dövrlərdə müasirdi. Bildirim ki, quruluşçu rejissoru olacağım “Əliqulu evlənir” tamaşasının musiqisi Oqtay Rəcəbova məxsusdur. Mahnı mətnlərini gözəl şairimiz Baba Vəziroğlu qələmə alıb. Hazırda qızğın iş gedir, inanıram ki, bu səhnə əsəri də tamaşaçılarımızın ürəyincə olacaq.

 

-Qeyd etdiniz ki, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdirisiniz. Tələbələrinizdən Sizinlə birlikdə Musiqili Teatrda işləyən varmı?

-Bəli, var və bu mənim xoşbəxtliyimin daha bir sübutudur. Səməzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, vaxtı ilə “İlham” Miniatür Teatrında mənimlə birlikdə işləmiş Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva – sonradan Musiqili Teatra gəldilər – hamısı mənə doğma, əziz insanlardı. Sözün həqiqi mənasında mən xoşbəxt insanam ki, tələbələrimlə eyni səhnəni bölüşür, onlarla çiyin-çiyinə işləyirəm. Əlbəttə, bu şəraiti yaratdığına, istedadlı gənclərin teatrımıza cəlb olunmasına, onlara yüksək etimad göstərilməsinə, onlara arxa, dayaq olduğuna görə ilk növbədə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, bütün kollektivin sevimlisi, əziz dostum Əliqismət Lalayevə təşəkkür etmək istəyirəm. Ümumiyyətlə, Əliqismət Lalayev Musiqili Teatra direktor təyin olunandan sonra burada bir canlanma yaranıb. Təbii ki, bu barədə mətbuatda da kifayət qədər yazılır, kifayət qədər işıqlandırılır. Bu gün teatrın repertuarında olan Ü. Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, İ. Əfəndiyevin “Mənim günahım”, F. Əmirovun musiqiləri əsasında “999-cu gecə”, Elçinin “Baladadaşın toy hamamı”, Ə. Haqverdiyevin “kimdir müqəssir?”, O. Kazımi, R. Heydərin “Qızıl toy”, habelə rus bölməsində İ. Kalmanın “Silva”, R. Hacıyevin “Qafqazlı qardaşqızı”, M. Komulettinin “Fransızsayağı qarnir” və başqa səhnə əsərləri uğurla nümayiş olunur. Eyni zamanda Azərbaycan və rus dillərində bir sıra uşaq tamaşalarımız var ki, hər zaman uşaqlar böyük maraq içində və sevə-sevə izləyirlər. Teatrımız müxtəlif ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurla iştirak edir, mükafatlar qazanır. Artıq Musiqili Teatr bir mayaka çevrilir. Hər şey göz qabağındadır, mənə elə gəlir ki, əlavə sözə ehtiyac yoxdur.

 

-Bu yaxınlarda Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərində Soltan bəy obrazında çıxış etdiniz.

 

-Bu da yeni bir layihə idi və inanıram ki, uğurlu alındı. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov və Baş rejissor, Əməkdar incəsənət xadimi Hafis Quliyev məni dəvət etdi və mən də onların bu dəvətini məmnuniyyətlə qəbul elədim. Ümumiyyətlə, bunun özü də Azərbaycan teatrında yeni bir tendensiyadır və səhv etmirəmsə, bunun da əsası bizim teatrda qoyulub. Hələ 2011-ci ildə Əliqismət müəllimin təklifi ilə Musiqili Teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Qoqolun məşhur “Evlənmə” əsəri səhnələşdirildi. Həmin tamaşaya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisaları, Xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, Gənc Tamaşaçılar Teatrından Əməkdar artist Qurban İsmayılov dəvət olundular. Tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu və Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazandı. 2012-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov J.B. Molyerin “Skapenin kələkləri” tamaşasında Arqat rolunu ifa etmək üçün dəvət olundu və həmin tamaşa hazırda da teatrımızın repertuarında uğurla nümayiş olunur. 2014-cü ildə isə Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkda artist Şövqi Hüseynov Üzeyir Hacıbəylinin əbədiyaşar “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasında iştirak etmək üçün dəvət olundu və Məşədi İbad rolunun ifasına görə “Zirvə” Mükafatını qazandı. Bu yaxınlarda teatrımızda premyerası keçirilən dünya şöhrətli bəstəkar Qara Qarayevin musiqiləri və Xalq yazıçısı İlyas Əfəndiyevin eyni adlı əsəri əsasında hazrlanan “Mənim günahım” pyesində yenə də Akademik Milli Dram Teatrından Xalq artisti Şükufə Yusupova və Əməkdar artist İlham Hüseynov uğurla çıxış etdilər.

Bizim teatrın artistləri də mütəmadi olaraq Opera və Balet teatrına dəvət olunurlar. Bu teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindəhazırda mənimlə yanaşı,teatrımızın aktyorları – Əməkdar artist Ələkbər Əliyev və başqa bir tamaşada aktyor Ağaxan Şərifov da çıxış edirlər. Buna qədər isə teatrımızın gənc aktrisası Türkel Şabanova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunaraq çıxış etmişdi.

Hazırda Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrında S. Ələsgərov və İ. Məlikzadənin “Toy olsun” əsərində məşq edir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Opera və Balet Teatrının aparıcı solistləri sayılan Əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Afaq Abbasova, Ramil Qasımov da bizim Musiqili Teatrdan ora gediblər.

Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə, Azərbaycan mədəniyyətinin, Azərbaycan teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Virtual pullar bazarında qiymətlər dəyişdi
25.06.2018, 21:09

Virtual pullar bazarında qiymətlər dəyişdi

Xəzərdə zəlzələ oldu
25.06.2018, 20:55

Xəzərdə zəlzələ oldu

AŞPA-da  Ermənistanın vandalzm siyasətindən danışıldı
25.06.2018, 20:43

AŞPA-da  Ermənistanın vandalzm siyasətindən danışıldı

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO
25.06.2018, 20:31

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO

DİN-də 36 vakant vəzifə müsabiqəyə çıxarıldı
25.06.2018, 20:17

DİN-də 36 vakant vəzifə müsabiqəyə çıxarıldı

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO
25.06.2018, 20:03

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO

“İlin gənc müəllimləri” Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 
25.06.2018, 19:45

İlin gənc müəllimləri Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb
25.06.2018, 19:32

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Şəmkirdə meyvə ağacları yanıb
25.06.2018, 19:14

Şəmkirdə meyvə ağacları yanıb

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib
25.06.2018, 18:49

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

Serj Sarkisyanın qardaşı saxlanıldı
25.06.2018, 18:47

Serj Sarkisyanın qardaşı saxlanıldı

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”
25.06.2018, 18:39

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA
25.06.2018, 18:11

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?
25.06.2018, 18:04

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?

Zakir Həsənov hərbçiləri təbrik etdi
25.06.2018, 17:52

Zakir Həsənov hərbçiləri təbrik etdi

İranda devalvasiya əleyhinə mitinq keçirilib
25.06.2018, 17:40

İranda devalvasiya əleyhinə mitinq keçirilib

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”
25.06.2018, 17:38

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı
25.06.2018, 17:33

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı

“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı
25.06.2018, 17:33

Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı

General Manvel Qriqoryanın arvadı da həbs olundu
25.06.2018, 17:16

General Manvel Qriqoryanın arvadı da həbs olundu

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı
25.06.2018, 17:12

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"
25.06.2018, 17:10

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”
25.06.2018, 16:51

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI
25.06.2018, 16:37

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...   
25.06.2018, 16:27

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...  

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı
25.06.2018, 16:16

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı

Daha bir erməni təxribatının qarşısı alındı   
25.06.2018, 16:14

Daha bir erməni təxribatının qarşısı alındı  

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi
25.06.2018, 16:13

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı
25.06.2018, 16:12

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı

NATO üçün kabusa çevrilən “Qara dəlik”...
25.06.2018, 16:05

NATO üçün kabusa çevrilən “Qara dəlik”...

Bakıda mənzildə qadın meyiti tapıldı
25.06.2018, 15:56

Bakıda mənzildə qadın meyiti tapıldı

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi
25.06.2018, 15:54

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

UNEC-də “Məzun Günü” keçiriləcək
25.06.2018, 15:52

UNEC-də “Məzun Günü” keçiriləcək

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...
25.06.2018, 15:36

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı
25.06.2018, 15:31

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(10.9%)
Braziliya(26.0%)
Almaniya(10.0%)
İngiltərə(2.10%)
Portuqaliya(11.7%)
İspaniya(5.46%)
Fransa(4.62%)
Belçika(2.52%)
Seneqal(3.36%)
Rusiya(23.1%)