Modern.az

Böyük əməliyyat: 21 erməni postu alt-üst edildi - VİDEO

Böyük əməliyyat: 21 erməni postu alt-üst edildi - VİDEO

3 Aprel 2017, 14:07

Aprel müharibəsində  ordumuzun qazandığı şanlı qələbələrin ildönümünə həsr olunmuş “Döyüş Gündəliyi – Talış” filmi təqdim olunub.

Modern.az-ın məlumatına görəTofiq Şahmuradovun müəllifi olduğu filmdə Talış istiqamətində gedən döyüşlərdə azad olunmuş ərazilərin görüntüləri yer alıb.

Filmdə aprel əməliyyatlarının detalları ilə bağlı ətraflı məlumat verilib. Sözügedən ərazidə düşmənin 21 postunun dağıdıldığı, ermənilərin “keçilməz” dediyi səddin – “Ohanyan xətti”nin əsgərlərimiz tərəfindən yarıldığını qeyd olunub.

“Döyüş Gündəliyi – Talış” filmi aprel döyüşlərində ordumuzun necə böyük şücaət göstərdiyini aydın şəkildə gözlər önünə sərir.

Qeyd edək ki, filmin ssenari müəllifi Elçin Əliyev, rejissoru Fuad Tofiqoğludur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?