Modern.az

“Nobellər və Bakı nefti”

“Nobellər və Bakı nefti”

Mədəni̇yyət

10 Noyabr 2009, 18:03

Noyabrın 11-də Londonda “Asia House” sərgi salonunda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal s ərginin açılış mərasimi keçiriləcək. Məlumatı Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Açılış mərasimində Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, “StatoilHydro-Abşeron” neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Baiba Anda Rubesa və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, həmçinin Londonun Viktoriya və Albert muzeyinin rəhbərliyi iştirak edəcək.
Dəvət olunanlar sırasında Londonda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri, neft şirkətləri, muzey ictimaiyyəti və digər beynəlxalq təşkilatların nümayəndələri də var.
Layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “StatoilHydro-Abşeron” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.  
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi