21 oktyabr 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA
At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA
04.04.2017, 12:08

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb. Səsləndirilən fikirlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verildiyi iddia olunur.

Modern.az saytı bu iddialara aydınlıq gətirmək üçün həm Azad İstehlakçılar Birliyi, həm də istehsalçı şirkətlərlə əlaqə saxlayıb.

 

“At-eşşək əti kolbasa-sosiska istehsalına verilir”

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, hər gün istehlakçılar tərəfindən bu cür şikayətlər alır:

 

“İnsanlar çıxılmaz vəziyyət barədə bizə sorğular ünvanlayırlar. Harada, necə qidalanmalı olduqlarını soruşurlar. Aşkarlanan at-eşşək ətləri həm dönərxanlara, həm şadlıq evləri və restoranlara, həm də kolbasa-sosiska istehsalına verilir. Yəni verilmədəyinə dair təminatımız yoxdur”.

E.Hüseynov bunu qida təhlükəsizliyi haqqında qanunun olmaması ilə əlaqələndirib:

“Qanun olmayan yerdə mütləq cinayət baş verir. Təsadüfi deyil ki, bu ilin fevral ayında cənab Prezident Qida Təhlükəsizliyi Agentliyi yaradılması barədə sərəncam imzaladı. Bu agentlik 2018-ci ildən fəaliyyət göstərəcək. Ümid edirəm ki, Agentlik fəaliyyətə başlayandan sonra problem aradan qalxacaq”.

 

“Eşşək əti yeməlidir” açıqlaması...

 

AİB sədri Kənd Təsərrüfatı Nazirliyinin “eşşək əti yeməlidir” açıqlamasına sərt münasibət bildirir:

 

“Ölkədəki rəsmi qurumların bu cür açıqlamalar verməsi, ermənilərin əlinə fürsət, ideoloji silah verir ki, azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyir, yaxud azərbaycanlılar gör nə vəziyyətdədir ki, eşşək əti yeməyə məcbur olublar. Birmənalı olaraq xalq acından ölsə də, at-eşşək ətinin əhaliyə satılması məsələsinə son qoyulmalı, gündəmdən çıxarılmalıdır”.

 

“Biz brendimizi zay etmərik”

 

“Ovçular” ət və ət məhsulları MMC-nin icraçı direktoru Nazim Kazımov Modern.az-a at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verilməsininabsurd olduğunu deyir. N.Kazımov bildirib ki, şirkət üçün “Ovçular” brendinin keyfiyyəti və təhlükəsizliyi hər şeydən üstündür:

 

“Biz o cür ətləri istehsal etdiyimiz məhsula qatıb brendimizi zay etmərik. Şəxsən mən öz şirkətimizdən danışıram. Müsadirə olunan o ətlər elə vəziyyətdədir ki, onlardan istifadə mümkünsüzdür. Bunların hamısı şayiələrdir. Biz kolbasa-sosiska istehsalı üçün Hindistandan, Moldovadan, Ukraynadan ət idxal edirik”.

 

İcraçı direktor “Yerli ət baha olduğuna görə, xaricdən idxala üstünlük verirsiniz” sualını belə cavablandırıb:

 

“Qeyd edim ki, kobasa-sosiska istehsalı üçün hər ətdən istifadə etmək olmaz. Azərbycanda da kolbasa-sosiska istehsalı üçün ət istehsal edən müəssisələr var. Amma biz xaricdən idxal edirik.

Nəzərinizə çatdırım ki, ət kolbasa-sosiska istehsalında istifadə üçün ilkin olaraq sümükdən və damardan ayrılmalıdır. Bundan sonra ət blok halına gətirilərək dondurulur. Yalnız bundan sonra həmin ətdən kolbasa-sosiska istehsal etmək olar. Damarlı ətdən hazırlanmış məhsul keyfiyyətli olmur, yeyərkən damarla hiss edilir. Eyni zamanda təzə əti kolbasa-sosiska istehsalı üçün istifadə etmək mümkün deyil”.

 

 

“Hacı Turqay” və “Sevimli Dad” şirkətlərinin marketinq şöbəsinin meneceri Natəvan İsmayılova Modern.az-a açıqlamasında kolbasa-sosiska istehsalında at-eşşək ətindən istifadə barədə məlumatların yalan olduğunu deyib:

 

“Biz şirkət olaraq bu cür keyfiyyətsiz ətlərdən istifadə etmirik. Ümumiyyətlə, bu məlumatlar həqiqəti əks etdirmir”.

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA   
21.10.2017, 15:48

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA  

İsrail qırıcıları Suriyanı bombaladı
21.10.2017, 15:46

İsrail qırıcıları Suriyanı bombaladı

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA   
21.10.2017, 15:36

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA  

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI   
21.10.2017, 15:16

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI  

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ   
21.10.2017, 15:12

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ  

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA   
21.10.2017, 15:10

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA  

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21.10.2017, 14:40

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”
21.10.2017, 14:23

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı
21.10.2017, 14:20

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO   
21.10.2017, 14:12

Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO  

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21.10.2017, 14:03

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”
21.10.2017, 13:51

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Müdriklik zirvəsi - 70 yaş...   
21.10.2017, 13:46

Müdriklik zirvəsi - 70 yaş...  

Prezident mükafatları artırılır - ayda 500 manat   
21.10.2017, 13:27

Prezident mükafatları artırılır - ayda 500 manat  

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək
21.10.2017, 13:14

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı   
21.10.2017, 13:03

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı  

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu   
21.10.2017, 12:53

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu  

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...
21.10.2017, 12:42

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...

Qarabağda daha iki erməni əsgər öldü   
21.10.2017, 12:40

Qarabağda daha iki erməni əsgər öldü  

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü
21.10.2017, 12:32

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü

Arvadını öldürən ər polisə təslim oldu
21.10.2017, 12:28

Arvadını öldürən ər polisə təslim oldu

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ
21.10.2017, 12:20

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ
21.10.2017, 12:12

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...
21.10.2017, 12:00

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21.10.2017, 11:52

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı

51 keçmiş polis əməkdaşı saxlanıldı    
21.10.2017, 11:45

51 keçmiş polis əməkdaşı saxlanıldı  

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21.10.2017, 11:43

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ
21.10.2017, 11:32

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ

21.10.2017, 11:25

"Qarabağ"ın rəhbərliyindən Türkiyənin “Sabah” qəzetinə sərt CAVAB  

“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA   
21.10.2017, 11:12

“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA  

Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”   
21.10.2017, 10:36

Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”  

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ   
21.10.2017, 10:23

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ  

YAP da mitinq keçirəcək?..   
21.10.2017, 10:04

YAP da mitinq keçirəcək?..  

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”   
21.10.2017, 10:01

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”  

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu   
21.10.2017, 09:52

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu  

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.26%)
“Azərişıq”(26.7%)
“Azərsu”(10.5%)
“Azəristiliktəchizat”(2.87%)
Heç biri(54.5%)