23 iyun 2017, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Ənvər Əhməd: “Erməniyə əsir düşməmək üçün 6 saat soyuq suyun içində qaldıq” - MÜSAHİBƏ
Ənvər Əhməd: “Erməniyə əsir düşməmək üçün 6 saat soyuq suyun içində qaldıq” - MÜSAHİBƏ
04.04.2017, 13:22

Modern.az saytıAzərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının rəhbəri, şair, pedaqoq Ənvər Əhmədlə müsahibəni təqdim edir:

-Ənvər müəllim, müsahibəmiz Aprel döyüşlərinin ildönümünə təsadüf edir. Həm döyüşlərin getdiyi ərəfədə, həm də ondan sonra sizin filial ön xətdəki hərbi hissələrdə əsgərlərlə görüşlər keçirdi?   Mənəvi-psixoloji ovqatı artırmaq üçün nə iş gördünüz?

-O hadisələr zamanı və ondan sonra Qarabağdan bir neçə yazıçını da götürərək,  cəbhə  xəttinə yollandıq. Əsgərlərlə görüşlər keçirdik. Qələm də ancaq o ovqata işlədi. “525-ci qəzet”də bir neçə şeirim çıxmışdı: “Ali baş komandanım əmrinə müntəzirik” adlı şeirim, hesab edirəm ki, xalqa verdiyim söz təkandır. Qəzetdə çıxandan sonra çox böyük sürətlə yayıldı. Dərhal bizim böyük bəstəkarımız Oqtay Rəcəbov həmin şeirə  mahnı bəstələdi.

 -Bir şair olaraq fikriniz maraqlıdır: Torpaqlar və yüksəkliklər öz yerində, Aprel döyüşlərinin Azərbaycan xalqına mənən bəxş etdiyi ən böyük qazanc nə oldu?

-O döyüşlər xalq, dövlət və ordumuzda çox yüksık əhval-ruhiyyə yaratdı. Pərdəni çox qaldırmadıq, amma  ciddi qələbəmiz oldu.  Hər iki istiqamətdən - həm Ağdərə, Həm Cocuq Mərcanlı tərəfdən xeyli irəlilədik. Bunları açıq demək düzgün deyil, hərbi-strateji məsələlərdi. Düşmən tərəfi istər canlı qüvvə, istərsə də texnika sarıdan çox ciddi itki verib. Onlar həyasızlıq edir, gəlib başqasının torpağının üstündə oturub. Döyüşlərdən əvvəl  bığ istəyirdi, döyüşdən sonra saqqalı da yolundu. Başqalarının ətəyindən tutub gəldi, Azərbaycanın 20 faiz torpağını işğal etdi, mədənlərimizdən indi də istifadə edir- bütün bunları dünya da bilir. Amma bitərəflilik var. Açıq səlib yürüşü aparılır. Dünya bir tərəfdən bunu təsdiq edir, deyir, bu torpaq, bu həyət  sənindir, Azərbaycanındır. O biri tərəfdən isə itini o torpaqdan çıxarmır. Onu daha da vızdıyır, şirnikləndirmək üçün çörək atır, bizə daha çox hürdürür. Şəraitin bu cür olduğu məqamda ordumuzun, xalqımızın o rəşadəti bizim üçün çox gərəkli idi. Aprel döyüşlərinin ən böyük qazancı məlum şəraitdə düşmənə verilən layiqli cavab və onun yaratdığı ruh yüksəkliyidir. Bu gün bizim əksər bölgələrdə elə texnikamız, elə qüvvələrimiz var ki, onların hesabına biz mütləq qalib gələcəyik. Onlar nə vaxtsa, həmin hərəkəti yenidən etsələr, yəni, hücuma başlasalar, o zaman dişlərinə yox, təpələrinə vuracağıq. O zaman  bəlkə, cinayətkar, haqsız olduğunu anlayarlar.

Bildiyiniz kimi, hazırda Ermənistan siyasəti bir neçə cəbhəyə ayrılıb. Köhnə müxalifət liderlərindən biri deyir ki, Azərbaycan torpaqlarını qaytarmaq lazımdır. Amma görünür, bu Sarkisyana kar etmir. Mən Stepanakertdə, yəni, Xankəndidə onunla da, Köçəryanla da işləmişəm. Təbii ki, bir idarədə yox, amma bir şəhərdə işləmişik. Balaca şəhər idi deyə, hamı bir-birini tanıyırdı. Yer kürəsində o Sarkisyandan çox daşnak vurğunu olan ikinci adam yoxdu. Dəhşətli dərəcədə ifrat erməni fanatikidir. Bir var ağıllı mühakimə yürüdəsən, bir də var hisslərə qapılıb, utopik nələrəsə meyl edəsən. Sarkisyanda da eynən o cürdü.   Onlar az qalıb Ay səthinə aparıb bir torba torpaq atsınlar, sonra da desinlər ki, Ayın o hissəsi də bizimdir. Onlarda bax, bu cür psixi pozuntunun nişanəsi olan torpaq istəmək xəstəliyi var. Beyinlərinin xəstə qurdu tutur və torpaq istəyirlər.

-Bir sözlə, aprel döyüşlərini qayıdışın başlanğıcı sayırsınız. Söz adamı olaraq bu qayıdışa nə kimi töhfələriniz olub? Həm sizin, həm də filialın....

-Bu, qayıdışdır. Mənim bir əsərim də belə adlanır. Həm mən, həm də bölgəmdən olan başqa ziyalılar, söz adamları da bunu qayıdış hesab edirik. Əgər Lələtəpəyə ayağımız dəyibsə, anlamaq lazımdır ki, bu saat başımız Şuşadadır. Müharibədə belə bir qanun var: bir metr irəli getdinsə, qurtardı, daha ardı gələcək. Düşmən onsuz da yaramaz, başqalarının ətəyindən tutan düşməndir. Mübarizə aparmağı da bacarmır. O kimdi ki, Azərbaycan xalqı, onun güclü ordusu ilə vuruşa?! Prezident də sağ olsun, o gün ordu komandanları ilə görüşdə də çox yaxşı danışdı. Adamın həqiqətən, ermənilərə gülməyi gəlir. Bığ dalınca gəlmişdilər, saqqallarını  da yolub getdilər.

Onlara kəlmə-kəlmə, söz-söz, əsər-əsər nifrətimiz var. Biz də bir yazımı olaraq bu nifrətlə silahlanmışıq.

-Aprel döyüşləri həqiqətən, döyüş əzminin artmasına, ruh yüksəkliyinə səbəb oldu. Siz müharibənin taleyinin yalnız növbəti döyüşlərlə həll olunacağına inanırsız? 

-Xalqmızımız bütün oğullarını, övladlarını Allah yaradıb, Allah da qoruyacaq. Biz də istəmirik ki,  xalqımızın cavan-cavan oğlanları güllənin altına getsinlər. Toyu çalınmamış başqa aqibətlə üzləşsinlər. Amma daha nə edək, bu adam getmir də sənin torpağından!  Belə olan halda məcburən onunla döyüşə girməlisən. Televizorda bizim savadlı bir politoloq çıxış edirdi, Elman Nəsirli, deyirdi, döyüşdən sonra saytların birində erməni zabiti müraciət edib. Ayağının biri yoxdu, qollarının da biri... Danışırdı ki, mən o döyüşləri görürdüm. Biz meyitləri sıralaya bilmirdik. Özümüzü itirmişdik, başımıza döyüb ağlaşırdıq. O dərəcədə üstümüzə od ələndi ki, başımızı qaldırmağa macalımız olmadı.
İndi görürsüzmü, biz hələ onlara çox cüzi cavab vermişik. Cavab vermişik ha, hələ hücum etməmişik. Gör, müsəllah əsgər olub döyüşə getsək nə olar! Azərbaycanın elə oğlanları var ki, bu saat sanki kiliş üstə oturub. Düşmən üzərinə gedib, torpaqları azad etmək üçün səbirsizlənir. Sən cavansan, o torpaqlara, onların gözəlliyinə bələd deyilsən. O torpaqların hamısı təpədən dırnağa ləldir, cəvahirdi. Kəlbəcərin İstisuyunu erməni neftdən baha qiymətə satır. Zəngilanda Çinar meşəsi var idi, inan ki, baxardın, elə bilərdin ki, Allah bu meşəni öz əli  ilə ora qoyub. O dərəcədə gözəl idi. Adam baxıb fəxr edirdi. Erməni hamısını qırdı. Bu cür düşmənçilik olar?! Müharibənin qayda-qanunu var: özünə düşmən saydığın ordu ilə vuruşarsan,  ya qalib gələrsən, ya da məğlub olarsan. Amma evləri yandırmaq, meşələri, ağacları dibindən qırmaq, otlaqları, məzarları yandırmaq, yolu dağıtmaq, suyu zəhərləmək- bütün bunların hamısı dünyada analoqu olmayan alçaqlıqdı.

Mən şəxsən yaşım yetmişi  keçsə də, bir əsgər kimi vuruşmağa bu gün də hazıram. Əgər icazə versələr, mən də döyüşə gedərəm. Şərt deyil ki, döyüşün ortasında durub tank sürüm, top idarə edim. Mən bu yaşda avtomat da ata bilərəm, qumbara da tullayaram. Orduya nə yardım lazımdırsa edərəm, yaralı daşıyıb, əsgərə yemək apararam. Bunu hər bir vətəndaşımız etməlidir, buna borcluyuq. Çünki erməni adlanan taun yavaş-yavaş irəli gəlir. Bu gün hər birimizin evində körpələr var. Biz bu gün o körpələrin naminə vuruşmalıyıq. Onların sərsəm ağıllarına nə gəlirsə, o cür də edirlər. Onların niyyətləri dəhşətlidir. Müharibədən sonra ermənilərdən bəziləri yazırdı  ki, biz hələ Yevlaxda dayanmalıydıq, qoymadılar, bəziləri deyir, Sabirabbada dayanmalıydıq, imkan vermədilər. Görün, necə dəhşətli niyyət, dəhşətli fikirlərdi. Əksinə, bizi qoymadılar, əlimizi–qolumuzu bağladılar. Özüm müharibə vaxtı orada yaşayırdım. Döyüşlər olan səmtlərə gedirdik. Yaralı götürürdük, yaralarını sarıyırdıq. Əsgərlərimiz üçün silah, patron daşıyırdıq. İnanın, bizim ordunun tutduqlarının çoxusu “neqr” idi, bir də ruslar. Siz nə gəzirsiz mənim torpağımda? Ermənilərə kömək edirdilər. Biz bu gün çox  qəzəbli  və inamlıyıq. İnanıram ki, tezliklə addımlarımızı yeyinlədəcəyik. Onu mən də görəcəyəm, siz də görəcəksiniz. Biz Şuşaya getməliyik mütləq. Kəlbəcərin ən ucqar yerinə ayaq basmalıyıq.

-Qarabağ  müharibəsi zamanı heç vaxt unutmayacağınız hadisəni bizimlə bölüşə bilərsiniz?

-Bəli, əlbəttə bölüşərəm. Heç vaxt unuda bilməyəcəyim ən dəhşətli hadisə Daşaltı faciəsi oldu. Daşaltıda çox az ev var idi. Amma sən demə, yerin altı başdan-başa pulemyot imiş. Biz nahaq o əməliyyata getdik. O zamankı rəhbərlik əliyalın əsgərlərə deyirdi ki, get ora, get bura. Hərbi komissar vardı, Şuşaya gəlmişdi. Rəhmətlik Mikayıl Gözəlovun otağında ona etirazımı bildirdim. Dedim, o kəndin üstünə beş-altı adamla niyə gedirsən. Allah rəhmət eləsin o döyüşçülərimizə. Hər biri 10 düşmənin öhdəsindən gələ biləcək 150 nəfər oğlanımız Daşaltıda həlak oldu. Mən o dəhşəti gözlərimlə görmüşəm və  hələ də unuda bilmirəm. O, 150 nəfər 2000 əsgərlə döyüşə bilərdi.

Daha sonra Qaradağlı faciəsi də böyük dəhşət idi, bu gün də xatirimdən çıxara bilmirəm. Biz hələ onlar barəsində çox yazmamışıq. Orada 150 –dən çox adam qətlə yetirildi. O yerləri yaxşı tanıyırdım. Dərə yuxarı tarixi bəylərimizin saldıqları meşələr, yaylaqlar idi. Qadınları, uşaqları “Kamaz”lara yığıb, aparıb çalaya tökmüşdülər, diri-diri üstlərini basdırmışdılar. Bu, dəhşətinə görə Xocalıdan sonra ikinci böyük faciə idi. Xocalıdan  qabaq Qaradağlı kəndində 160-dan çox adamı qırdılar. Çoxlarının heç qəbri də məlum deyil.
25 ilə yaxındır ki, dünyaya çətinliklə sübut etməyə çalışırıq ki, orada 1200-ə yaxın adam həlak olub. İndi 630, filan adamın öldüyünü  deyirlər.

-Səhv etmirəmsə, 613 nəfər...

-Yalan söhbətdi, qardaşım. 613 nədir?! Hansı meyitləri tanıyıblarsa, onları da siyahıya alıblar. Qalanlarını tanıya bilməyiblər axı. Orada evlər var idi ki, tamamilə məhv olub. Əgər 613 nəfər ölübsə, yaralılar da ortadadırsa, sayları da məluldursa, bəs o 1200 nəfər hara getdi?! Axı qəsəbənin əhalisinin konkret sayı-hesabı var. Mən bunu dünyaya, elə o zamankı başçılarımıza sual verirəm. Bəlkə,  bu gün də oradakı qadınlarımızın çoxu ermənilərin evlərində, həyətlərində, tarlalarında nökər kimi işlədilir. Bu, bizim milli faciəmizdir. Dərdimiz çox ağırdı.

-Çox hadisələrin şahidi olmusunuz. Başqa hansı yanlışlıqlar bizə ağır zərbələr vurdu?

-Şuşanın getməsi isə bu faciənin tacıdır. İşğaldan iki ay qabaq orada 1500 əsgər var idi. O zamankı ordu rəhbərlərindən soruşmaq lazımdır ki, bəs o 1500 əsgəri hara buraxdınız?! Buraxdılar e, hamısını... Guya Beynəlxalq Qızıl Xaç Komitisindən, nə bilim hardan adamlar gələcək, Xocavənd arasındakı yolları minalardan təmizlədilər. O ərəfədə bir də baxdıq ki, həmin 1500 nəfərin sayını azaldıb, əksəriyyətini məzuniyyətə göndəriblər. Bax, bu cür yanlış hərəkətlər ölkəyə ağır itkilər verdi. Biz çox ağır müharibələr, itkilər görmüşük. Bir əsrdə 4 dəfə soyqırımına məruz qalmışıq. Sənin tarixçilərin var, qoy bunları araşdırsınlar. Şamaxı qəzasında, Qubada, Kürəmirdə, Xaçmazda 47 min adamı yandırıblar. Amma 20-30 min deyirlər. O zonalarda Qarabağda haranı qaldırsan, ayağının altından qəbir çıxar...

-Ənvər müəllim, Qarabağdakı son günlərinizdən danışın... yəqin, onları əsər kimi yazmaq sizin üçün çətin olar...

-Mən Xankəndində institutun filial direktorunun müavini idim. Xankəndi yolu artıq tutulmuşdu. Biz 1000-dən çox tələbə qızı, oğlanları düşmənə qırdıra bilməzdik. Bir də baxdıq ki, artıq Şuşa boşalıb. Laçın yolu ilə də keçə bilməzdik. Şuşaya hücum mayın 7-də başladı, aprelin 22-də mən orada olmuşam. Çünki instituta aid sənədlərimiz orada qalmışdı. İki nəfər oğlanla “UAZ” maşınına minib Laçın yolu ilə institutun sənədlərini gətirməyə getdik. Rəhmətlik Ramiz Qəmbərov qeyrətli oğlan idi, hamı meydana çıxanda deyirdi ki, döyüşə getməyən köpəyoğludu. Hamımız yığışıb gedirdik. Şəxsən mən rəhmətlik döyüşçü Ramiz Qəmbərova dəfələrlə patron daşımışam. O zaman ermənilər çox məsələlərdən xəbər tuturdular. Bizdən də xəbərləri oldu. İki yoldaşla 6 saat ərzində nəhəng sal daşın arxasında suyun içində qaldıq. Aşağıdan ermənilər daşı güllələyirdilər. Yuxarıdan isə Ramiz  öz dəstəsi ilə gəlirdi. Axırda bildi ki, orada olan bizik. Birtəhər xəbər etmişdik. Dedi ki, bircə metr nə irəli gedin, nə də arxaya gəlin. Elə qaya daşının arxasında böyrü üstə suyun içində qaldıq. Səhər o daşa baxaydınız, daş qəlpə-qəlpə olmuşdu. Üstümüzə yorğan kimi sərilmişdi. O hadisədən sonra  mənim bir tərəfim  bu saat da elə bil “paralic” kimidir. Yəni belə əzablar çəkdik. Bu haqda  söz qoşmaq, əsər yazmaq da artıqdı. Onları heç zaman unuda bilmərik.


Son söz əvəzi...

-Amma yenə də inamlı, qətiyyətli olmaq lazımdı. Ordumuz bu gün bizə inamlı olmağı diktə edir. Əsgər üçün əla şərait yaradılıb. Biz mütləq həmin əzabların qisasını alacağıq. Bax görürsüzmü, Cocuq Mərcanlıda qoca ərlə arvad kəndlərindən heç zaman çıxmayıb, oranı tərk etməmişdilər. Mən onlarla görüşdüm. Soruşurdum ki, özünüzü necə gizləyirdiniz, gecə ocağı necə qalayırdız, tüstünü nə təhər saxlayırdız? Deyirdilər ki, ocağı evin içində çatırdıq. Yayda tüstü az çıxırdı. O qoca ilə qarı bunları deyəndə  onlarla birgə gülüşdürdük. Amma bunun özü böyük ürək tələb edir ha... Çox mərd insanlardılar. Mən onlarla yenidən görüşəcəyəm. Onların haqqında bir geniş yazı da yazmaq istəyirəm.

Biz tarixən çox əzab çəkmişik. Bir əsr içində görün nə qədər istilaya uğramışıq! Ermənilərin niyyəti pisdir. Amma inanın, Allah qoysa elə o niyyətlə qovrulub içlərində öləcəklər. Biz də daha köhnə  biz deyilik. Ovunun üstünə atılacaq pələngə bənzəyirik. Erməni bizim yanımzıda pələng yanında dovşan kimidir. Bir dəfə də başlasaq, Allah bilir hara gedib çıxacağıq. Bunu deyə bilmərəm, amma mən də, siz də mütləq öz kağız-qələmimizlə orada- Şuşada, Kəlbəcərdə, Cəbrayılda olacağıq. Mən şeirimi yazacağam, siz isə məqalənizi. Qəşənq kəklikotu çayı da öz yerində. O yerlərin əla kəklikotu çayı olur. Sən cavansan, görməmisən...


E.Nazimoğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.06.2017, 10:18

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib

23.06.2017, 10:00

“Porsche” ilə qadını vurub öldürən yeniyetmə barədə məhkəmə QƏRARI

23.06.2017, 10:00

Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq

23.06.2017, 09:47

Cəbhədə şiddətli atışma oldu 

23.06.2017, 09:41

Rövnəq Abdullayevin müşaviri vəfat etdi

23.06.2017, 09:31

“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

23.06.2017, 09:25

Prezidentlər görüşə bilər: “Azərbaycan danışıqları erməni kəşfiyyatçının timsalında quracaq”   

23.06.2017, 09:22

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23.06.2017, 09:13

Azərbaycanda 6 minədək müsəlman dinini dəyişib

23.06.2017, 09:07

Türkiyədə “Survivor 2017”nin qalibi bəlli oldu - VİDEO

23.06.2017, 08:59

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.06.2017, 08:56

Bu gün buraxılış imtahanları keçirilir

23.06.2017, 00:57

Bakıda 4 otaqlı evdə yanğın olub

23.06.2017, 00:32

Brüssel: “Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır”

23.06.2017, 00:16

Bu ölkədə hərbçilər atışdı,16 nəfər öldü

23.06.2017, 00:09

Konfederasiya Kuboku: Çili Almaniyaya uduzmadı

22.06.2017, 23:50

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşdu - 5 yaralı

22.06.2017, 23:25

Goranboyda sel suları fəsadlar yaradıb

22.06.2017, 23:06

Sərnişin avtobusu ağır qəzaya uğradı: 21 ölü

22.06.2017, 22:46

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər - MARAQLI

22.06.2017, 22:33

Orqanizmin qida məhsullarına olan hədsiz tələbatının səbəbləri - ÖZÜNÜZÜ YOXLAYIN

22.06.2017, 22:23

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq

22.06.2017, 22:09

Əfqanıstanda partlayış qurbanlarının sayı 34-ə çatdı

22.06.2017, 21:59

Bakıda həbs edilən erməni əsilli vətəndaşı apellyasiya şikayəti verib

22.06.2017, 21:42

Konfederasiyalar Kuboku – Kamerun Avstraliyanı uda bilmədi

22.06.2017, 21:28

Tovuz sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

22.06.2017, 21:17

Türkiyə və Rusiya Suriyada birgə əməliyyat aparacaq

22.06.2017, 21:00

Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub

22.06.2017, 20:54

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22.06.2017, 20:26

Ağstafada ″Qrad″ raketi aşkarlandı - FOTO

22.06.2017, 20:09

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

22.06.2017, 19:14

Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...

22.06.2017, 19:07

Ziyafət Əsgərov prezident inauqurasiyasına gedib

22.06.2017, 18:52

Bakıda iraqlı turistin şalvarını aparan “gecə qadınları” saxlanıldı

22.06.2017, 18:39

Maşınqayırma sənayesi işçiləri təltil olundular - SİYAHI

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(6.89%)
- Dənizə gedə bilmirik(27.5%)
- Səhhətimizə mənfi təsir edir(17.2%)
- Əhvalım xoşallanır(10.3%)
- Məhsul qıtlığı yaranır(10.3%)
- Təsərrüfatıma ziyan dəyir(3.44%)
Yağış, dolu ruzi-bıərəkətdir(24.1%)