Modern.az

Könül Kərimovanı Məhəbbət Kazımov məşhurlaşdırıb? - “Onunla təsadüfən rastlaşdıq” - ETİRAF

Könül Kərimovanı Məhəbbət Kazımov məşhurlaşdırıb? - “Onunla təsadüfən rastlaşdıq” - ETİRAF

Mədəni̇yyət

4 Aprel 2017, 15:12

Mədəniyyət və incəsənət sahəsində elə insanlar  var ki, xalq onları cütlük kimi qəbul edir və bir-birindən ayıra bilmir. Sanki  bu insanlar arasında özəl bağlar var. 

Azərbaycan  şou-biznesindəki belə cütlükləri sadalamaq olar. Doğrudur, həmin cütlüklərdən bəziləri bu gün bir yerdə deyil, amma vaxtilə bir oturub-bir duran o sənətçiləri hamı ayrılmaz duet kimi qəbul etmişdi: Namiq Qaraçuxurlu-Aygün Kazımova, Səməd Səmədov-Sevda Əliqızı, Cavanşir Məmmədov-Firuzə İbadova, Tacir şahmalıoğlu-Fədayə Laçın və.s.

Hər biri ayrı-ayrılıqda öz sənətində uğurlu addımlar atsalar da, birinin adı çəkiləndə digəri yada düşür.

Uğurlu düetlərə imza atan Könül Kərimova və Məhəbbət Kazımov  da belə cütlüklərdən biri idi. Əksəriyyət belə düşünür ki, Könülü sənətə Məhəbbət gətirib, onun müğənni kimi tanınmasında, məşhurlaşmağında böyük rol oynayıb. Bəs Könül Kərimova bu haqda nə deyir?


Məhəbbət Kazımovla bağlı təəssüratlarını Modern.az-la paylaşan Könül Kərimova deyib ki,  onlar təkcə düet ortağı yox, həm də dost olublar.

“Mən Məhəbbət Kazımovla bağlı çox danışa bilərəm. Biz onunla təsadüfən bir məclisdə rastlaşdıq və həmin vaxtdan etibarən bir yerdə çalışdıq. O, çox çılğın və eyni zamanda mərd adam idi, gözəl xüsusiyyətləri var idi. Mən fəxr edirəm ki, elə möhtəşəm sənətkarla  iş birliyim olub”.

Könül Kərimova etiraf edib ki, onun tanınmasında mərhum sənətkarın böyük rolu olub.

“Onunla ilk iş birliyimiz zamanı mən çox məşhur deyildim.  Mənim hər hansı ifam və ya elə istedadım xalq tərəfindən sevilməyimə səbəb ola bilər. Amma bir müğənni kimi, Könül Kərimova kimi tanınmağımda Məhəbbət Kazımovun rolu çox böyükdür. Bunu inkar etmək ayıb olar. Elə buna görə də onun mənim sənət və yaradıcılığımda xüsusi və dəyərli yeri olub. Kaş ki, bu gün sağ olaydı...”.

Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi