Modern.az

Azərbaycanlıların banklardakı pulları - MİLYONLAR

Azərbaycanlıların banklardakı pulları - MİLYONLAR

5 Aprel 2017, 10:23

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30,419.2 milyon manat, cəmi öhdəlikləri 27,772.7 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2,646.6 milyon manatdır. Əhalinin əmanətləri 7,084.3 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir.

2017-ci ilin 28 fevral tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı