Modern.az

Azərbaycan elminə böyük itki üz verdi - SSRİ vlət kafatı laureatı vəfat etdi

Azərbaycan elminə böyük itki üz verdi - SSRİ dövlət mükafatı laureatı vəfat etdi

Allah rəhmət eləsi̇n

5 Aprel 2017, 10:39

Bugün səhər saatlarında SSRİ dövlət mükafatı laureatı, Azərbaycan Dövlət  Neft və Sənaye Universitetinin “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İsrayilRüstəmoğluƏfəndiyev xəstəlikdən dünyasını dəyişib.

Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, mərhum bu gün Binəqədi kənd qəbiristanlığında dəfn olunacaq.

 
Professor İsrayil Əfəndiyev 1945-ci il mart ayının 29- da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olub.

O, 1969- cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirmiş və həmin ildə “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdi. 1975- ci ildə namizədlik və 1986- cı ildə isə Moskvada D.İ.Mendeleyev adına “Kimya-Texnologiya” universitetində “Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması” ixtisası üzrə “Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi. O, 1988- ci ildən professordur və Dövlət Neft Akademiyasının “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri olub.

İndiyə kimi professor İ.Əfəndiyevin almış olduğu elmi nəticələri əsasında respublikanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılmış və tətbiq edilib.

O, ABŞ- da, Fransada, Moskvada, Almaniyada, İranda informatika, optimal idarəetmə və kompüter texnologiyası problemlərinə həsr edilmiş ümumdünya konqreslərində proqram komitələrinə üzv seçilib və bu elmi forumlarda elmi ictimaiyətimizi layiqincə təmsil edib. Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti onun yazmış olduğu 3 monoqrafiya, 10 dərs vəsaiti, 3 ixtira və 120 elmi məqalədə öz əksini tapıb. Onun elmi əsərlərinə yaxın və uzaq xarici ölkələrin tədqiqatçılarının elmi araşdırmalarında və dissertasiya işlərində istinadlar var.

Onun rəhbərliyi altında 14 nəfər elmlər namizədi hazırlanıb. İ.Əfəndiyev 1993- cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” elmi- metodik şurasının sədri, 2003-2009- cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “İnformatika və Energetika” elm sahələri üzrə ekspert şurasının üzvü və sədri olub, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub.

İ. Əfəndiyev həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi idi.

2010- cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Tərəqqi ” medalı ilə təltif olunmuşdu.

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!