Modern.az

Din qardaşı qızını qaçıran o kişiyə ən ağır cəza buyurur - Hacı Şahindən ŞOK AÇIQLAMA

Din qardaşı qızını qaçıran o kişiyə ən ağır cəza buyurur - Hacı Şahindən ŞOK AÇIQLAMA

Hadisə

5 Aprel 2017, 10:53

Gəncədə 3 uşaq atası Həsən Səfərovun qardaşının 23 yaşlı qızını qaçırması Azərbaycan cəmiyyətində böyük narazılıqla, hətta rezonansla qarşılanıb. Məlumata görə, hər iki tərəf rəsmi nikahda ola-ola dini kəbin də kəsdirib. İslam dini buna yol verirmi?

 

Modern.az-ın sualını Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb.


İlahiyyatçı deyib ki, İslam dinində məhrəm kateqoriyasına aid olan insanlar var:

 

“Əmi və qardaş qızı da bir-birinə məhrəm sayılır. Həm məhrəmlə, həm də ailəsi olan qadınla  cinsi münasibətdə olmaq haram buyurulub. Belə insanlara dini kəbin oxuna bilməz və oxunan andan batil olar. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə göstəriş verilib ki, yalnız nikah şəhadətnaməsi əsasında dini kəbin oxunsun. Bu cür insanların kəbinlərini din xadimləri yox, təsadüfi insanlar oxuyur”.

 

Hacı Şahin dinin həmin tərəflərə buyurduğu cəzanı da açıqlayıb:

 

“Dini baxımdan evli qadınla zina edən şəxs üçün hətta ölüm cəzası da nəzərdə tutulub. Əmi və qardaş qızının dini kəbinini  bağlayan molla isə bu zinaya vəsilə olduğu üçün günahkardır”.



Xatırladaq ki, Xəzər TV-nin dünən yaydığı məlumata görə, 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb, onunla dini kəbin kəsdirib. Məlumata görə, qoşulub qaçan qadın da evli olub, 2 uşaq anasıdır.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir