Modern.az

“NTV+ kanalı Azərbaycanda qanunsuz yayımlanır”

“NTV+ kanalı Azərbaycanda qanunsuz yayımlanır”

5 Aprel 2017, 15:02

“NTV+ kanalının Azərbaycanda yayımlanması qanunsuzdur”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub.

“Buna baxmayaraq həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.

O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər.

“Çoxmərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.


Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?