Modern.az

Yerə təhlükəli asteroid yaxınlaşır...

Yerə təhlükəli asteroid yaxınlaşır...

14 Aprel 2011, 11:37

2011-ci ilin noyabrında Yer planetinin yaxınlığından nəhəng asteroid uçacaq. 2005 YU55 adlı bu asteroid yerə çox yaxın məsafədən keçəcək. Mütəxəssislər bildiriblər ki, 400 metrlik bu asteroid yer üçün kritik məsafə sayılan 300 min kilometrlik məsafədə olacaq. Bu hətta Aydan da yaxındır.

Ekspertlər asteroidi Yer kürəsi üçün ən təhlükəli hesab edirlər. Bu asteroid 2005-ci ildə Arizona Unversitetinin alimləri tərəfindən kəşf edilib. Mütəxəssislər asteroidin hərəkət orbitinin qeyri-müəyyən olmasından ehtiyat edirlər. Belə ki, asteroid istənilən vaxt trayektoriyasını dəyişə bilər.

Beynəlxalq təsnifata görə YU55 Yer kürəsi üçün təhlikəli olan dərəcə hesab edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı