25 may 2017, Cümə axşamı
Ana Səhifə - TƏHSİL - Aprelin 9-da bu ilin ilk qəbul imtahanları keçiriləcək
Aprelin 9-da bu ilin ilk qəbul imtahanları keçiriləcək
06.04.2017, 12:20

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il aprelin 9-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirəcək.


Modern.az DİM-ə istinadən xəbər verir ki, ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün Mərkəzin internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: 

-          Şəxsiyyəti təsdiq edən sənədin əslini;

-          “İmtahana buraxılış vərəqəsi”ni.


Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.


Hal-hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aprelin 8-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

 

Magistratura səviyyəsinə qəbul

 

Magistratura səviyyəsinə qəbul imtahanı Respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 

Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim etmişdir. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaqdır. 

 

Rezidenturaya qəbul

 

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2017-ci il martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

 

Azərbaycan dili imtahanı

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır.  5814 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunlarıdır.  

Bakı şəhərində 4088 , Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulmuşdur.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb.


Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 18:58

Yevlax sakini Mingəçevir su anbarında batıb

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

25.05.2017, 17:19

“Qazaxıstanın  Beynəlxalq Bankla bağlı narahatlığı üçün heç bir əsas yoxdur”

25.05.2017, 17:01

BMT nümayıəndəsi Qızılağac Qoruğuna səfər etdi

25.05.2017, 17:01

Avtobusda tutulan cibgir polisə təhvil verildi

25.05.2017, 16:57

Müdafiə Nazirliyi: “Ermənistanın şantajı sistematik şəkil allır”

25.05.2017, 16:53

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub

25.05.2017, 16:51

Naftalanda əsl cəbbəxana aşkarlanıb

25.05.2017, 16:46

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

25.05.2017, 16:38

“Made in Azerbaijan in 2017" müsabiqəsinin qalibləri açıqlandı

25.05.2017, 16:35

Ziyalılardan Təhsil Nazirliyinə DƏSTƏK: dərs ilinin müddəti uzadılmalıdır!

25.05.2017, 16:25

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25.05.2017, 16:18

Moskvada terror planlaşdıran 4 İŞİD üzvü saxlanıldı

25.05.2017, 16:09

BDU-da Respublika Günü keçirilib  

25.05.2017, 15:54

Boşanmalar artır - Dövlət Komitəsi: “Biz hələ hər 10 cütlükdən 5-nin qarşısını alırıq”

25.05.2017, 15:50

Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

25.05.2017, 15:48

Olimpiya idman kompleksləri istifadəsiz qalıb?

25.05.2017, 15:47

OPEK ölkələri neft hasilatını dondurmaq haqda RAZILAŞDI

ARXİV