Modern.az

Dünyanın ən qeyri-adi bayraqları - FOTOLAR

Dünyanın ən qeyri-adi bayraqları - FOTOLAR

6 Aprel 2017, 12:31

Dünya ölkələrinin milli bayraqları öz unikallığı ilə seçilir.

 

Həmin bayraqlarda ənənəvi rəng palitrası ilə yanaşı, ölkənin spesifik özəllikləri, yaşam təriz və milli adətlərinin simvolizəsi olan təsivrlər də yer alır.

 

Modern.az dünyanın öz orijinallığı ilə seçilən qeyri-adi bayraqlarının siyahısını təqdim edir.

 

 

Mozambik

Mozambik yeganə ölkədir ki, bayrağında avtomat silah təsvir olunub. Silahla yanaşı, Mozambik bayrağında kənd təsərrüfatı aləti olan kərki də təsvir olunub.

 

Uzun illər ərzində vətəndaş müharibəsinin davam etməsi Mozambik bayrağında bu təsvirin yerləşdirilməsinə səbəb olub.

 

 

 

Nepal

Nepalın bayrağı da özünəməxsusluğu ilə seçilir. Belə ki, bu respublikanın bayrağı klassik dördbucaqlı formasında olmayan yeganə bayraqdır.

 

 

Butan

Butan krallığının bayrağı da qeyri-adiliyi ilə seçilir. 1972-ci ildə qəbul olunan bayrağın mərkəzində ağ əjdaha yerləşib. Belə ki, Butan dilində ölkənin adı Druk Yul (Əjdaha torpağı) adlanır.

 

 

Monqolustan

Monqolustan bayrağı mürəkkəb anlamlar daşıyır. Belə ki, Monqolustan bayrağındakı qırmızı rəng tökülən qan və azadlığın, mavi rəng buludsuz səmanı, sarı rəng isə igidlik və cəsarəti, həmçinin çöllərdə yaşayan tayfaların ocağından çıxan alovu təsvir edir.

 

 

Bruney

Krallığın bayrağı ölkənin tarixi ilə sıx bağlıdır. Bayrağın mərkəzindəki əllər, aypara, zont və qanadlar kral hakimiyyətinin və İslam ölkəsinə məxsusluğun simvoludur. Sarı rəng XIV əsrdə ölkəni idarə etmiş Bolkiax sülaləsinin rəmzidir. Ağ rəng və qara rənglər isə Bendxara və Pemança vəzir ailələrinin rəngi hesab olunur.

 

 

 

Beliz

Bu Mərkəzi Amerika ölkəsinin milli bayrağı da çox diqqətçəkicidir. Bayrağın mərkəzində iki ağackəsən (metis və zənci) kəsici alətlər və qırmızı ağacın 50 yarpağı ilə əhatədə təsvir olunub.

 

 

Svazilend

Svazilendin bayrağında ağ-qara qalxan, 2 nizə və heyvan lələkləri  təsvir olunub.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!