25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Partiya sədrlərinin neçə övladı var, onlar nə işlə məşğuldurlar... - MARAQLI
Partiya sədrlərinin neçə övladı var, onlar nə işlə məşğuldurlar... - MARAQLI
06.04.2017, 15:44

Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində,  xəbər saytlarında, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar?

 Modern.az saytı bir neçə siyasi təşkilat rəhbərinin övladları barədə məlumatları dəqiqləşdirməyə çalışıb.

Azərbaycan Demokrat Partiyasının
sədri Sərdar Cəlaloğlu deyib ki, onun 4 övladı var.

“Mənim üç oğlum və bir qızım var. Oğlanlarımın ikisi və qızım xaricdə yaşayır. Xaricdə yaşayan bir oğlum Sankt-Peterburqda Rusiya Porokurluğunun İnstitunu bitirib. Amma ixtisası üzrə işləmir. Digər oğlum da İngiltərədə oxuyur. Bakıda yaşayan oğlum isə iqtisadi sahədə fəaliyyət göstərir”.


Müasir Müsavat Partiyasının
sədri Hafiz Hacıyevin üç övladı var – 1 oğlu, 2 qızı.

“Oğlum Türkiyədə yaşayır. Burada iş tapa bilmədiyinə görə Türkiyəyə gedib. Digər övladlarım isə ailəlidir.  Bakıda yaşayırlar. Heç bir yerdə də işləmirlər”.
Modern.az-a məlum olub ki, Hafiz Hacıyevin oğlu Rauf Hacıyev İqtisad Universitetini bitirib. Böyük qızı Afaq Hacıyeva hüquqşünasdır, kiçik qızı Samirə Hacıyeva isə Xarici Dillər Universitetini bitirib.
 

Ədalət Partiyasının sədri İlyas İsmayılovun iki oğlu var.“Onlardan biri Nyu-Yorkda, digəri isə İstanbulda yaşayır. Elə həmin şəhərlərdə də işləyirlər”.
Qeyd edək ki, İlyas İsmayılovun Türkiyədə yaşayan böyük oğlu Etimad İsmayılov Sankt-Peterburq Universitetinin hüquq fakültəsində ali təhsilə yiyələnib. O, tanınmış jurnalist Sevil Nuriyeva ilə evlidir., bir oğlanları var. “Ədalət” sədrinin digər oğlu Mətin İsmayılov ali təhsilini isə Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində alıb. Daha sonra təhsilini Nyu-York, Kolumbiya univeristetlərində davam etdirib. Hazırda Amerikada yaşayır, orada işləyir. Evlidir 2 qızı, bir oğlu var.

Ümid Partiyasının sədri İqbal Ağazadənin iki övladı var: bir oğlu, bir qızı. Partiya sədrinin oğlu Murad Ağazadənin 17 yaşı var, qızı Aysunun isə 13 yaşı var. 

Vəhdət Partiyasının sədri Tahir Kərimli dörd övladının olduğunu bildirib.

“Onların 3-ü oğlan, 1-i isə qızdır. Qızım və bir oğlum evlidir. Onların da hərəsindən iki nəvəm var. Bildiyiniz kimi, uzun illərdir ki, mənə görə qardaş, qohum-əqrəbam, övladlarım işsiz idi. Adını çəkməyəcəyim bir xeyirxah adam iki oğluma iş tapıb. Qızım isə Azərbaycan Dillər Universitetinin magistraturasını bitirməyinə baxmayaraq, hələ ki işsizdir.
Kiçik oğlum isə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Arzularımdan biri də odur ki, qardaşlarım da, qohum-əqrabam da iş tapsınlar”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın iki övladı var - bir qız, bir oğlan.
“Oğlum Ərturan Macarıstanın Debrecen şəhərində yerləşən universitetdə oxuyur. Qızım isə Bakıda 1-ci sinfində oxuyur”.

 

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, onun üç övladı olub.

“Bir övladım dünyasını dəyişib. Hazırda iki övladım var: qızım və oğlum. Qızım ailəlidir. Oğlum isə Bakıda bank sahəsində işləyir”.


Azərbaycan Xalq Cəbhəsi partiyasının
 sədri Əli Kərimlinin üç övladı  var.
Onların ikisi oğlan, biri isə qızdır. Əli Kərimlinin böyük oğlu Türkel Kərimli İngiltərədəki Bristol Universitetində təhsil alıb, hazırda da bu ölkədə yaşayır. Qızı və kiçik oğlu isə Bakıda yaşayır.Kiçik oğlu Timur Kərimli 2013-cü ilin mart ayında dünyaya gəlib.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin üç övladı var. Onun övladlarından ikisi zabitdir. Bir övladı isə həkimdir.


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının 3 övladı var: 2 oğlan, 1 qız.

Böyük oğlu Yalçın iki universitet bitirib - Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində də təhsil alıb. Onun İqtisadiyyat Nazirliyində çalışdığı bildirilir..

F.Ağamalının ikinci oğlu Elçin Ağamalı da böyük qardaşı kimi iki ali təhsil alıb - Bakı Dövlət Universitetinin Beynəlxalq hüququnu qurtarıb. sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasını bitirib. Hazırda iş adamı kimi fəaliyyət göstərir.
Ana Vətən Partiyasının sədrinin qızı isə Xarici Dillər Universitetini bitirib, xarici dil mütəxəssisi kimi çalışır. Fəzail Ağamalının hər üç övladı ailəlidir.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını digər siyasətçilərlə müqayisədə qəhrəman ata adlandıra bilərik. Belə ki partiya sədrinin 6 övladı var: 2 qız, 4 oğlan. Nemət bəyin övladları bunlardır: Xatirə, Orxan, Əhəd, Güney, Ərtoğrul, Oğuzxan.

Müsavat Partiyasının başqanı Arif Hacılının iki övladı var – oğlu Orxan, qızı Natəvan. Onların hər iki xaricdə ali təhsil alıblar. Partiya sədrinin oğlu Orxan Hacılı Polşada kompüter elmləri üzrə ali təhsil alıb. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 3 övladı var – iki qız, bir oğlan. Partiya sədrinin sonbeşiyi Aybəniz Hüseyn ali təhsilin bakalavr pilləsini Azərbaycan, magisdtr pilləsini isə Şimali Kiprdə bitirib.
Pənah Hüseynin böyük qızı Günay Hüseyn hazırda QHT sektorunda çalışır, o,  "Demokratiya və Qadın Təşəbbüsləri" İctimai Birliyinin sədridir.
Partiya sədrinin oğlu Vaqif Hüseyn Bakı Dövlət Universiteti Hüquq fakültəsində təhsil alıb. Əvvəlcə bakalavr pilləsini bitirib, sonra magistraturanı başa vurub. Vaqif Hüseyn Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. İl yarımlıq hərbi xidmətdən sonra 2009-cu ildən “Yeni Müsavat” qəzetinin hüquqşünası işləyir.

Azadlıq Partiyasının sədri Əhməd Orucun 3 oğlu var. Onlardan biri Abdul Oruc müəllim kimi fəaliyyət göstərir.

Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlunun 4 övladı olub. Amma partiya sədri 3 övladını vaxtsız itirib. Partiya sədrinin ailəsində ilk faciə 1991-ci ildə baş verib. O zaman Mirmahmud bəyin 5 yaşlı oğlu avtomobil qəzasında dünyasını dəyişib. M.Mirəlioğlunun digər Mircəlil Fəttayev 11-ci sinifdə oxuyarkən - 2009-cü ildə ürək tutmasından dünyasını dəyişib. Partiya sədrinin qızı Mahirə Fəttayeva 28 yaşında ürəktutmasından vəfat edib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, Asim Mollazadənin
bır qızı var. Partiya sədrinin qızı Ayna Mollazadə beynəlxalq təşkilatda çalışır. O, UNİSEF-in Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 4 övladı var: iki oğlu, iki qız. Partiya sədrinin böyük oğlu Gündüz Rüstəmxanlı hüquq-mühafizə orqanlarında işləyir.
Sabir Rüstəmxanlının kiçik oğlu Cəmil Rüstəmxanlı "Azəravtoyol" ASC-də idarə rəisi vəzifəsində çalışır.
Partiya sədrinin böyük qızı Nərgiz Rüstəmzadə Yazıçılar Poliklinikasının baş həkimidir. S.Rüstəmxanlının kiçik qızı Aydan Rüstəmxanlı müğənni Elçin Cəfərovla ailə qurub.

 
YAP-ın icra katibi Əli Əhmədovun
2 övladı var. İcra katibinin oğlu Orxan Əhmədov Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləyir.

Bötöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin iki övladı var: “Bir qızım, bir oğlum var. Hələ məktəblidirlər. Çox yaxşı oxuyurlar. Məktəbi bitirməklərinə hələ 2 il var. Amma sınaq imtahanlarında 600-dən yuxarı bal toplayırlar. İngilis, rus dillərini gözəl bilirlər. Ümid edirəm və çalışıram ki, onlar gələcəkdə öz sahələri üzrə yaxşı mütəxəssis olsunlar. Ən başlıcası bu ölkə üçün yaxşı vətəndaş olsunlar”.



Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Virtual pullar bazarında qiymətlər dəyişdi
25.06.2018, 21:09

Virtual pullar bazarında qiymətlər dəyişdi

Xəzərdə zəlzələ oldu
25.06.2018, 20:55

Xəzərdə zəlzələ oldu

AŞPA-da  Ermənistanın vandalzm siyasətindən danışıldı
25.06.2018, 20:43

AŞPA-da  Ermənistanın vandalzm siyasətindən danışıldı

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO
25.06.2018, 20:31

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası buraxılıb - FOTO

DİN-də 36 vakant vəzifə müsabiqəyə çıxarıldı
25.06.2018, 20:17

DİN-də 36 vakant vəzifə müsabiqəyə çıxarıldı

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO
25.06.2018, 20:03

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO

“İlin gənc müəllimləri” Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 
25.06.2018, 19:45

İlin gənc müəllimləri Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb
25.06.2018, 19:32

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Şəmkirdə meyvə ağacları yanıb
25.06.2018, 19:14

Şəmkirdə meyvə ağacları yanıb

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib
25.06.2018, 18:49

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

Serj Sarkisyanın qardaşı saxlanıldı
25.06.2018, 18:47

Serj Sarkisyanın qardaşı saxlanıldı

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”
25.06.2018, 18:39

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA
25.06.2018, 18:11

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?
25.06.2018, 18:04

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?

Zakir Həsənov hərbçiləri təbrik etdi
25.06.2018, 17:52

Zakir Həsənov hərbçiləri təbrik etdi

İranda devalvasiya əleyhinə mitinq keçirilib
25.06.2018, 17:40

İranda devalvasiya əleyhinə mitinq keçirilib

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”
25.06.2018, 17:38

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı
25.06.2018, 17:33

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı

“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı
25.06.2018, 17:33

Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı

General Manvel Qriqoryanın arvadı da həbs olundu
25.06.2018, 17:16

General Manvel Qriqoryanın arvadı da həbs olundu

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı
25.06.2018, 17:12

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"
25.06.2018, 17:10

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”
25.06.2018, 16:51

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI
25.06.2018, 16:37

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...   
25.06.2018, 16:27

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...  

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı
25.06.2018, 16:16

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı

Daha bir erməni təxribatının qarşısı alındı   
25.06.2018, 16:14

Daha bir erməni təxribatının qarşısı alındı  

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi
25.06.2018, 16:13

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı
25.06.2018, 16:12

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı

NATO üçün kabusa çevrilən “Qara dəlik”...
25.06.2018, 16:05

NATO üçün kabusa çevrilən “Qara dəlik”...

Bakıda mənzildə qadın meyiti tapıldı
25.06.2018, 15:56

Bakıda mənzildə qadın meyiti tapıldı

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi
25.06.2018, 15:54

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

UNEC-də “Məzun Günü” keçiriləcək
25.06.2018, 15:52

UNEC-də “Məzun Günü” keçiriləcək

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...
25.06.2018, 15:36

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı
25.06.2018, 15:31

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(10.9%)
Braziliya(26.0%)
Almaniya(10.0%)
İngiltərə(2.10%)
Portuqaliya(11.7%)
İspaniya(5.46%)
Fransa(4.62%)
Belçika(2.52%)
Seneqal(3.36%)
Rusiya(23.1%)