19 avqust 2017, Şənbə
Ana Səhifə - MEDİA - “İnsanları jurnalistikadan iyrəndirirlər”
“İnsanları jurnalistikadan iyrəndirirlər”
06.04.2017, 17:10

Məşhur ingilis filosofu Frensis Bekon “Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir, möhkəmliyi artsa da, qiymətdən düşür” deyib. Son vaxtlar Azərbaycan mətbuatında da yalanla nüfuzun tərs mütənasibliyi gözə çarpır. Necə deyərlər, reytinq xatirinə jurnalistika gözdən salınır. Xəbəri cılızlaşdıran yalanlar, dəqiqləşdirilməyən mənbələr, balanssızlıq və bunun kimi digər hallar...

Belə hallar qəzetlərdə də var, xəbər saytlarında da, telekanallarda da... Təəssüf ki, əksər hallarda balansı qorunmayan birtərəfli xəbərlə tanış olan tamaşaçı və ya oxucu dərhal önyarğılamaya başlayır, sosial şəbəkələrdə qərəzli müzakirələr açır... Qarşı tərəfin mövqeyindən bixəbər olanlar  həqiqəti axtarmadan ittihamlar irəli sürür, asıb-kəsir... Gündəmdə "hay-hüy" doğuran son xəbərlərdə bunun bir daha şahidi olduq...

Görəsən jurnalistikanın bilənləri bu haqda nə düşünür? Mətbuatda yalan xəbərlərin ayaq açıb yeriməsinin səbəbkarları kimlərdir, bu sifarişdir, yoxsa qeyri-peşəkarlıq?

APA Holding-in rəhbəri Vüsalə Mahirqızı Modern.az-a bildirib ki, xarici media qurumları xəbər agentliklərinə müraciət etdikləri halda, bizdə bunun tam tərsidir.

“Mən düşünürəm ki, xəbərlər bir neçə mənbədən dəqiqləşdirilməli, daha sonra yayılmalı və  eyni zamanda  qarşı tərəfin mövqeyi öyrənilməlidir. Hər şirkətin öz siyasəti var. Ümumiyyətlə, yalan xəbər olmur. Bu, məlumat, informasiya, şayiə ola bilər, amma xəbər deyil. Hər halda, zaman keçdikcə, oxucu da tamaşaçı da ciddi olan və olmayan xəbərləri aydınlaşdırır, dəqiq xəbər resurslarını tanıyır. Lakin bu mövzuda media qurumlarına ciddi iş düşür. Xüsusilə də saytlar dəqiq xəbər mənbələrini müəyyənləşdirməlidirlər. Bizdə yalan xəbərlərin tirajlanmasının səbəbi  bir saytın məlumatını digərlərinin dəqiqləşdirilməməsidir. Gündəmi zəbt etmək üçün əllərindən gələni edirlər”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, yalan xəbər peşəkarlığa ziddir və heç bir ciddi mətbuat orqanı belə xəbərləri yaymağı özünə rəva bilməməlidir:

“Yalan xəbərləri yaymaqla oxucu və tamaşamı kütləsi qazanmaq istəyən qəzetlər, saytlar, TV-lər  bilməlidir ki, bu, bir  müddət effekt verə bilər. Uzun müdət cəmiyyətin informasiya tələbatı ilə məşğul olmağı qarşısına məqsəd qoyanlar belə xəbərlərlə topladığı nüfuzu qoruyub saxlaya bilməz. Ataların bir misalı var: yalanın ömrü qırx gündür. Mən hesab edirəm ki, dəqiq mənbələrə əsaslanmayan xəbərlərə görə oxucularda Kütləvi İnformasiya Vasitələri haqqında mənfi rəy  formalaşır”.

“Ayna-Zerkalo” baş redaktoru Elçin Şıxlı yalan xəbərlərin jurnalistikaya həqarət olduğunu deyib.

“Jurnalist peşəsində yalan olmamalıdır. Bununla məşğul olanları jurnalist saymıram. Bu, qəbul edilən  peşə kodekslərinə tam zidd bir şeydir. Əgər oxucular bu cür xəbərləri oxuyursa, televiziya tamaşaçıları onu qəbul edirsə, deməli elə həmin jurnalistlərə də layiqdirlər. İnsanları yanlış istiqamətə yönləndirmək  istəyirlər. Görünür bu da onların yiyələrinin sifarişidir. Belə xəbərləri yazanlar, yayanlar insanları jurnalistdən və jurnalistikadan iyrəndirirlər”.

 



Günay Rəsulqızı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Dənizdə batan daha 4 nəfər xilas edilib
18.08.2017, 17:29

Dənizdə batan daha 4 nəfər xilas edilib

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA
18.08.2017, 17:23

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

Dolların 3 günlük məzənnəsi açıqlandı
18.08.2017, 17:21

Dolların 3 günlük məzənnəsi açıqlandı

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı
18.08.2017, 17:17

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)