Modern.az

Prezidentliyə namizədin üzünə un töküldü

Prezidentliyə namizədin üzünə un töküldü

Dünya

6 Aprel 2017, 22:48

Fransada prezidentliyə namizəd gözlənilməz halla qarşılaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident ölkənin keçmiş baş naziri Fransua Fiyon Strazburq şəhərində seçicilərin qarşısına çıxmazdan əvvəl baş verib. Onu əhatə edən seçicilərlə görüşərkən, kütlənin arasından bir nəfər qəfil ona tərəf yaxınlaşaraq, üzünə un töküb. Bu zaman Fiyonu mühafizə edən qadın oğlanı döşəməyə yıxır.

Qeyd edək ki, Fransada prezident seçkiləri iki mərhələdə keçiriləcək. İlk mərhələ aprelin 23-ü, ikinci mərhələ isə mayın 7-də olacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı