Modern.az

Əfqanlaşmış sovet adamları - 30 il öncə bitən müharibənin əsirləri - FOTOLAR

Əfqanlaşmış sovet adamları - 30 il öncə bitən müharibənin əsirləri - FOTOLAR

7 Aprel 2017, 13:51

Sovet arxivlərində Əfqanıstan müharibəsində itkin düşmüş 417 hərbçinin adı var. Onlardan 130-u Sovet İttifaqı dağılana qədər əsirlikdən azad olunmuş, 8 nəfər düşmən tərəfindən ələ alınmış, 21 nəfər isə heç zaman vətənlərinə geri qayıtmamış, qalanlarının taleyi isə sirr pərdəsi ilə örtülmüşdü.

Amma 1992-ci ildə, ABŞ müharibəsinin başa çatmasından illər sonra daha 163 sovet əsgərinin taleyi barədə Rusiyaya məlumatlar vermişdi.

 

Bir çox sovet əsgərləri əfqan torpağında müharibənin acılarını öz gözləri ilə görmüşdülər. Döyüşdə əsir düşərək xilas olmaq üçün İslamı qəbul edən şəxsdən tutmuş, könüllü olaraq mücahidlərə qoşulanlara qədər hər bir sovet əsgəri bu müharibənin faciəsini daha da artırmışdı. Müharibənin başa çatmasından 30 ilə yaxın vaxt keçsə də, əfqanlaşmış sovet adamları hələ də həmin illərin xatirəsini göz önündə canlandırırlar.

 

 

Özbəkistanlı Bəhrəddin Hakimov sovet ordusunun 101-ci moto-atacı alayında xidmət edirdi. 1980-ci ilin sentyabrında  Heratda baş verən döyüş zamanı ağır yaralanmış və yarımköçəri həyat tərzi sürən tayfa tərəfindən əsir alınmışdı. Şeyx Abdulla adını qəbul etmiş Bəhrəddin rus dilini tam unudub və loğmanlıqla məşğuldur. 2013-cü ildə onun taleyi barədə qohumlarına məlumat verilsə də, Şeyx Abdulla qohumları ilə görüşdükdən sonra yenidən Əfqanıstana dönmüşdü.

 

Əfqanların tutduğu ən məşhur əsir isə Qennadi Çevmadır. Ukraynanın Donetsk vilayətinin Torez şəhərində anadan olub. 1983-cü ildə Qunduz vilayətində xidmətə başlayan Çevma xidməti yerini tərk edərək yaxınlıqdakı kəndə baxmağa getmişdi. Kəndin yaxınlığında mühasirəyə alınan ukraynalı təslim olmağa məcbur edilmişdi. Ölüm qorxusu altında İslamı qəbul etməyə məcbur edilən Çevma heç zaman sovet əsgərlərinə qarşı atəş açmadığını demişdi. Sonralar sovet rəhbərliyi onu vətəninə geri çağırsa da, Çevma hərbi tribunala veriləcəyi qorxusu ilə nə Rusiya, nə də Ukraynaya geri dönməyə razı olmuşdu.

O, Qunduz vilayətində arvadı və bir neçə uşağı ilə birgə yaşayırdı, sürücülüklə məşğul idi. Yerli qadınla ailə həyatı quran Gennadi Çevma 2015-ci ildə vəfat edib.

 

Daha bir əfqanlaşmış sovet hərbçisi Aleksandr Levenets Ukraynanın Luqansk vilayətinin Melvadka kəndində andan olub. 1984-cü ildə Qunduz vilayətində yerləşən hərbi hissədən qaçaraq əfqan mücahidlərinə qoşulmuşdu. O bu addımı hərbi hissədəki dözülməz “dedovşina” ilə əlaqələndirmişdi. Əsgər yoldaşı Valeri Kuskovla birlikdə səhra komandiri Əmirullaha qoşulan Levenets İslamı qəbul edərək, Əhməd adını götürmüşdü. Kuskov döyüşlərin birində öldürülsə də, Levenets müharibənin sonuna qədər vuruşaraq, Əfqanıstanda yaşayır. Ailəli olan Levenets taksi sürücüsü kimi çalışır.

 

Sergey Krasnoperov Rusiyanın Kurqan şəhərində anadan olub. 1984-cü ildə ordu komandanlığı Krasnoperovu hərbi əmlakı mücahidlərə satmaqda şübhəli bilmişdi. Əfqan mücahidlərinə qoşulan sovet əsgəri nasaz artilleriya qurğularını və silahları təmir etməklə məşğul idi. Onun avtoriteti o qədər yüksək idi ki, bir müddət sonra Krasnoperovu komandir Əbdülrəşid Dustumun şəxsi mühafizəçisi təyin etmişdilər. Sonradan Nur Məhəmməd sdını götürərək Qor vilayətinin Çaqçaran şəhərində yaşayır və 6 uşaq sahibidir.

 

Nikiolay Vırodov mücahidlərin tərəfinə keçmiş daha bir ukraynalıdır. 1981-ci ildə Əfqanıstandakı döyüşlərə könüllü qatılan Vırodov 3 ay sonra əsir düşmüşdü. Onun sözlərinə görə, gözləri önündə 70 dinc əfqanın güllələnməsi onu bu addımı atmağa sövq etmişdi. Nəsrətulla Məhmədulla adını götürən Vırodov bombaçı kimi bir çox əməliyyatlarda iştirak etmişdi.

1996-cı ildə Ukraynanın Xarkov şəhərinə köçən Vırodov buradakı həyata alışa bilmədiyi üçün yenidən Əfqanıstana geri dönmüşdü.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu