21 aprel 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edilib
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edilib
07.04.2017, 16:57

IV İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançılara qalibiyyət zamanı təqdim olunacaq medallar oyunlara 35  gün qaldığı müddət ərzində Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub. 

 

Modern.az xəbər verir ki, xüsusi olaraq hazırlanmış medal dəsti Bakı 2017 oyunlarının püşkatma mərasimindən sonra baş tutan tədbirdə gənclər və idman naziri və AİHOƏK-nin baş icraçı direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti əlahəzrət şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.

 

Azərbaycan xalça naxışlarında rast gəlinən və  İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların  mərkəzində yer alıb.

Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib.  Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Dörd qitənin islam ölkələrindən olan idmançılar, 10 gün davam edəcək yarışlarında 20 idman növü üzrə mübarizə aparacaqlar.  Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500,000 tamaşaçının gəlməsi gözlənilir.

Medalların dizaynının açıqlanması haqqında danışan Təşkilat Komitəsi oyunlara az bir müddət qaldığı zamanda medalların təqdimatını önəmli addım adlandırıb. “Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və qalib idmançılara təqdim ediləcək”

“İdman yarışları hər kəsi bir araya gətirərək, sülh, hörmət və birlik ruhunu dünyaya nümayiş etdirəcək.” - deyə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud qeyd edib.

 

Xatırladaq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-ci il 12- 22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

 

Namidə BİNGÖL

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
21.04.2018, 11:43

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi

Yerevanda yenə müxalifətin mitinqi başladı
21.04.2018, 11:33

Yerevanda yenə müxalifətin mitinqi başladı

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV
21.04.2018, 11:08

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV

Ələmdar Cabbarlının imza günü keçirildi
21.04.2018, 10:42

Ələmdar Cabbarlının imza günü keçirildi

Bakıda xəstəxananın zirzəmisi yandı
21.04.2018, 10:38

Bakıda xəstəxananın zirzəmisi yandı

Pekin aeroportu 97 reysi təxirə saldı 
21.04.2018, 10:21

Pekin aeroportu 97 reysi təxirə saldı 

Çaylarda sululuq SƏVİYYƏSİ 
21.04.2018, 10:18

Çaylarda sululuq SƏVİYYƏSİ 

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi
21.04.2018, 09:52

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi

Cəbhədə şiddətli atışma oldu 
21.04.2018, 09:44

Cəbhədə şiddətli atışma oldu 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 
21.04.2018, 09:37

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi
21.04.2018, 09:14

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 
21.04.2018, 09:03

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 
21.04.2018, 08:59

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(9.52%)
İmtahan qiymətləri normalıdr(4.76%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(76.1%)
İmtahan qiymətləri azaldılmalıdır(2.38%)
İmtahan qiymətləri artırılmalıdır(7.14%)