26 may 2018, Şənbə
Ana Səhifə - TƏHSİL - Bu il imtahanların ödənişli olması ərizə verənlərin azalmasına səbəb olub
Bu il imtahanların ödənişli olması ərizə verənlərin azalmasına səbəb olub
07.04.2017, 18:04

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət və digər cari məsələlər müzakirə olunub.

Şura üzvləri ilkin olaraq DİM-in internet saytına daxil olub, elektron ərizə qəbulu səhifəsində  real vaxt rejimində dəyişən statistik məlumatlarla tanış olublar. Qeyd olunub ki, tətbiq olunan proqram təminatı kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinə imkan verir ki, günün istənilən vaxtı ərizə qəbulunun gedişatı haqqında məlumat əldə edə bilsinlər.


Daha sonra Şura üzvlərinə magistratura və rezidenturaya ərizə qəbulunun başa çatması, ötən illə müqayisədə magistraturaya ərizə verənlərin sayının nisbətən azalması haqqında məlumat verilib. Rezidenturaya qəbul olmaq üçün müraciət edənlərin sayı isə cüzi azalıb. İclas iştirakçılarının diqqətinə 2016-cı və 2017-ci illərdə ərizə vermiş namizədlər barədə müqayisəli statistik məlumatlar təqdim olunub.

Şura üzvləri məsələ ətrafında müzakirə apararkən qeyd ediblər ki, şübhəsiz  imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda bildirilib ki, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ (2 manat) simvolik idi  və buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdilər. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olub. Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib. Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir.


Magistraturaya qəbul olan oğlanlara təhsil müddətində hərbi möhlət hüququnun verilməsi amili bu il magistraturaya ərizə verənlərin arasında oğlanların sayının (faiz nisbətində) çoxalmasına səbəb olduğu vurğulanıb.    

Dövlət qulluğuna qəbulla əlaqədar mövcud vəziyyət barədə çıxış edən DİM Direktorlar Şurasının sədr müavini B.Xəlilov qeyd edib ki, dövlət qulluğu sahəsində müəyyən normativ-hüquqi aktların təsdiqi bizdən asılı olmayan səbəblərdən gecikir. Ona görə də, dövlət orqanlarından mütamadi olaraq vakansiyalar barədə məlumatlar daxil olmasına baxmayaraq dövlət qulluğuna qəbul prosedurlarını lahiyələndirmək və həyata keçirmək hələlik mümkün deyil.  

İclasda digər cari məsələlər də müzakirə edilib.



Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyanın ən məşhur tarixi əsərini zədələdilər   
26.05.2018, 23:18

Rusiyanın ən məşhur tarixi əsərini zədələdilər  

Rusiya Türkiyəyə milyard dollar ödəyəcək
26.05.2018, 23:09

Rusiya Türkiyəyə milyard dollar ödəyəcək

Sumqayıtda qadın vurulan iynədən ölüb
26.05.2018, 22:58

Sumqayıtda qadın vurulan iynədən ölüb

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 
26.05.2018, 22:50

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 

Dünyada hər il 5,4 milyon insanı ilan sancır
26.05.2018, 22:46

Dünyada hər il 5,4 milyon insanı ilan sancır

Bu ölkədə  "YouTube”  qadağan edildi
26.05.2018, 22:27

Bu ölkədə  "YouTube”  qadağan edildi

Prezident İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"
26.05.2018, 22:23

Prezident İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub
26.05.2018, 22:13

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Müəllimlərə şad xəbər: maaşları artırılacaq   
26.05.2018, 22:00

Müəllimlərə şad xəbər: maaşları artırılacaq  

Yəməndə milli barışıq elan edilir
26.05.2018, 21:43

Yəməndə milli barışıq elan edilir

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü
26.05.2018, 21:31

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü

Azərbaycan içki ixracını iki dəfə azaldıb
26.05.2018, 21:19

Azərbaycan içki ixracını iki dəfə azaldıb

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26.05.2018, 21:00

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir
26.05.2018, 20:44

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir

Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb
26.05.2018, 20:37

Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Peskov Putinin yuxusuz gecələrindən danışıb
26.05.2018, 20:31

Peskov Putinin yuxusuz gecələrindən danışıb

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 
26.05.2018, 20:19

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 

Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ
26.05.2018, 20:15

Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ

Özbəkistan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
26.05.2018, 17:56

Özbəkistan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

AXCP funksionerləri maliyyə fırıldağında ittiham olunur - RƏSMİ
26.05.2018, 17:37

AXCP funksionerləri maliyyə fırıldağında ittiham olunur - RƏSMİ

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI
26.05.2018, 17:33

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi
26.05.2018, 17:08

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi

Həbsxanada yanğın: 9 uşaq öldü
26.05.2018, 17:02

Həbsxanada yanğın: 9 uşaq öldü

Ailəsi onu axtarır – FOTO
26.05.2018, 16:46

Ailəsi onu axtarır – FOTO

Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı
26.05.2018, 16:30

Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

Finlandiyanın prezidenti İlham Əliyevi təbrik edib
26.05.2018, 16:23

Finlandiyanın prezidenti İlham Əliyevi təbrik edib

Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA
26.05.2018, 16:12

Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.9%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (57.6%)
Selahattin Demirtaş (1.64%)
Temel Karamollaoğlu (0.54%)
Doğu Perinçek (5.49%)