26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Abituriyentlərin cibinə girən hazırlıq kursları...
Abituriyentlərin cibinə girən hazırlıq kursları...
08.04.2017, 09:57

Azərbaycanda yüzlərlə hazırlıq və dil kursu var. Araşdırmalara əsasən, onların hamısı haqda müsbət fikir söyləmək olmaz. Hətta əksəriyyəti ciddi tənqid olunmalıdır. Əksər kurslar insanlara təhsil vermək əvəzinə, ancaq şagird, abituriyent və tələbələrdən pul yığmaqla məşğuldur. Təbii ki, bu halda verdikləri təhsilin səviyyəsindən danışmağa dəyməz. Hətta araşdırsaq, görərik ki, bəzi kursların lisenziyası belə, yoxdur. Həmçinin, bir çox kurslarda çalışan müəllimlərin bəzilərinin pedaqoji savadı yoxdur, onların əksəriyyəti də elə həmin kurslarında bir neçə ay oxuyub, “sertifikat” almış şəxslərdir.

Bəs belə kurslara necə nəzarət olunmalıdır?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə və təhsil eksperti Kamran Əsədov Modern.az saytına bu məsələdən danışıblar.

Asim Mollazadə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kurslara lisenziya vermiş müvafiq icra strukturları nəzarət etməlidir.

“Həmçinin təhsillə bağlı olan hər bir müəssisə bilavasitə Təhsil Nazirliyinin nəzarətində olmalıdır.  Yəni müvafiq icra strukturları və Təhsil Nazirliyi kurslara nəzarəti həyata keçirməlidir. Verdiyi təhsilin keyfiyyəti aşağı olan istənilən kursların fəaliyyəti dayandırılmalıdır”.

 

Təhsil eksperti Kamran Əsədov deyib ki, hazırlıq və dil kursları təhsilin inkişafına köməklik edən vasitələr olmalıdır.

“ Mən də hesab edirəm ki, burada ciddi şəkildə hüquqpozmalar, valideynlərin və vətəndaşların pullarının mənimsənilməsi var. Bu gün hər hansı bir kiçik maliyyəsi olan şəxs bir yeri icarəyə götürür və ora müəllimlər cəlb edərək, hazırlıq kursları açır. Həmin şəxs dövlət qarşısında yalnız vergi ödəyicisi kimi öhdəlik daşıyır. Hər hansı bir təhsil keyfiyyəti, onun kadrlarının, rəhbərliyinin təhsildən anlayışının olub-olmadığı isə məlum deyil. Mən bu sahədə kifayət qədər təkliflər irəli sürmüşəm. Həmin təkliflərdən biri də odur ki, Azərbaycanda kursların və repetitorların fəaliyyətini nizamlamaqdan ötrü bunları lisenziyalaşdırma prosesinə cəlb etmək lazımdır. Hesab edirəm ki, repetitorluq etmək istəyən şəxslər müvafiq qurum tərəfindən yoxlanılmalı və onlara icazə verilməlidir. Həmçinin, kurslarda da lisenziyalaşdırma prosesi aparılmalıdır ki, onların bu sahədə bacarığının olub-olmamadığı ortaya çıxsın”.

 

Təhsil eksperti bildirib ki, hazırlıq mərkəzlərinin nəticələri reklamlarda göstərildiyi kimi, yüksək faizdə deyil.

“Onların fəaliyyətinin əsas istiqaməti aldadıcı reklamlarla insanları həmin kurslara cəlb etməkdir. Mənə valideynlər tərəfindən müraciətlər olub ki, kurslar onların övladlarının ali məktəblərə qəbulda yüksək nəticələr göstərəcəyi vəd olunur, amma son nəticə əksini göstərir. Təsəvvür edin ki, həmin kurslarda bədən tərbiyə müəllimi tarixdən, riyaziyyatdan abituriyent hazırlaşdırır. Düzdür, hazırkı qanunvericilik bunu qadağan etmir. Amma bu inkişaf üçün doğru vasitə deyil. Heç kim öz vəzifəsini vergi ödəməklə bitməli hesab etməməlidir”.

Təhsil eksperti deyib ki, xarici ölkələrdə digər dillərin öyrədilməsi üçün 3-5 il tələb olunur.

“Azərbaycanda isə xarici dillərin öyrədilməsi üçün bu proses kurslarda 2-3 aya həyata keçirilir.  Bu kurslar ancaq söz öyrətməklə işlərini bitmiş hesab edirlər. Halbuki, dilin normaları var, biz onları 3-4 aya öyrənə bilmərik. Bu gün fəaliyyət göstərən əksər dil və hazırlıq kurslarının əhəmiyyəti yoxdur. Əslində isə bu belə olmamalıdır”.


Mirmahmud KAZIMOĞLU

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Şəhid ailələri, Qarabağ əlilləri üçün sonuncu iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.43%)
- Dənizə gedə bilmirik(20.7%)
- Səhhətimizə mənfi təsir edir(18.8%)
- Əhvalım xoşallanır(9.43%)
- Məhsul qıtlığı yaranır(15.0%)
- Təsərrüfatıma ziyan dəyir(3.77%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.6%)