25 may 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır - REPORTAJ
Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır - REPORTAJ
08.04.2017, 16:57

Modern.az-ın müxbiri Cocuq Mərcanlıdan yazır


İstilalar və işğalçılıq siyasətinin ərsəyə gətirdiyi savaş tərəqqi sayılmır. Bu baxımdan da işğlaçı dövlət  heç vaxt qəhrəmanlıq salnaməsi yarada bilməz.

Qarabağa gedən yol!

Aprelin 5-i Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun  işğaldan azad olunmuş Cocuq-Mərcanlı kəndinə səfər təşkil edildi. Əcnəbi tələbələrin və media nümayəndələrinin iştirakı ilə gerçəkləşən səfər həm də tanıtım xarakteri daşıyırdı. Beləliklə, yolumuz Cocuq-Mərcanlıyadır... O Cocuq Mərcanlıya ki, 24 il idi  düşmənin atəşi altında boynubükük qalmışdı. 1994-cü ildə işğaldan azad edilsə də, strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinin ermənilərdə olması, kəndi ciddi təhlükədə saxlayırdı. Amma ötən ilin aprel ayında cəbhədə baş verən 4 günlük savaş Lətəpədə qələbə qazanmağımızla nəticələndi... Və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı...

24 ildən sonra gələn bahar!

Yol boyu beynimizdə nə xəyallar qurmurduq ki! Kilometrlərcə uzanan yol bizi çox uzaqlara aparırdı. Füzuli rayonunu  keçərkən, sevincin bəxş etdiyi həyəcanı bir başqa cür yaşayırdıq. İllərdir ki, Qarabağın  hər qarışına, qələbəyə, birliyə, bütövlüyə  acıq. O üzdən də, Cocuq-Mərcanlıda  qovuşma anını kəlmələrlə ifadə etmək çətindiir. Təbiətin oyanan vaxtı, əsarətdən qurtulan torpaqla qovuşmaq, onu sevə-sevə qoxlamaq bir başqa dünyadır. Təsəvvür edirsiz...  Ayaq basdığın torpaq sənə qucağını açıb. Əsarətdən qurtulan yurdun məmnun halına tamaşa etmək bir ayrı zövqdür.

Əsarətdə olan məmləkətin nə yazı olur, nə də Günəşi...

Baz  Cocuq-Mərcanlıda  bir başqa yazdır. Təbiətin al-əlvan vaxtıdır. Sanki 24 il idi ki, bura bahar gəlmirdi. Sanki Günəş doğmurdu, torpaq isinmirdi. 24 il idi ki, Cocuq-Mərcanlının ruhuna soyuq küləklər, şaxtalı hava hakim kəsilmişdi.

Bir həqiqət var. Ətrafını saran düşmənin yad nəfəsi, heç vaxt bahar ola bilməz. Kəlbəcərdən olan Dilqəm Əsgərov da, Şahbaz Quliyev də 2 ildən çoxdur ki, yaza həsrətdirlər. Onların fəryadını Cocuq-Mərcanlıda daha yaxından eşitmək olur.


Övladsız vətənin, vətənsiz övladın üzü gülməz deyirlər. Di gəl ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev doğma torpaqlarında olsalar da, qolları qandallı əsarət havasından boğulurlar. Bu arada, məmləkət öz insanı ilə xoşbəxtdir. Yetər ki, ayırmasınlar. Yetər ki, köləliklə imtahan edilməsinlər.

Bu yaz Cocuq-Mərcanlıda bir başqa yazdır.

Burdan işğal altında qalan Şuşaya, Laçına, Kəlbəcərə getmək  o qədər də uzaq deyil. Amma düşmənin qəsbkar siyasəti yaxın məsafələri çox uzaq edib. Üzü Şuşaya, Laçına, Kəlbəcərə tərəf baxanda səmaların qan ağladığını görməmək mümkün olmur. Oralar da da yaza həsrətdir.

Bu yaz Cocuq-Mərcanlıda bir başqa yazdır.


Oğlunun şəhid olduğu torpağa 24 ildən sonra gələn ana

Birinci Qarabağ savaşında Cocuq Mərcanli kəndi düşmənə qarşı əzmlə mübarizə aparıb. Həmin vaxt kəndin azadlığı uğrunda döyüşən oğullarımız olub. Kənd uğrunda ilk şəhid olanlardan biri - Faiq Rzayevin anası da bizimlədir. 24 ildən sonra oğlunun şəhid olduğu torpağa gələn ananın gözlərinə baxmaq olmurdu. Kəndə ayaq basan kimi şəhid Faiq Rzayevin anası Ruxsarə Məmmədova ağlaya-ağlaya oğlunun vuruşduğu, addımladığı torpaqda sanki onun ruhunu axtarırdı. Şəhidin anası deyir ki, oğlu şəhid olmazdan bir həftə əvvəl Cocuq Mərcanlıya gedib.


“Cocuq-Mərcanlıdan 1994-cü ilin mart ayında çıxanam. Novruz bayramı axşamı oğlumun şəhid xəbərini aldım. Düz 24 il idir ki, rahat ola bilmirdim. Amma ötən ilin “Aprel hadisələri” zamanı Lələtəpənin tam azad olunmasını eşidəndən sonra “oğlumun qisası alındı” dedim. Gün o gün olsun ki, bütün torpaqlarımız işğaldan azad olunsun”.

İndi şəhid anasının bir arzusu var. O da  oğlunun adının şəhid olduğu kənddə əbədiləşdirilməsidir.

Keçmiş döyüşçülərin döyüş ruhuna heyranam

Müharibənin üzü sərtdir. Həm də çox sərt. Yazılmayan qanunlarla idarə olunur, müharibə. Vətənin istiqlaliyyəti, azadlığı uğrunda canından, qanından keçən saysız-hesabsız oğullarımız var. Birinci Qarabağ savaşında Cocuq Mərcanlının müdafiəsinə qalxan qəhrəman oğulları 24 ildən sonra vuruşduqları torpaqda görürük. Onların üzünə baxdıqca, Birinci Qarabağ savaşının detallarını oxumaq olur. Sağlamlıqlarını vətənin azadlığı uğrunda qurban vermələrinə baxmayaraq, düşmənlə açıq savaşa girmək ruhundadırlar. Onlar hər birimizin uğrunda əllərini-ayaqlarını, gözlərini itiriblər. Lakin 24 il bundan əvvəl burda vuruşan keçmiş  döyüşçülərin ruh yüksəkliyinə heyran qalmaya bilmirsən. Gəldiyim qənaət budur. Vətən, bu cür oğulların sayəsində yaşayır.


Əcnəbi tələbələrin Cocuq-Mərcanlı ilə tanışlığı

Birinci Qarabağ savaşından sonra Azərbaycan-Ermənistan arasında 1994-cü ilin may ayının 12-də Bişkek protokoluna əsasən, sülh razılığının əldə olunması əslində, müharibə xofunun beyinlərdə ölməməsini nümayiş etdirdi. Mütamadi olaraq, atəşkəsin pozulması halları baş verir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin əvvəllərində düşməndən azad edilsə də, Lələtəpə yüksəkliyinin əsarətdə qalması vətəndaşların məskunlaşmasını məhdudlaşdırmışdı. 2016-cı ilin “Aprel hadisələri” zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi Cocuq-Mərcanlı kəndində yaşayışın bərpa edilməsini mümkün edib. 250 nəfərlik ailənin məskunlaşması üçün  Cocuq Mərcanlıda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir. Səfər iştirakçıları Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış oldular. Məlumat verildi ki, 150 şagirdin oxuya biləcəyi məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.


Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq-Mərcanlıya səfər zamanı  ötən ilin “Aprel hadisələri” zamanı şəhid olmuş Orxan Həmidovun övladları ilə də görüşmək şansımız oldu. Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş zamanı  təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, işğal altında olan digər ərazilərin də azad ediləcəyinin uzaqda olmadığını söylədi. Daha sonra məktəbdə təhsil alan şəhid övladlarına kitablar hədiyyə olundu.


Dediyim kimi, səfərdə əcnəbi tələbələr də iştirak edirdi. Yol boyu ərazilərimizlə yaxından tanış olan tələbələrə Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi barədə geniş informasiyalar verildi. Əcnəbi tələbələr kənddə ağacəkmə kampaniyasında da aktiv iştirak etdiər. 

 



Namidə BİNGÖL

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 08:55

Dollar bu gün neçəyə satılacaq?

25.05.2017, 00:56

“Mançester Yunayted” Avroliqanın qalibi oldu

25.05.2017, 00:34

Etirazçılar Maliyyə Nazirliyinin binasını yandırdı

25.05.2017, 00:24

General özünü qurban hesab edir

25.05.2017, 00:10

Avtomobilin öz-özünə hündürlüyə doğru  hərəkət etdiyi yol - VİDEO

24.05.2017, 23:54

İndoneziyada partlayış qurbanlarının sayı artır: 3 ölü, 10 yaralı, Yenilənib

24.05.2017, 23:39

Türkiyə Rusiyadan idxalı azaldır

24.05.2017, 23:26

Neft bahalaşdı

24.05.2017, 23:21

Analiz və ya zorən boşananlar

24.05.2017, 23:12

Mançesterdə terror törədənin atası da saxlanılıb - YENİLƏNİB

24.05.2017, 22:56

Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq...  

24.05.2017, 22:54

Asiyada da eyni cinslilərin nikahına icazə verildi

24.05.2017, 22:46

Cinsi zəifliyi aradan qaldıran ən güclü TƏBİİ VASİTƏ

24.05.2017, 22:40

Dərmansız məhsul istehsal etmək olmur

24.05.2017, 22:26

Həkim əməliyyat adı ilə xəstəni aldadıb - VİDEO

24.05.2017, 21:55

Neft hasilatı artırılmayacaq

24.05.2017, 21:44

Sel Şamaxıda 2 körpünü uçurdu: Kəndlərlə əlaqə kəsildi

24.05.2017, 21:31

Azərbaycanla Rumıniya universitetləri əməkdaşlıq edəcək

24.05.2017, 21:17

Beynəlxalq Bankın reytinqi məhdud defolt səviyyəsinədək endirilib

24.05.2017, 21:08

Daşqınlar Çinə ciddi ziyan vurdu

24.05.2017, 20:54

Maliyyə Nazirliyi təkzib etdi: Təkbətək görüş keçirilməyib

24.05.2017, 20:30

BMT 30 sentyabrı Beynəlxalq Tərcümə Günü elan etdi

24.05.2017, 20:16

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

24.05.2017, 20:03

Səfir Azərbaycanın ABŞ-dan aldığı təyyarələrdən danışdı

24.05.2017, 18:56

Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

24.05.2017, 18:41

Tramp Brüsseldə NATO sammitinə qatılacaq

24.05.2017, 18:32

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

24.05.2017, 18:28

“Güzəştli mənzil” sistemi haqqında əsasnamə təsdiq olundu

24.05.2017, 18:21

Binəli Yıldırım: “Türkiyə qardaş Azərbaycan ilə ...”

24.05.2017, 18:10

Türkiyə prezidenti: "Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq"

24.05.2017, 18:00

Roma Papası İlham Əliyevi təbrik etdi

24.05.2017, 17:58

Təmas xəttində monitorinq keçiriləcək

24.05.2017, 17:48

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24.05.2017, 17:39

Ötən il Prezident Administrasiyasının saxlanılmasına xərclənən pulun məbləği – RƏQƏMLƏR  

24.05.2017, 17:37

ADU-da “Biz fransız dilini sevirik” adlı tədbir keçirilib

ARXİV