Modern.az

40-ı çıxan şəhidin əkiz övladları doğulacaq

40-ı çıxan şəhidin əkiz övladları doğulacaq

Qarabağ

8 Aprel 2017, 17:53

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 40 gün keçir.

Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgərlər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.
Şəhid olmuş hərbi qulluqçudan biri, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub.

Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu.

Modern.az saytı şəhidin 40-ı günündə atası Yaşar Nəzərovla əlaqə saxlayıb. Yaşar Nəzərov saytımıza açıqlamasında deyib ki, oğlunun 40 mərasiminə rayon ictimaiyyəti ilə yanaşı, rəsmilər də qatılıb.

“Yardımlı rayon icra hakimiyyətinin nümayəndələri, oğlumun döyüş yoldaşları da bu gün 40 mərasimində iştirak edirdi. Allah hamıdan razı olsun. Vətən sağ olsun!”.

Şəhid Şahlar Nəzərovun həyat yoldaşı ana olmağa hazırlaşır. Şəhid atası Yaşar Nəzərov Modern.az-a deyib ki, gəlini dünyaya iki övlad dünyaya gətirəcək - əkzilər doğulacaq:

“Allah qoysa, oğlumun əkiz övladları dünyaya gəlməlidir. Təki sağlıq olsun. Birinə Şahların, o birinə də öz adımı vermək istəyərəm. Vətən sağ olsun!”.


Namidə Bingöl

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!