Modern.az

Gənclər üçün müsabiqə keçirilir

Gənclər üçün müsabiqə keçirilir

10 Noyabr 2009, 19:55

Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının 60 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə “Gənclər üçün Avropa Şurası” adlı məqalə müsabiqəsi elan edib. Gənclər üçün Təhsil Mərkəzindən Modern.az saytına verilən məlumata görə, məqalə müsabiqəsinin əsas məqsədi gənclərin Avropa Şurası ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.
Məqalə müsabiqəsi üçün mövzular sırasına Avropa Şurası – 60 illik tarix, Azərbaycanın Avropa Şurasına üzv olması: tarix və zərurət, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər və real vəziyyət, Avropa Şurası və Azərbaycan arasında əməkdaşlıq, Avropa Şurası və gənclər əməkdaşlığı daxildir.  
Qeyd edək ki, mövzular yalnız istiqamətverici xarakter daşıyır. Müsabiqə iştirakçıları Avropa Şurası ilə bağlı digər yaradıcı mövzulardan istifadə etməkdə sərbəstdirlər.
Müsabiqə üçün əsas tələblər məqalələr yalnız gənclər tərəfindən hazırlanması, məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompüterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmasıdır. Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan dilində təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 10 dekabr 2009-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.
Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq.  
Məqalələrin təqdim olunması üçün son müddət 10 dekabr 2009-cu ildir.
Gənclər öz yazılarını həm elektron poçt ünvanına ([email protected]), həm də poçt vasitəsilə (Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə, əlaqələndirici şəxs: Ağayev Rasim (+994 12) 434 22 03 (+994 70) 303 45 88 ( [email protected] ) yollaya bilərlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir