Modern.az

Hesablama Palatası araşdırdı - 33 vəzifəli şəxs işdən çıxarıldı, 51 məmura şiddətli töhmət verildi

Hesablama Palatası araşdırdı - 33 vəzifəli şəxs işdən çıxarıldı, 51 məmura şiddətli töhmət verildi

10 Aprel 2017, 13:35

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış tədbirin nəticəsi olaraq, Hesablama Palatası Komitənin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün 2014-cü ildə 7 müqavilə əsasında 5 fiziki şəxsdən 19026, 3 min manat dəyərində 308 ədəd məzil alınması əməliyyatlarının, vergi qanunvericiliyinə uyğunluğunu araşdırılması barədə Vergilə Nazirliyinə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.

 

Qurumdan saytımıza verilən məlumatda bildirilib ki, müraciətə cavab olaraq Vergi Məcəlləsinə müvafiq olaraq həmin şəxslərə kameral vergi yoxlaması ilə vergilərin hesablanıldığı, həmin vergi məbləğlərinin nəzərdə tutulmuş müddətdə dövlət büdcəsinə ödənilməməsi səbibindən həmin şəxslər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işinə başlanıldığı və istintaq aparıldığı bildirilib.

 

Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təbii qazla təmin olunmuş və soba yanacağı verilmiş məcburi köçkünklərin siyahılarında adları təkrarlanan 943 məcburi köçkün ailəsinə verilmiş soba yanacağının 89760 manat dəyəri, həmçinin Abşeron rayonu Xırdalan şəhərində 4 mərtəbəli binanın əsaslı təmiri obyekti üzrə artıq ödənilmiş 21639, 4 manat və yerinə yetirilməmiş işlər üzrə ödənilmiş 48726 manat, ümumilikdə 70365, 4 manat məbləğidə qalan 5365, 4 manat vəsait dövlət büdəcsinə bərpa edilməyib.

 

Eyni zamanda “Azəristiliktəchizat” ASC tərəfindən istilik enerjisi xidmətləri haqqının hesablanması zamanı isidilən sahə kimi yaşayış sahəsi deyil, ümumi sahənin götürülməsi səbəbindən artıq ödənilmiş 169421,1 manat məbləğində vəsait növbəti hesablaşmalar zamanı nəzərə alınmayıb.

 

Nəzarət tədbirlərinin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən bir sıra inzibati tənbeh tədbirləri tətbiq edilib, o cümlədən 33 nəfər işdən azad edilib, 51 nəfərə şiddətli töhmət, 220 nəfərə töhmət, 18 nəfərə ciddi xəbərdarlıq, 115 nəfərə xəbərdarlıq edilib.

 

Eyni zamanda Qaradağ və Hacıqabul İcra Hakimiyyətləri üzrə auditlərin nəticəsi kimi hər birində 1 nəfər olmaqla iki vəzifəli şəxs aşağı vəzifəyə keçirilib.

 

Görülmüş intizam-tənbeh tədbirləri sırasında, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 4 vəzifəli əməkdaşın vəzifə maaşının azaldıldığı bildirilib.

 

Məlumatda həmçinin bildirilir ki,  qurumlar tərəfindən nöqsanlara yol verilmiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri görülməyib. Həmçinin bu tədbirlərin preventiv xarakter daşıması nəzərə alınaraq, tətbiq edilən tədbirlər kifayət qədər sərt olmayıb.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər