Modern.az

“Reket mətbuat”ın maliyyə mənbələri araşdırılacaq

“Reket mətbuat”ın maliyyə mənbələri araşdırılacaq

10 Aprel 2017, 15:18

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov saytımıza açıqlamasında deyib ki:  Mətbuat Şurasının "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyətini daha da genişləndirir.

 

“Bununla bağlı "Reket" jurnalistikaya qarşı mübarizə komissiyasının üzvlərinin artırılması nəzərdə tutulur. Bu komissiyaya media sahəsində nüfuzu olan KİV rəhbərlərini, jurnalistləri dəvət edəcəyik.

Onların hesabına siyahını genişləndirəcəyik. Eyni zamanda, bir sıra hüquq-mühafizə orqanlarına bu komissiyada iştirak üşün dəvət göndərmişik. Bu hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Bu orqanlardan  komissiyanın üzvləri kimi nümayəndələr dəvət etmişik. Artıq danışıqlar gedir. Bununla daha geniş anlamda məsələlərin həllinə çalışacağıq”.

 

Modern.az-a daxil olan yeni məlumatda bildirilir ki, "reket mətbuat”la mübarizə üçün hüquq-mühafizə orqanları birgə fəaliyyət yaxın zamanlarda gerçəkləşəcək.

 

“Belə ki, həmin “media orqanları”nın haradan və necə maliyyələşdirilməsi ilə bağlı araşdırmalar aparılır. Yaxın vaxtlarda onları maliyyələşdirən şəxs və ya şəxslər barədə lazımı tədbirlər görüləcək.  Bildiyimiz kimi, Mətbuat Şurasının nəzdində  "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiya belə şikayətlər olarkən onları araşdırıb və qərar verə bilmirdi. Amma indi bu komissiya hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərəcək və lazımi qərarlar qəbul edə biləcək”,-deyə Mətbuat Şurasından bildirlib.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır