11 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - “Süni qiymət artımına yol verilməməlidir”
“Süni qiymət artımına yol verilməməlidir”
10.04.2017, 15:29

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd etdi, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.

Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb.

2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan Prezident İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.

Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd edib, bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğulayıb.

“Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”, - deyən dövlət  başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın – bloqer Aleksandr Lapşinin bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildiyini qeyd edib. Prezident İlham Əliyev əminliklə bildirib ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs olub.


Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlət başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd edib. Vurğulayıb ki, bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir. Bununla yanaşı, bu, bir daha göstərir ki, 20 ildən çoxdur doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar.


Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu il də köçkünlər üçün yeni qəsəbələr salınır. Onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək. Bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər. Bu prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq hazır binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır və Azərbaycan bu potensialı yaradıb. Bunu 2017-ci ilin birinci rübünün yekunları da göstərir.

İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlət başçısı bunu önəmli məsələ adlandırıb. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən Prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlət başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırıb.

Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub. Bildirib ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.

Prezident İlham Əliyev nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin qeyd edildiyini bildirib, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yol salındığını diqqətə çatdırıb, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib.


Dövlət başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirib. Bildirib ki, 3 ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Səksəndən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən Prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini dedi və bunun böyük idman bayramı olacağını vurğulayıb.


Sonra müdafiə sənayesi naziri Yavər Camalov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış ediblər.


İclasa yekun vuran Prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir.

Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlət başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu söylədi və bunu yaxşı nəticə adlandırıb. Diqqətə çatdırıb ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir. Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilib. Bu prosesin artıq geniş vüsət aldığını, mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırdı və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini söyləyib.


Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırıb. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd etdi və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb.


Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd edib. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söyləyib. Prezident İlham Əliyev bildirib ki, il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. “Sovetski” adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlət başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söyləyib. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlət başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır. Bu il Quba və Mingəçevirdə “ASAN xidmət” mərkəzlərinin açılacağını deyən Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırıb.

Sonda dövlət başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğulayıb.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
UNEC-də Heydər Əliyevlə bağlı tədbir keçirilib
11.12.2017, 17:02

UNEC-də Heydər Əliyevlə bağlı tədbir keçirilib

Muğanbank "Soyuq əllər, isti ürək" yarmarkasının sponsorudur
11.12.2017, 17:00

Muğanbank "Soyuq əllər, isti ürək" yarmarkasının sponsorudur

AvroLiqada da püşkatma oldu - 1/16 finalın RƏQİBLƏRİ
11.12.2017, 16:40

AvroLiqada da püşkatma oldu - 1/16 finalın RƏQİBLƏRİ

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib   
11.12.2017, 16:33

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib  

Evlənmək istəyənlərin 422-də sifilis, 103-də QİÇS tapıldı
11.12.2017, 16:27

Evlənmək istəyənlərin 422-də sifilis, 103-də QİÇS tapıldı

Dillər Universitetində rektor əvəzlənir
11.12.2017, 16:23

Dillər Universitetində rektor əvəzlənir

Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..   
11.12.2017, 16:14

Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..  

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir? - Meriyadan AÇIQLAMA   
11.12.2017, 15:38

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir? - Meriyadan AÇIQLAMA  

Saakaşvili öz ölümündən danışdı: “Prezidentin də necə öləcəyini göstərəcəm”
11.12.2017, 15:35

Saakaşvili öz ölümündən danışdı: “Prezidentin də necə öləcəyini göstərəcəm”

Daha 14 Qarabağ əlili və şəhid ailəsinə ev verildi
11.12.2017, 15:33

Daha 14 Qarabağ əlili və şəhid ailəsinə ev verildi

Putin Suriyadan Misirə getdi
11.12.2017, 15:33

Putin Suriyadan Misirə getdi

AZAL 11 nəfəri əfv etdi - Yeni “qara siyahı” AÇIQLANDI
11.12.2017, 15:25

AZAL 11 nəfəri əfv etdi - Yeni “qara siyahı” AÇIQLANDI

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR   
11.12.2017, 15:22

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR  

Fədayə Laçın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etdi
11.12.2017, 15:11

Fədayə Laçın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etdi

Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək 
11.12.2017, 15:09

Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək 

DSMF "Xəzər Dəniz Gəmiçiliyi" və "Azəriqaz"ı məhkəməyə verib
11.12.2017, 15:04

DSMF "Xəzər Dəniz Gəmiçiliyi" və "Azəriqaz"ı məhkəməyə verib

Səudiyyə Ərəbistanında kinoteatr açmağa icazə verdilər 
11.12.2017, 15:01

Səudiyyə Ərəbistanında kinoteatr açmağa icazə verdilər 

İlqar Məmmədov Novruz Məmmədovun təklifinə CAVAB VERDİ
11.12.2017, 14:29

İlqar Məmmədov Novruz Məmmədovun təklifinə CAVAB VERDİ

17 nömrəli marşrutun sahibi dəyişdirildi   
11.12.2017, 14:26

17 nömrəli marşrutun sahibi dəyişdirildi  

Putin Suriyaya getdi- rus qoşunları ölkədən çıxmağa başladı
11.12.2017, 14:17

Putin Suriyaya getdi- rus qoşunları ölkədən çıxmağa başladı

Xaricdəki hansı azərbaycanlı iş adamı Azərbaycana daha çox bağlıdır...   
11.12.2017, 14:00

Xaricdəki hansı azərbaycanlı iş adamı Azərbaycana daha çox bağlıdır...  

İlham Əliyevin də iştirak edəcəyi Qüdslə bağlı toplantıda nələr müzakirə olunacaq?   
11.12.2017, 13:56

İlham Əliyevin də iştirak edəcəyi Qüdslə bağlı toplantıda nələr müzakirə olunacaq?  

Qüdsün statusu - ABŞ Yaxın Şərqdə yeni müharibəyə rəvac verir?
11.12.2017, 13:42

Qüdsün statusu - ABŞ Yaxın Şərqdə yeni müharibəyə rəvac verir?

Kılıçdaroğlu daxili işlər nazirini məhkəməyə verdi  - SƏBƏB
11.12.2017, 13:28

Kılıçdaroğlu daxili işlər nazirini məhkəməyə verdi  - SƏBƏB

Müğənni Elnarə aparıcılıq edəcək
11.12.2017, 13:27

Müğənni Elnarə aparıcılıq edəcək

Prezident Rusiya Dövlət Dumasının nümayəndələrini qəbul etdi - YENİLƏNİB
11.12.2017, 13:27

Prezident Rusiya Dövlət Dumasının nümayəndələrini qəbul etdi - YENİLƏNİB

Pənah Hüseynin partiyası qurultaya hazırlaşır - AÇIQLAMA
11.12.2017, 13:13

Pənah Hüseynin partiyası qurultaya hazırlaşır - AÇIQLAMA

Erməni zabitlər yol qəzasına düşdülər
11.12.2017, 13:02

Erməni zabitlər yol qəzasına düşdülər

Sabahın hava PROQNOZU   
11.12.2017, 13:00

Sabahın hava PROQNOZU  

Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv olunur
11.12.2017, 12:58

Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv olunur

Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq
11.12.2017, 12:56

Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

Yeni açılan telekanal üçün kimlər müraciət edib?..
11.12.2017, 12:55

Yeni açılan telekanal üçün kimlər müraciət edib?..

Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq - Yeni qanun HAZIRLANIR   
11.12.2017, 12:47

Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq - Yeni qanun HAZIRLANIR  

NASA astronavtı Bakıda jurnalistlərlə GÖRÜŞDÜ: “Kosmosda qutunun arxasınca tullanmaq istədim”
11.12.2017, 12:45

NASA astronavtı Bakıda jurnalistlərlə GÖRÜŞDÜ: “Kosmosda qutunun arxasınca tullanmaq istədim”

62 yaşlı Mehman Cavadoğlu: “Ömürdü də, gəldi, keçdi..” - Ad günü MÜSAHİBƏSİ   
11.12.2017, 12:44

62 yaşlı Mehman Cavadoğlu: “Ömürdü də, gəldi, keçdi..” - Ad günü MÜSAHİBƏSİ  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0%)
Araz Ağalarov (2.5%)
Mübariz Mənsimov (40%)
Fərhad Əhmədov(0%)
Füzuli Məmmədov(30%)
Telman İsmayılov (2.5%)
İsgəndər Xəlilov(0%)
Vaqif Məmişov(0%)
Heç biri(20%)
Digərləri(5%)