Modern.az

Qulu Məhərrəmli yenidən efirdə

Qulu Məhərrəmli yenidən efirdə

Media

10 Aprel 2017, 17:32

Tanınmış jurnalist Güney Azərbaycan Televiziyasında aparıcılığa başladı

Güney Azərbaycan televiziyasında (GünAz TV) telejurnalist, professor Qulu Məhərrəmlinin aparıcılığı ilə “Mətbuat aynasında” adlı yeni proqram yayımlanmağa başlayıb.

Modern.az xəbər verir ki, proqramın ilk buraxılışında görkəmli şair Musa Yaqub və “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arıf Əliyevlə birgə mətbuat və cəmiyyət mövzusu müzakirə edilib.

Q.Məhərrəmli bildirib ki, peyk televiziyası ilə efirə çıxan verilişdə ictimai-mədəni həyatımızın müxtəlif məsələlərinın mətbuatda əksi, çağdaş problemlər, tarix və milli düşüncə cərəyanları, ölkə mediasının durumu və s. məsələlər işıqlandırılacaq.

Onun sözlərinə görə, müzakirələrdə təkcə media təmsilçiləri yox, müxtəlif peşə sahibləri, tanınmış mütəxəssis-alimlər, o cümlədən siyasətçilər də iştirak edəcəklər.

Xatırladaq ki, 2004-cü ildə təsis olunmuş Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil media qurumudur və ABŞ-ın Çikaqo şəhərindən Hotbird (13 dərəcə Şərq) və Selstar (1215 dərəcə Qərb) peykləri ilə yayımlanır. Telekanalı Feysbukda gunaz.tv səhifəsindən də izləmək mümkündür.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!