Modern.az

“Günay Bank”ın iki filial açmasına icazə verildi

“Günay Bank”ın iki filial açmasına icazə verildi

11 Aprel 2017, 11:55

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 10 aprel 2017-ci il tarixli qərarına əsasən “Günay Bank” ASC-nin “5 saylı” filialının və “5 saylı” şöbəsinin açılması üçün icazə verilib.

Modern.az xəbər verir ki, Direktorlar Şurasının iclasında sözügedən bankın filial və şöbəsinin açılması ilə əlaqədar daxil olmuş müraciətə baxılaraq müsbət qərar qəbul edilib.

MBNP-nin Direktorlar Şurasının qərarı ilə “Günaybank” ASC-nin  Nəsimi rayonu, Şamil Əzizbəyov 185 ünvanında yerləşəcək “5 saylı” filialının və Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında fəaliyyət göstərəcək “5 saylı” şöbəsinin açılmasına icazə verilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır