Modern.az

Fərarilik edən azərbaycanlıların sayı məlum oldu

Fərarilik edən azərbaycanlıların sayı məlum oldu

Ölkə

11 Aprel 2017, 14:00

Azərbaycanda axtarışda olan təqsirləndirilən şəxslərin sayı açıqlanıb. Modern.az-ın rəsmi statistikaya istinadən hazırladığı məlumatlara görə, 2016-cı ildə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 4463 nəfərdir ki, onlardan 3049 nəfəri müəyyən edilib, 1414 nəfəri isə axtarışa verilib.

 

Hesabat dövründə 23 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb ( 5 nəfəri müəyyən edilib, 18 nəfəri axtarışdadır) , 24 nəfəri cəza çəkməkdən boyun qaçırıb (12 nəfəri müəyyən edilib, 12 nəfəri axtarışdadır), 4420 nəfəri isə istintaqdan, təhqiqatdan və məhkəmədən yayınıb ( 3032 nəfəri müəyyən edilib, 1388 nəfəri axtarışdadır).

Axtarışda olan təqsirləndirilən şəxslərdən 53 nəfəri 14-17 yaşda olan yeniyetmələrdir.

Törədilmiş cinayətlər üzrə axtarışda olan şəxslərdən 27 nəfəri dövlət təhlükəsizliyi əleyhinə, 42 nəfəri banditizm, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 9 nəfəri zorlama və zorlamaya cəhd, 537 nəfəri oğurluq, 46 nəfəri soyğunçuluq, 47 nəfəri quldurluq, 1373 nəfəri dələduzluq, 85 nəfəri mənimsəmə və ya israf etmə, 302 nəfəri xuliqanlıqla bağlı axtarışa verilib.

 

2016-cı ildə 16 nəfər hərbi xidmət keçməkdən boyun qaçırma, 175 nəfər hərbi xidmət əleyhinə və onlardan 64 fərariliklə bağlı axtarışır.

Dövlət orqanlarından gizlənən şəxslərin (aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslər) sayı 6274 nəfərdir.

Həmçinin hesabat dövründə Azərbaycanda 929 nəfər itkin düşüb. Onlardan 129 nəfəri 18 yaşadək uşaqlardır.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər