Modern.az

Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb

Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb

11 Aprel 2017, 15:41

Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişliklərdə qeydiyyatda olan uşaqların sayı açıqlanıb. Modern.az-ın rəsmi statistikaya əsasən hazırladığı xəbərə görə, müfəttişliklərdə qeydiyyatda olan uşaqların sayı 3000 nəfərdir.

Onlardan 620 nəfəri qızlar, 2380 nəfəri oğlanlardır. Həmçinin, 980 nəfəri 14 yaşadək olanlar, 2020 nəfəri 14-17 yaşda olanlardır. Qeydiyyatda olanların ümumi sayından 1200 nəfəri məşğulluğu olmayanlar, 930 nəfəri təhsil alanlardır.

Müfəttişlik qeydiyyatında olan uşaqlardan 48 nəfəri spirtli içki, 2 nəfəri narkotik vasitələr və psixotrop maddələr qəbul edir.

Uşaqlardan 59 nəfəri valideyn himayəsindən məhrumdur, 31 nəfəri atılmışlar, 512 nəfəri dilənçilik edənlər, 26 nəfəri küçələrdə işləyənlərdir.

 

Rəsmi məlumata görə, İnzibati Xətalar Məcəlləsilə məsuliyyətə cəlb olunan uşaqların sayı 316 nəfərdir.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu