Modern.az

Azərbaycanın eks-rabitə nazirindən SOS siqnalı

Azərbaycanın eks-rabitə nazirindən SOS siqnalı

11 Aprel 2017, 17:38

Azərbaycanın keçmiş rabitə naziri Siruz Abasbəyliyə görə, insanların sosial şəbəkələrə, mobil telefonlara aludəçiliyi elə bir həddə çatıb ki, bunu təhlükəli hal hesab etmək olar.

Modern.az-ın məlumatına görə, eks-nazir cəmiyyət üzvlərinin canlı ünsiyyətdən qaçaraq, texnoloji avadanlqılar vasitəsilə yazışmaya üstünlük verməsinin yaxşı bir hadisə olmadığını deyib.

S.Abasbəyli bununla əlaqədar cəmiyyətə SOS mesajı ünvanlayıb.

“Sos... sos... sos... Bu, artıq 21-ci əsrin xəstəliyidir... insanlar bir-birləri ilə söhbət etmirlər... hamı Facebook-da.. Watsapp-da.. . Twitter-də... Odnoklassnik-dədir... Evdə, metroda, avtobusda, restoranda, kafedə, tualetdə... hər yerdə internetə daxil olur, yazışırlar... Mütləq internetin qiymətini 100 dəfə artırmaq lazımdır... Əks təqdirdə, insanlar danışmağı yadırğayacaqlar...”, -deyə sabiq rabitə naziri həyəcan təbili çalıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı