Modern.az

Ali məktəblərə sənəd qəbulu başa çatdı

Ali məktəblərə sənəd qəbulu başa çatdı

12 Aprel 2017, 08:51

Azərbaycanda  I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulu yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçiriləcək birinci (yaz) qəbul imtahanlarının tarixləri də artıq məlumdur.

II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.  Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaq.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir