22 iyun 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - 12 - 04 - Uçuş tarixi ilə “Volqa”sının nömrəsi eyni olan Qaqarinin müəmmalı ölümü... - MARAQLI
12 - 04 - Uçuş tarixi ilə “Volqa”sının nömrəsi eyni olan Qaqarinin müəmmalı ölümü... - MARAQLI
12.04.2017, 09:56

12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Yuri Qaqarin uçuşa son dəqiqələr qalmışa qədər məhz bu “səfər”ə onun seçiləcəyini özü də bilməyib. Namizədlərin sayı əvvəlcə 20, sonra isə 6 nəfər olub. Kimin kosmosa uçacağı isə tam məxfi saxlanılıb.

Modern.az saytı uçuş tarixi ilə avtomobilinin nömrəsi eyni olan Yuri Qaqarinin müəmmalı ölümü ahqda yazını təqdim edir...

1961-ci ilin 12 aprel günü tarixə kosmosa ilk uçuş günü düşüb.

Kosmosa uçuş niyə məhz aprelin 12-ə planlaşdırılıb? Çünki 1961-ci ilin aprel ayının sonunda Amerikada kosmosa uçuşun baş tutacağı haqqında SSRİ rəhbərliyində məlumat olub. Bu səbəbdən də amerkalıları qabaqlamaq üçün vaxtından əvvəl hazırlıq işlərinə son qoyulub. Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verib. "Vostok" gəmisində uğurla kosmosa çıxan Yuri Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra müvəffəqiyyətlə qayıdıb. Uçuş istənilən nəticəni versə də problemlər də yaşanıb. “Vostok” gəmisinin bölünməsi məlum olmayan səbəblərdən 10 dəqiqə gec baş tutub. Bunun nəticəsində də Yuri Qaqarin nəzərdə tutulduğu yerdən təxminən 110-120 km aralıda yerə enib. Elə həmin andaca Qaqarini xüsusi təyyarə ilə Moskvaya gətiriblər. Onu “Vnukovo” hava limanında Xruşov şəxsən qarşılayıb. 

Kocmonavt Nikita Xruşova uçuşun müvəffəqiyyətlə başa çatması haqqında məruzə edib. Sonra isə Kremldə 108 dəqiqəlik gərginliyi çıxarmaq üçün ziyafət stolları açılıb. Həmin gün Qızıl meydanda yüz minlərlə insan bu hadisəni əsl bayram kimi qeyd ediblər.

 


Baş leytenant rütbəsi ilə kosmosa uçan Yuri Qaqarin yerə enəndə artıq mayor rütbəsində olub. Nikita Xruşov müdafiə nazirinə göstəriş verib:

- Qaqarinin rütbəsini artırın.

Nazir isə bu məsələnin artıq həll olunduğunu söyləyib:

- Nikita Sergeyeviç, mən artıq Yuri Qaqarinin kapitan rütbəsi alması ilə bağlı əmr imzalamışam.

- Böyük səhvə yol vermisən, kapitan yox mayor rütbəsi.

Namizədlər arasında Yuri Qaqarinin seçilməsi onun sadə bir ailədən olması idi. Yuri Qaqarin 1934-cü ildə Smolensk vilayətində kəndli ailəsində anadan olub. Onun atası Aleksey Qaqarin dülgər, anası Anna Qaqarina isə heyvandarlıqla məşğul idi. O, 1941-ci ildə orta məktəbə gedib, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüblər. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metaltökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olub və oktyabr ayından Saratov aeroklubunun üzvüyünə yazılıb. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edib. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılıb və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilib. 25 oktyabr 1957-ci ildə həmin məktəbi bitirib. 9 dekabr 1959-cu ildə Yuri Qaqarin ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edib. O iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilib.

 


Yuri Qaqarin kosmosu fəth edəndə cəmisi 27 yaşı olub. 108 dəqiqə “göylərin qonağı” olmaq onun həyatını tamamilə dəyişib. Dünyanın ən populyar adamına çevrilən kosmonavt istər xarici ölkələrdə, istərsə də sovetlər birliyində saysız-hesabsız görüşlər keçirib. 

14 aprel 1961-ci ildə o SSRİ-nin ən yüksək təltifinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı, Qaqarinin mükafatlandırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin qərarı olub. Qərara əsasən Yuri Qaqarinə 4 otaqlı mənzil, “Volqa” avtomobili, mebel və bütün ailə üzvlərinə xaricdə istehsal olmuş yay-qış geyimləri verilib. Kosmonavtın “Volqa”sının nömrəsi 12-04 YuAQ olub ki, bu da onun uçuş tarixini, adını, atasının adını və soyadını əks etdirib.

 

İngiltərəyə səfəri zamanı şahzadə ikinci Yelizaveta Qaqarini ziyafətə dəvət edib. Şahzadə həmçinin saray qaydalarını pozaraq onunla şəkil çəkdirib. O bunu belə əsaslandırıb ki, Qaqarin yerin adamı deyil, göylər adamı ilə şəkil çəkdirmək isə saray qaydalarına zidd deyil. Bu ziyafətdə Qaqarin bir az narahatçılıq da keçirib. Sovet adamı üçün hədsiz zəngin görünən süfrədə o qədər çəngəl, bıçaq, qab-qacaq olub ki, Qaqarin bunlardan necə istifadə olunmasında çətinlik cəkib. Buna görə də o gözləyib ki, əvvəlcə şahzadə yeməyə başlasın və o da ona baxıb hərəkət etsin. Tərslikdən şahzadə də onu gözləyib. Çıxılmaz vəziyyətdə qalan kocmonavt deyib:

- Bilirsiniz, mən adi bir təyyarəçiyəm. Belə zəngin süfrə arxasında özümü necə aparmağı mənə öyrətməyiblər.

İkinci Yelizaveta gülümsəyərək cavab verib:

- Mister Qaqarin, açığını deyim ki, saraylarda böyüməyimə baxmayaraq mən də bu süfrə ləvazimatlarından necə istifadə edildiyini bilmirəm. Ona görə də kimə necə rahatdırsa gəlin elə də yeyək.

 


Yuri Qaqarin ictimai işlərdə fəallıq göstərib, ölkənin ictimai həyatında yaxından iştirak edib. O SSRİ Ali Sovetinin deputatı olub. Gənclərin yaxın dostuna çevrilən Yuri Qaqarin komsomolçularla da işgüzar əlaqələrdə olub. Kosmonavtın o dövrdə Ümumittifaq Komsomol komitəsində işləyən azərbaycanlı Əbdürrəhman Vəzirovla birgə çəkdirdiyi şəkil də buna sübutdur.

 

Onun ən böyük arzularından biri ilk dəfə Ayı fəth etmək olub. Ancaq onu bir müddət uçuşlarda iştirak etməyə icazə verməyiblər. Elə bu müddətdə də bütün qapılar üzünə açıq olan Yuri Qaqarin içkiyə, əyləncələrə qurşanıb. Təbii ki, bu da onun fiziki hazırlığına kifayət qədər mənfi təsir göstərib. Ancaq Qaqarin düşdüyü bu vəziyyətdən tez də geri dönməyi bacarıb və yenidən məşqlərə başlayıb. 
Növbəti sınaq uçuşlarının birində isə, 1968-ci il martın 27-də saat 10:18-də Sovet İttifaqı Qəhrəmanı Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan Yuri Qaqarin 34 yaşında qəzaya uğrayaraq həlak olub.

 

Bu qəza və Yuri Qaqarinin ölümü bu günə kimi də müəmmalı olaraq qalır. Bu hadisə ilə bağlı bir çox versiyalar – düzgün verilməyən hava proqnozu, kosmonavtların sağlamlıq durumunun qaydada olmaması, texniki nasazlıq, qeyri-düzgün idarəetmə və hətta siyasi motiv mövcuddur.

Kosmosu fəth edən ilk kosmonavt Yuri Qaqarin Moskvada Kreml divarlarında dəfn olunub.

 

İlham Cəmiloğlu

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)